Diren Gezi Parkı – Türk xalqının uğuru

20130609-012019.jpg

Türkiyədə baş verən etirazlarla bağlı bir neçə şeyi paylaşmaq istəyirəm. Hamı kimi mən bu etirazların səbəbindən, genişlənməsindən və kütləviləşməsindən yazmayacağam, eləcə də, nəticəsi barədə proqnozlar verməyəcəyəm. Hökumət geri addım atsa da, atmasa da, bu etirazlar Türkiyəyə böyük uğurlar qazandırdı. Bir-bir sadalayım:


1) Xalqı birləşdirdi: bu etirazlar türk-kürd, sünni-alevi, hətta hər zaman bir-birilərini qıran futbol klublarının fanlarını, cəmiyyətdən uzaqlaşdıran cinsi azlıqları, varlı ilə kasıbı, ateistlə dindarı birləşdirdi… Hamı birlikdə inandıqları tək dəyər – Türkiyə Cümhuriyyəti uğrunda birləşdi. Bu bütün xalqı əmin etdi ki, onlar birləşsələr, qabaqlarında heç kim dura bilməz.
2) Türk xalqının milli düşüncəsi necə deyərlər “update” elədi. uzun illərdir hakimiyyətdə olan hökumətə qarşı ilk dəfə kütləvi şəkildə xalq iradəsini qoydular… Hökumətə dövlətin onlara deyil, məhz xalqa məxsus olduğunu göstərdilər. AKP hökuməti bəlkə də ilk dəfə özünə bu qədər inamsız və hazırlıqsız yanaşdı.
3) Türklər əsl mədəniyyət göstərdilər. Axmaq ərəblərdən, ağılsız cəmiyyətlərdən fərqli olaraq dünyaya etiraz mədəniyyətini nümayiş etdirdilər. Gecə etirazlar zamanı zibillənmiş küçələri səhər təmizləməklə, qapısı-şüşəsi qırılmış mağazaları mühafizə etməklə, bir-birilərinə yardım üçün hər bir fədakarlığı göstərməklə, etirazlarını vəhşi şəkildə qışqıraraq və hökumət tərəfindən edilmiş provakasiyaya uyğun olaraq deyil, musiqilərlə, idmanla, yoqa ilə, küçədə kitabxana yaratmaqla, rəqslərlə, kitab oxumaqla, pikniklərlə, yəni hər bir normal insanın mədəni istirahəti zamanı etdiklərini etməklə etiraz etdilər. Qısacası, bravo!
3) Türklər özlərini dünyaya yenidən göstərdilər. Yəni ərəblər kimi maşa millət olmadıqları, köklü tarixlərinin və dövlətlərinin olduğunu dünyanın yadına saldılar.
4) Türklər özləri haqqında Qərbdə formalaşmış stereotipləri darmadağın etdilər. Qərb birmənalı olaraq türkləri molla, ifrat dərəcədə dindar, axmaq, mədəniyyətsiz, başından vur çörəyini al, kobud, huyu-suyu bilinməz, pozğun, oğru, cinayətkar və s. millət kimi görürdü. Türklər öz etiraz mədəniyyətləri ilə bütün qərbi şoka saldı və müsbət formada onları təəccübləndirdi. Türklər bacarıqlı, mədəni, sivil, əxlaqlı, istedadlı bir millət olduqlarını əyani şəkildə sübut etdilər…ğ
5) Bu etirazlar türklərin Atatürkə nə qədər dəyər verdiyini göstərdi və Atatürkün əvəzedilməz şəxs olduğunu isbatladı.

Bütün bu göstərdiklərimin fonunda türk millətini, onun siyasi iradəsini, mədəniyyətini və istedadını alqışlayıram….
Gezi parkının, Atatürk Kültür Mərkəzinin aqibətindən asılı olmayaraq hökumət bu məsələdə itirdi, qazanan isə yalnız xalq oldu… Bu etirazlarla xalq öz birliyini təzələdi, illərlə parçalanması üçün edilən cəhdləri alt-üst elədi…

Bu uğurlarına görə türkləri təbrik edirəm (və şəxsən onları dəstəkləyirəm).

Tural İsgəndərov

20130609-012124.jpg

20130609-012132.jpg

Leave a comment