Bayram necə qeyd olunmalıdır?

Qarşıdan bayram gəlir, bayramların ən gözəli, ən təravətlisi və ən uzun ömürlüsü. Novruz bayramı yazın gəlişinin müjdəçisi olmaqla insanda qış aylarının soyuq havasında yaranan passivliyi aradan qaldıran şux əhval ruhiyyənin ilk günlərindəndir. Ümumiyyətlə, bayram anlayışı və bayramı qeyd etmək mədəniyyətinə sizcə, nə qədər sahibik?

Gəlin, ümumrespublika səviyyəsində qeyd olunan bayramları göstərək: Novruz bayramı, Respublika günü, Milli Ordu günü, Bayraq günü, Ana dili günü, Qurban bayramı, Ramazan bayramı, Həmrəylik günü və Yeni il. Bu bayramlar necə qeyd olunur?

Bayramları qeyd etmək üçün bir neçə xüsusata fikir vermək lazımdır. İlk öncə bu bayramın mahiyyətini dərk anlamalıyıq. Yəni bayramda olan milli, etnik, dövlətçilik ünsürlərinin insanlarda oyatdığı təəsüratı mütləq nəzərə almaq lazımdır. Məsələn, Respublika günü, Milli Ordu günü, Bayraq günü, Ana dili günü və Həmrəylik günü dövlətçiliyə və milliliyə əsaslanan bayramlardır. Təəssüf ki, bugün cəmiyyətdə bu bayramların qeyd olunması minimal haldadır. Çoxları bu bayramlarda bir birini təbrik etməyi belə yaddan çıxardır. Yeni il bayramı qlobal bir bayramdır, istəsək də, istəməsək də bu bayram bizə də sirayət edərək bizlərdə bayram əhval ruhiyyəsi yaradır. Biz istəmədən bu bayram bizim ailəmizə daxil olur. Novruz isə etnik kökə bağlı bir bayramımızdır. Qeyd olunan bayramlar arasında yeganə Yeni il bayramıdır ki, onun qeyd olunması sərbəst şəkildədir və yeni il adət ənənələri milliyətindən, dinindən, irqindən asılı olmayaraq bütün dünyada yaşayır.

Təhlükədə olan bayramlardan biri kimi Novruz bayramının tarixdən süzülüb gələn adət ənənəsi məhv olmaq üzrədir. Papaqatma, qulaq falına çıxma, evlərdə milli abu havaya uyğun şərait yaratma demək olar ki, tarixdə qalıb. Bu bayram əvvəlki dövrlərdən fərqli olaraq müasirləşmə adı altında məhvə doğru gedir. Məsələn, Yeni il bayramında Şaxta babanın Santa Klaus, Noel baba ilə əvəz olunması, Qarqızın əvvəlkinə nisbətən daha az dəbdə olması bu bayramın sovet dövründən fərqli olaraq daha da qloballaşması ilə əlaqədardır. Təəssüf ki, bu qloballaşma etnik kökümüzə bağlı olan bayramın məhvinə yönəlib. Məsələn, 10 il qabaq Novruzun əsas atributları olan kosa, keçəl, Bahar qız bu gün demək olar ki, heç ortada yoxdur. Novruzdan bir şey qalıb, o da səməni, şəkərbura, paxlava və qoğaldır. Əgər yeni ildə bir çoxları yeni il aksesuarları ilə bəzənərək bayram ab-havasını yüksəltməyə çalışsalar da, Novruzun qeyd olunmasında milli koloritə üstünlük verilməsi nəzərə çarpmır. Yeni ildən fərqli olaraq, Novruz təbiətin oyanması, insan orqanizminin yenilənməsi ilə müşayət olunan həm bayram, həm də təbii prosesdir. Əgər Azərbaycanın TV-lərdən düşməyən müğənnilərinin hər birinin Yeni ilə aid ən azı bir mahnısı varsa, Novruza aid mahnılardan kolleksiya yığmaq mümkün deyil, çünki belə mahnılar tək-tükdür və əksəriyyəti də uzun illər öncə yazılıb.

Bayramların qeyd olunmasında ikinci bir xüsusiyyət mətbəxin seçilməsidir. Bu daha çox Yeni il, Novruz, Qurban və Ramazan bayramlarına xasdır. Bayramların imtina edilməyən bol süfrələri hələ də yaşamaqdadır. Düzdü, bayramdan istifadə edərək ərzaqların qiyməti süni şəkildə qaldırılsa da, hər bir halda bayram öncəsi bazarlarda, marketlərdə yaşanan alış veriş təlaşı bunu deməyə əsas verir. Mətbəx seçərkən bayramın özəllikləri nəzərə alınmalıdır. Yeni il üçün məqsədə uyğundur ki, dünya mətbəxindən istifadə olunsun. Novruzda daha çox milli mətbəxə üstünlük verilməklə, şəkərbura, paxlava, plov, dovga, qoğal, qoz fındıq, badam, püstə və s. kimi Novruzu simvollaşdıran çeşitlərə üstünlük verilsin. Dini bayramlar olan Ramazan və Qurban bayramında isə milli kökə bağlı halal və insan sağlığına tam yararlı süfrə açılmalıdır.

Bayramlarda aksesuarlardan istifadə insan psixologiyasına müsbət təsir edir. Bu xüsusən də, milli və dövlətçiliklə bağlı olan bayramlara mütləqdir. Aksesuarların ən geniş və çox çeşitli növləri Yeni il bayramında istifadə olunur və mənə elə gəlir ki, bu barədə uzun uzadı yazmağa ehtiyac yoxdur. Novruzda isə səməni və şamlar geniş istifadə olunan aksesuarlardandır. Milli Ordu, Respublika, Ana dili, Bayraq günlərində dövlətçiliklə bağlı milli geyimlərdən, üç rəngli şanlı bayrağımızdan, vətənpərvər musiqilərdən istifadə olunması çox məqbul olardı, amma təüssüf ki, bu belə deyil.

Bayramların qeyd olunmasında yürüşlərin keçirilməsi istər cəmiyyətin psixoloji durumunda, istərsə də xarici görünüşündə müsbət aura bəxş edər. Məsələn, Respublika günündə bayraqlarla bəzədilmiş şəhər, rayon və kəndlərdə Cümhuriyyət yürüşünün keçirilməsi, Milli Ordu günüdə Respublikanın bütün bölgələrində hərbi bayram paradının keçirilməsi, Bayraq və Həmrəylik günlərində vətəndaş birliyini simvollaşdıran Azərbaycan bayraqları ilə bəzədilmiş xalq kütlələrinin yürüşünün təşkil olunması bütövlükdə Azərbaycan xalqında vətənə, millətə, bayrağa, etnik kökə, milli bağlılığa, xalqın gücünə, əzmkarlığa olan inamı artıracaqdır. Bütün şəhər, rayon və kənd mərkəzlərində açıq havada kütləvi bayram şənliklərinin təşkili bu bayramlara olan marağı artırmaqla insanların öz dövlətçiliklərinə, milli köklərinə olan bağlılığı artıracaq.

Əslində geniş mövzu olsa da, bacardıq qədər öz fikirlərimi konkretləşdirməyə çalışdım. Nəticə olaraq, qeyd etmək istərdim ki, xüsusiyyətindən asılı olmayaraq, hər hansı bir bayramı qeyd edərkən, çalışın ki, o bayramı Azərbaycanınkılaşdırasınız. Ən azı bütün bayramlarda Azərbaycan bayrağından istifadə etməklə, bu bayramlara milli ruh qataraq millətimizin gələcək inkişafı uğrunda ümman da bir damcı məsəli də olsa, nəsə etməyə çalışaq. Çünki dama dama göl olar.

Bayramınız mübarək, əziz dostlar!!!

Milli Şüur: Hər Şey Vətən Üçün

3 Comments Add yours

  1. Anvar says:

    Oxudum evvelden axira qeder
    xosuma geldi, dogurdan da fikir verende goruruk ki, biz usaq olanda az-cox ortada olan kosa ve kecel daha yoxdular. Bilmirem belke men bizim telekanalizasiyalara baxmiram ona gore de gormurem.

  2. Aysel says:

    like🙂

  3. Ənvər, təşəkkürlər oxuduğun üçün… Ümumiyyətlə, kosaynan keçəl yoxa çıxıbdılar, heç harda yoxdular🙂🙂

    Sevindim, Ayka🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s