Nəqliyyatda “Sox-a-sox” mədəniyyəti

ImageArtıq son dövrlərdə dözülməz hal nəqliyyat sistemi yəqin ki, hər kəsi cana gətirib. Düzdür, bu məqaləni oxuyacaq olanların çoxundan bəlkə də şanslıyam, çünki mən Bakıdan 360 km uzaqda – Gəncədə yaşayıram və işləyirəm. Bakı nəqliyyatından sonra Gəncə əməlli-başlı cənnətdir. Amma vəziyyət o qədər dözülməzdir ki, artıq mən də bu mövzuda cızma-qara eləmək istədim.

Mən bu bərbad nəqliyyat sistemində günahkar axtarmaq istəmirəm, çünki günah hər kəsin öz içindədir. Əslində bizdə olan bu biabırçılıq avtomobil yollarından kənarda – piyadalar üçün nəzərdə tutulan səkilərdə belə mövcuddur. İnsanların əksəriyyəti o qədər laqeydsiz hərəkət edir ki, piyada gəzdikdə belə əsəbləşməmək mümkün deyil. Çox sadə problemlərdir bunlar: məsələn, özündən iki dəfə böyük çantanı kürəyinə taxıb  qəfil manervlər və sağa-sola dönmələr edərək ətrafdakılara kifayət qədər narahatlıq yaradan “insancıqlar”. Bundan başqa iki nəfərin yanaşı gedəcəyi bir yolda bir nəfər türklər demiş “duyarsız”ın əlini-qolunu sallayaraq düz orta ilə getməsi, onu keçməyə çalışan və ya üzbəüz gələn insanlara haqsız yerə narazılığını bildirməsi…
Təbii ki, piyadaları bu cür olan cəmiyyətin nəqliyyatı necə olmalıdır ki?! Bizim bu nəqliyyatda formalaşmış bir neçə yazılmamış qanun var:

1) hamı çalışır ki, girəcəyi mağazaya, iş yerinə, obyektə və ya digər yerə ən yaxın məsafədə saxlasın avtomobili. hətta bu zaman arsızcasına yolun kənarında dayanmış avtomobillərin arxasında saxlamaqla yolu daraltmağı belə qəbahət saymırlar.

2) bizimkilərdə (əksəriyyətdə) adətdir ki, yol kənarında avtomobili park edəndə kiminsə yolunu kəssinlər və ya qapısının qarşısında saxlasınlar. Mən o cür insanlara bir ad qoymuşam: “qoyun”. Acığı bu ad qoyunlara təhqirdir amma yenə də xoşum gəlir. Deməli bir gün işdən nahar fasiləsində evə gələndə gördüm ki, bir avtomobil düz bizim qapının qarşısında park edib və mənim yolumu kəsərək avtomobili həyətə salmağıma mane olur. biraz axtardıqdan sonra avtomobilin yiyəsini tapdım və tələb elədim ki, avtomobili qapının qarşısından götürsün. Bu alçaq adam utanmaz-utanmaz mənə minnət edərək avtomobili qapının qarşısından götürdü. Amma bilirsiz nə elədi? 20 metr boş olan və park etmək üçün heç nəyə maneə olamyana məsafədə saxlamaq yerinə 25 metr qarşıya sürüb düz qonşunun qapısının qabağında saxladı. Sizcə, bu insana “qoyun” adından başqa hansı ad yaraşar?

3) Yollarımızda aparılan və məntiqsiz müddətdə uzun çəkən təmirlərdən danışmaq istəmirəm. Amma hansısa təmirə görə yol bağlanan zaman nə etmək lazımdır? Təbii ki, alternativ yoldan istifadə etmək. Alternativ yol o demək deyil ki, paralel yolla qadağan edildiyi halda əks istiqamətdə sürəsən? Bizim sürücülər bir himə bənddilər elə bil ki… Yollarda cüzi bağlanma görən kimi qadağan olunmuş yerlərdə əks istiqamətdə sürməyə yaman tez can atırlar.

4) Svetafor mədəniyyəti demək olar ki, yoxdur. Svetafora az qalmış stop xətti sadəcə bəzək naminə çəkilir bizim yollara. Bizim sürücülərə görə svetaforun qırmızı işığı o deməkdir ki, dördyolun düz ortasına qədər gedib yolun ortasında dayanaraq qaz-tormuz basaraq avtomobili yerində tullandırmaqdır.

5) Düşünürəm ki, bizim cəmiyyət qədər heyvansevər cəmiyyət yoxdur. Çünki tısbağalar da yollarımızdan əksik olmur. Hamı bilir ki, şəhər içərisində maksimal sürət həddi 60 km/saatdır. Əgər 3 hərəkət hissəsi olan yolun birinci sol və ya sağ zolağında avtomobilər dayanıbsa, deməli yerdə qalan iki zolağı hərəkət üçündür. İndi sizə bir sual: Həmin bu iki hərəkət zolağının düz ortası ilə saatda 5-10 km/saat sürətlə hərəkət edən, avtomobili nə sağa, nə də ki, sola çəkməyən sürücüyə nə ad verilməlidir?

6) Avtobus sürücülərindən bəhs etməyə dəyməz eee… Onlardan yaxşı killer yoxdur. qoyasan elə avtobusu ya hansısa avtomobilin belinə mindirsinlər, ya da avtobusdakıları hansısa avtomobilin altına salsınlar.

Bu yazını yazdığım vaxt televizorda sabahkı şənbə və bazar günlərində bayram tədbirlərinin  keçiriləcəyini elan etdilər. Yəni bu həftə sonu da nəqliyyatda bolluca stress keçirməliyik…

Əgər bu yazını oxuduzsa, hamınızdan çox-çox üzr istəyirəm ki, başınızı ağrıtdım. Sadəcə olaraq ürəyimdə olanların bir hissəsini yazmaq istədim, amma baş ağrısından başqa bir şey olmadı.

Ən qısa zamanda keyfiyyətli yazılarımı dərc edəcəyimə söz verirəm🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s