Eyni simvollar – eyni mənalar: Gəncədən Azərbaycana

Şəkildəki bayraq Gəncə xanlığının real bayrağıdır və hazırda Gəncə tarix muzeyində saxlanılmaqdadır.

Məni tanıyan hamı bilir. Söhbət şəhərlərdən düşdüsə, başlayıram ancaq Gəncədən danışmağa. Demirəm ki, Gəncə Nyu-York kimi super şəhərdi və ya Paris kimi dəbdəbəlidir. Gəncə sadəcə olaraq Gəncədir, özünə xas olan keçmişi, bugünü və gələcəyi ilə. Nə isə, deyəsən yenə Gəncəni tərifləmək damarım tutdu🙂

Əslində bu yazını yazmayacaqdım, çünki mənim üçün ən vacib olan Azərbaycandır – Dərbəndindən Qəzvininə, İrəvanından Bakısına qədər olan müqəddəs torpaq. Bir insanın əlinin beş barmağı bir-biri ilə eyni olmadığı kimi mənim üçün də bu torpaqda yerləşən regionların bəzin hissələri daha vacibdir. Düzdü, beş barmaqdan hansını kəssən, eyni ağrını verər, hansı olmazsa, mütləq problem yaradar.

Gəncə mənim üçün digər şəhərlərdən tamam fərqlidir. Bu fərqi sizə izah etməyim bəlkə də, çətin olar. Çünki bu daxildən gələn hissdir.

Hər bir Gəncəli bilir ki, Gəncəli olmaq bir qürurdur, ən gözəl şərəflərdən biridir. Gəncəli olmaq əsl Azərbaycanlı olmağın özəyidir. Təsadüfi deyil ki, bütün Azərbaycançılıq, müstəqillik, cümhuriyyətçilik, vətənpərvərlik, türkçülük, islamçılıq ideyaların kökü Gəncədən gəlir.

Gəncə Azərbaycan tarixində yeganə şəhərlərdəndir ki, istənilən yad düşmənlə razılığa gəlib asılılıq müqaviləsi imzalayıb, düşmən nə qədər güclü olsa belə, sona qədər mübarizə aparıb. Monqolların dəfələrlə hücumlarına baxmayaraq ala bilmədikləri, rusların sona qədər döyüşdükdən sonra aldıqları, Cümhuriyyətimizin ilk paytaxtı, sovetlərə qarşı dirəniş mərkəzi olan məhz Gəncədir.

Deyəsən, yenə çox yazdım🙂

Keçək əsas məsələyə.

Hələ 18-ci əsrdə Gəncə xanlığının bayrağı mövcud olar, hansı ki, həmin bayraq hal-hazırda Gəncə şəhərinin gerbidir. Həmin bayraqdakı simvollara və onların mənalarına baxsaq, görərik ki, məhz 1918-ci ildə qəbul edilən və indi də Azərbaycan Respublikasının bayrağı və gerbində demək olar ki, eyni mənaları daşıyan analoji simvollardan istifadə olunub.

Gəncə xanlığının bayrağında olan simvollar və mənaları:

Günəş – əbədi həyat

Ay – əbədi azadlıq

8 guşəli ulduz – Türkçülük

Palıd yarpağı-möhtəşəmlik, uzunömürlülük və müdriklik

Yaşıl rəng – İslam

Eyni simvollar həm bayrağımızda, həm də gerbimizdə öz əksini tapmaqdadır, özü də eyni mənalarla.

Gəncə xanlığının bayrağında olan simvollar və mənaları:
Günəş – əbədi həyat
Ay – əbədi azadlıq
8 guşəli ulduz – Türkçülük
Palıd yarpağı-möhtəşəmlik, uzunömürlülük və müdriklik
Yaşıl rəng – İslam
Eyni simvollar həm bayrağımızda, həm də gerbimizdə öz əksini tapmaqdadır, özü də eyni mənalarla.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s