Susaraq susdurmağı bacarırıqmı?

ImageBəzən elə məsələlər olur ki, həmin an sadəcə susmalısan. Bəli, SUSMALISAN!!! Bu əsla məğlubiyyəti qəbul etmə deyil, əksinə, səbrlə qələbəni gözləməkdir. Susursan, ona görə ki, hörmət edirsən… Ona görə ki, bunu etməlisən, bu borcundur… Ona görə ki, səviyyəni alçaltmırsan… Ona görə ki, susmaq əslində qələbənin özüdür. Qarşındakını daha da əsəbləşdirmək üçün susursan, onu özündən çıxartmaq üçün susursan, onu baş qoşmamaq üçün susursan…

Susmaq – bu sadəcə danışmamaq demək deyil, susmaq danışmadan qarşındakını susdurmaqdır. Susmaq ağzına su alıb oturmaq da deyil, susmaq səssiz danışmaqdır.

Susmaq, məncə, daxili inamın yüksəkliyi və özünə etibardır. Susmaq qarşındakını vecinə almamaqdır. Susmaq bildiyini eləməkdir. Susmaq sərbəst qərar vermək üçün stimuldur. Susmaq heç kimi öz işinə müdaxiləyə imkan verməməkdir.

Amma deyərdim ki, susmaq əslində sadəcə olaraq fırtına öncəsi səssizlikdir.

Bir yerə qədər susmaq olar… Əgər qarşındakılar sənin susaraq danışdığını başa düşəcək qədər normal insan deyilsə, bax bu dəfə danışmaq yox, hayqırmaq lazımdır. Özünü isbat etmək lazımdır. Əslində susmaq özünü ifadə üçün enerji mənbəyidir. Susmaq öz xeyrinə arqumentlər toplamaqdır. Susmaq danışarkən qarşısındakı fakt qarşısında qoymaqdır.

Məncə, özündən səviyyəsizlər üçün danışaraq enerji tükətməyə ehtiyac yoxdur, susaraq enerji toplamaq və onları bir dəfəlik məhv etmək lazımdır. Danışmaq müvəqqəti həldirsə, susmaq bir dəfəlik həldir.

Düşüncəliriniz üçün səviyyənizə uyğun olmayanlar qarşısında susun. Təslim olun demirəm, sadəcə güc toplamaq üçün susun. Susun ki, yolunuzun üstündəki səviyyəsizləri birdəfəlik susdurasız.

p.s. sizin fikirlər mənə maraqlıdır, amma inanmıram ki, mən öz fikirlərimi sizə tam çatdıra bildim. Çünki fikirlərimi ifadə etməkdə komputer klaviaturası qarşısında acizəm, eləcə də qələm və kağız qarşısında da cəsarətsizəm.

One Comment Add yours

  1. Tahmina says:

    Susmaq bezen movqesizlik kimi qebul edilir. Bax bu hala getirmeyene qeder susmaq susdurmaq qeder gucludur.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s