ERMƏNİ – AZƏRBAYCAN MÜNAQİŞƏSİ və “DİFAİ” PARTİYASININ YARADILMASI

1905-ci ildə erməni – Azərbaycan ziddiyyətlərinin kəskinləşməsi milli-siyasi təşkilatın yaradılmasının zəruriliyini aşkar etdi. 1906-cı ildə fevralın 20-dən mart ayının 6-dək Tiflisdə canişin qraf Vorontsov-Daşkovun başçılığı ilə barışdırıcı qurultay keçirilir. Bu qurultayda görkəmli Azərbaycan ziyalıları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Adilxan və İsmayılxan Ziyadxanovlar, Qarabəy Qarabəyov və digərləri iştirak edirdi. Azərbaycan nümayəndələrinin çıxışlarında milli qüvvələrin…