Novruz adlı Salnamə

Məmməd Əmin Rəsulzadə: “Martın 22-si səhər təbiətlə birgə yeni ruhla oyanmayan, Novruzun mahiyyətinə varmayıb, onu sadəcə mövsüm bayramı olaraq qəbul edən, bütün varlığı ilə yeni həyata başlamayan millət Novruza sahib çıxamaz. Bunun üçün türk olmaq gərəkir.”

Novruz Bayramı tarixdən süzülüb gələn, etnikliyi, milliliyi, adət ənənəsi ilə fərqlənən bir bayramdır. Tam rahatlıqla deyə bilərik ki, bu məhz bizim bayramdır. Nə ərəblərlə birlikdə gələn Qurban və Ramazan bayramları ilə bağlılığı yoxdur, nə də qərbdən gələn Yeni illə. Düzdür, Qurban, Ramazan və Yeni il bayramları da bizim dəyərlərə çevrilib artıq, amma bu dəyərlərin kökü Novruzdan gəlir. Bir çoxları, hətta demək olar ki, əksəriyyəti Novruzu məhz atəşpərəstlik və zərdüştlüklə bağlayır. Novruzun 3700 ilə 5000 il arasında yaşı olduğu qeyd olunur. Novruzda və çərşənbələrdə  tonqal qalanması, od rəmzi kimi Günəşin gəlişinin qeyd olunması, ona bənzər şirniyyat növlərinin hazırlanması, şamlar yandırılması Novruzun atəşpərəstliklə bağlı olduğunu göstərir. Amma mən bu fikirlə razı deyiləm. Sizcə, niyə?

Hər şeydən öncə bayramın kütləvi qeyd olunduğu areala bir baxaq: Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, qismən də Türkiyə. Bu ölkələrdən yalnız İran bu bayramı atəşpərəstliklə əsaslandırır. Səbəbi də aydındır. Türk kökənli olan bu bayramın İranda kütləvi şəkildə keçirilməsi onunla əsaslanır ki, bu dövlətin əhalisinin yarısı yalnızca Azərbaycan türkləridir və bundan başqa bir çox tayfalara aid türklər də var. Əgər İran bunu atəşpərəstlik bayramı kimi deyil də, türk bayramı kimi qələmə versə, bu onun dövlətçiliyinə ziddir. Nəzərə alsaq ki, qədim inancların demək olar ki, hamısı 4 ünsür – od, su, hava, torpaq və xeyirlə şərin mübarizəsi fonunda olmuşdursa, qədim türklərin inanları da hələ atəşpərəstlikdən qabaq Göy tanrı dinində də bu ünsürlər üzərində olmuşdur. Türkiyədə Cümhuriyyət qurulduqdan sonra avropalaşma xəttinə üstünlük verilməsi, Türkiyənin coğrafi cəhətdən bütün türk torpaqlarından uzaqda qalması, həm də uzun illər çoxmillətli imperiyanın İslam qanunlarına əsasən idarə olunması Kiçik Anadoluda Novruza qarşı olan münasibəti zəiflətmişdir. XX əsrin 20-ci illərində də İranda 1200 ildən sonra fars kökənli sülalənin hakimiyyəti ələ keçirməsi və bu dönəmlərdə olan digər türk dövlətlərinin Sovetlər İttifaqının məngənəsində sıxılması təbii ki, İranın fars hakimiyyətinə imkan verdi ki, bu bayramı zərdüştlüklə bağlasın, daha doğrusu farslaşdırsın. Novruzun sərbəst şəkildə ən geniş İranda qeyd olunması bu bayramın atəşpərəstlik bayramı olmasına əsas verdi. Həm də İranda istifadə olunan təqvimdə də ilin məhz 21 martda dəyişməsi bu bayrama sahiblənməyə daha çox əsas verib onlara. Təbii ki, İran istəməz ki, bu bayrama türk bayramı desin, ən azı ölkəsində olan 35 milyon türkdən qorxduğu üçün…

Novruz əsl türk bayramı olmaqla Mərkəzi Asiyada yaranmışdır. Bu bayram türklərin Ergenekon dastanı ilə xaraketrizə edilir. Dastana görə, türklərin çoxalaraq Ergenekon adlandırdıqları məkana sığmaması nəticəsində onarın böyük köçü başlamış, yollarını keçmək üçün bir dağı keçməli imişlər. Belə ki, bu dağı keçmək üşün ondaki dəmir filizi əridib yolu açmaq lazım gəlirdi və böyük bir tonqal qalayaraq yollarını açmağa müvəffəq olurlar. Bundan sonra türklər həmin günü bayram kimi qeyd edirlər. Onlar bu bayram vaxtı dəmir parçasını odda isidər, qəbilə başçısı isə bu dəmiri döyərmiş Bugün də Krım türklərində Novruz bayramı günüdə bütün ailə yığılar, dəmir odda isidilər, ailə başçısı isə həmin dəmiri döyər.

M.Ə.Rəsulzadənin 1954-cü ildə Türkiyədə Azərbaycan jurnalında Novruz Bayramı adlı məqaləsini oxuyan türk alimi bu məqaləyə istinadən qeyd edir ki, Azərbaycanda bəzi məhəlli və şivələrdə Novruz bayramına Ergenekon və ya Bozqurd bayramı da deyirlər. Novruz tonqalı zərdüştlükdən deyil, məhz Ergenekondan gəlir. Farsların tonqalı qabardaraq Novruzu farslaşdırmasına cavab olaraq göstərə bilərik ki, tonqalı tullanarkən ağırlığım-uğurluğum tonqala deyirik, yəni Ergenokan dastanındakı kimi sıxıntılar keçmişdə qaldı, tonqalı keçərək yeni həyat başlayırıq.

Kökü bütün dünya türklərinin ortaq dastanı olan Ergenekondan gələn Novruz bayramı ulu türk uluslarının müasir Azərbaycan və dünya türklüyünə olan əmanətidir, o əmanət ki, tarix boyu məhdudiyyətlərlə, əngəlləmələrlə, qadağalarla üzləşib. Gəlin bu bayramı adına layiq, millətimizə layiq, kökünə layiq şəkildə qeyd edək…

Aşağıda isə bu bayramı ən gözəl şəkildə anladan Hüseyn Cavidin “Novruz Bayramı” şeri, Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parça, A. Kazımovanın ifasında “Novruzum” və “Novruz gəlib” və rəhmətlik sənətkar M.Bağırzadənin “Süfrələrə şam düzün” musiqiləri verilmişdir. Buyurun, oxuyun və dinləyərək həzz alın… 

Heydərbabaya salam – Şəhriyar

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Heydər Baba, Mirzəmmədin bağçası,

Bağçaların turşaşirin alçası,

Gəlinlərin düzmələri, taxçası

Hey düzülər gözlərimin rəfində,

Heyimə vurar xatirələr səfində.

Bayram olub, qızıl palçıq əzərlər,

Naqqış vurub, otaqları bəzərlər,

Taxçalara dizmələri dizərlər

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Baxıcının sözü-sovu, kağızı

Inəklərin bulaması, ağızı,

Çərşənbənin girdəkanı, mövizi

Qızlar deyər: “Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə”.

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanların soyardıq,

Oynamaqdan bircə məgər doyardıq,

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi.

Novruz Bayramı – H.Cavid

İştə novruz! Yetişdi fəsli-bahar.

Gəldi işrət zamanı, qardaşlar!

Nə gözəl bayram… Ah, nə xoş fürsət!

Sayılır əhli-zövqə bir nemət!..

Böylə şad gün düşərmi bir də ələ?

Keçirin beş gün ömrü ləzzət ilə.

Yalınız hanki evdə yas varsa,

Bir onun borcudur ki, tutsun əza.

Birinin ölsə qardaşı naçar,

Qara bayram tutar… Bir adət var.

Hər kimin yoxsa böylə bir üzri,

Eyşü nuş eyləsin o… yox zərəri.

Gərçi “əlmömünün üxüvvə” demiş

Əmri-peyğəmbəri hekayə imiş.

Cümlə qardaş, — deyir Rəsuli-xuda,

Hanki islamədir bu söz əcəba?

Bəlkə bir başqa xəlqədir bu xitab?

Nəyə lazım, canım, sıxıntı, əzab.

Bütün İranda, cümlə Balkanda,

Çırpınır qardaşın qızıl qanda!

İştə bir qətlgahə dönmüş yer!

Məhv olan yüz deyil ki! Yüz mindir.

Ana! Həmşirə! Ey nişanlı gəlin!

Siz də əsla sıxılmayın, sevinin.

Əzilib məhv olursa ailələr,

Sizə aid deyil bu qəmli xəbər.

Getsə iffət, kəsilsə əmcəklər,

Sevinin!.. İstəməz düşüncə, kədər.

Bütün aləm dağılsa, od tutsa,

Bizə lazımdır imdi zövqü səfa.

Bir müsəlman ki, onda qeyrət var.

Sevinir, kef edər, çalar, oynar.

Sevinin! Zurna, toy çalın, sevinin,

Nə gözəl bayram! Of, gülün, sevinin!

Dinə, namusa küsdünüzsə, gülün!

Sevinin, həp gülün!.. Nə nəşəli gün?!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s