Ədliyyə və məhkəmə işçilərinin 95 illik peşə bayramı

Ədliyyə Nazirliyinin ilk binası - Səadət sarayı

Bugün qürurla bəhs edəcəyimiz hər bir hadisənin tariximizin ən şərəfli səhifəsi olan 1918-ci ildən yadigar qaldığını hamımız bilirik. Bu yadigarlardan biri də Azərbaycanda ədliyyə və məhkəmə sisteminin yaradılmasıdır.

Azərbaycanda Ədliyyə Nazirliyinin yaradılması həmin möhtəşəm tarixdədir, yəni 28 May 1918-ci ildə. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və İstiqlal Bəyannaməsinin qəbulu ilə bərabər Azərbaycanda bir çox nazirliklər, o cümlədən Ədliyyə Nazirliyi yaradıldı.

Yeni yaradılmış nazirliyin ilk rəhbəri 1875-ci ildə Gəncədə anadan olmuş, Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, bir müddət müstəntiq işləmiş, Cümhuriyyətin qurucularından olan Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov olmuşdur.

Xəlil bəyin ardınca Fətəli xan Xoyski (17.08.1918-07.12.1918), Teymur bəy Makinski (26. 12. 1918 – 14. 03. 1919.), Aslan bəy Səfikürdski (14. 03. 1919 – 22. 12. 1919.) və yenidən Xəlil bəyin özü (24. 12. 1919 – 01. 04. 1920.) Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə naziri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 07 dekabr 1918-ci ildə yaradılmış parlamenti təqdim olunmuş 300-dən çox qanun layihəsindən 32-si məhz Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdır.

Ədliyyə Nazirliyi yaradıldıqdan sonra ilkin vəzifə kimi ədliyyə və məhkəmə strukturlarının yaradılması olmuşdur. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Əsasnaməyə uyğun olaraq yaradılmış Azərbyacan Məhkəmə Palatasının səlahiyyət dairəsi bütün Azərbyacan ərazisini əhatə edirdi. Bundan başqa yaxın gələcəkdə respublika ərazisində mərhələ ilə digər məhkəmə instansiyalarının – məhkəmə palatalarının təsis edilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Məhkəmə Palatası yuxarı məhkəmə instansiyası orqanı hesab olunurdu.

Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Ədliyyə Nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının bir il altı ayı münasibəti ilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Parlament 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin ədliyyə sahəsində deklarasiyasını qəbul etdi. Deklarasiyada ədliyyənin hökumətin diqqət mərkəzində olan mühüm sahələrindən biri olmasının, məhkəmə orqanlarının dövlətin mövcudluğu üçün əsas olmasının, heç bir digər inzibati dövlət aparatının məhkəmələri əvəz edə bilməməsinin, bütün ictimai təhlükəli hərəkətlərin məhkəmə prosesində araşdırılmasının, məhkəmə icraatının dəqiqliyi dövlətin mühüm məsələlərindən biri olmasının, ədalət mühakiməsinin xalqa yaxın olmasının, məhkəmə ilə əlaqəsi olmuş hər bir şəxs onun ədalətliyini başa düşməsinin vacibliyi vurğulanmışdı.

2000-ci ildən hər il 22 noyabr tarixi ədliyyə və məhkəmə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Peşə bayramımız mübarək, həmkarlar!

Müasir Azərbaycanın məhkəmə sistemi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s