Sadəcə Bayraq mı?

Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış:

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir.

Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunuilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamədən çıxarış:

Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.

Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunundan çıxarış:

Maddə 9. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rənginin – Red 185C rənginə, yaşıl rənginin – Green 3405 C rənginə uyğunluğu təmin edilməlidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər

Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

Bizim üçün bayraq bu yuxarıda qeyd edilənlərləmi məhdudlaşır??? Dünyada mövcud olan 200-dən artıq dövlətin özünə xas bayrağı var. Bəs Azərbaycan Respublikasının Bayrağının digər bayraqlardan fərqi nədədir?

İlk öncə bu bayraq Türk dünyasının ilk MÜSTƏQİL bayrağıdır.

Bu bayraq İslam dünyasının ilk DEMOKRATİK bayrağıdır.

Bu bayraq bütün dünyanın ilk HUMANİST bayrağıdır.

Bu bayraq bəşər tarixinin ilk HÜQUQ bayrağıdır.

Bayrağa hörmət onun yüksəldiyi torpağa olan hörmətdən başlayır. Bayrağa olan hörmət əsl vətəndaşın vətən sevgisindən başlayır. Bayrağa hörmət Azərbaycandan başlayır. Heç olubmu ki, qürurla dalğalanan üçrəngli bayrağımıza baxıb sevincdən gözləriniz dolsun?

Bir kərə yüksələn bayraq, bir daha enməz! – Azərbaycan Xalq Cümhuriyyəti qurucusu, Azərbaycan müstəqilliyinin banisi, Azərbaycan mövcudluğunun varolma səbəbi MƏMMƏD ƏMİN RƏSULZADƏ

by TURAL ISGANDAROV

Təşəkkürlər:

Voogar & Elmeer [Learn More & More] – Facebook Fan Page

Milli Şüur: Hər Şey Vətən Üçün – Facebook Fan Page

 

2 Comments Add yours

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s