Xatirələrlə dolu 2011…

Hər gecə olduğu kimi bu gecə də özüm-özümə günün hesabatını verirəm. Amma bu gecəki hesabat nisbətən fərqlidir.

Çünki bu son 24 saatın yox, 364 günün hesabatıdır. 2011-ci il həyatımda bir çox yeniliklərin baş verdiyi maraqlı və gözəl oldu.

Bu ildə elə günlər var ki, onlar 2011-i mənim üçün xüsusi ilə əhəmiyyətli etdilər:

01 yanvar 2011 – Yeni ümidlə başlanan yeni gün, yeni il… hər şey bu gündən başladı…

15 fevral 2011 – 2010-cu ilin iyun ayında Akademiyadan məzun olduqdan sonra avara qaldığım müddətin sonu… qeyri rəsmi olsa da, mənə həyatda pul və kitabla öyrənilə bilməyəcəkləri öyrədən, həvəssiz olaraq başladığım, lakin həvəslə davam etdiyim ilk iş günüm…

27 fevral 2011 – yeni notebook-a və evdə wi-fi internətə qovuşduğum gün…

29 mart 2011 – 28 mayda mənim Facebookda Azərbaycan təntənəsi yaratmaq ideyasının yarandığı gün…

28 aprel 2011 – çoxdan arzuladığım, necə deyərlər “o km avtomobil”ə qovuşduğum gün…

28 may 2011 – 29.03.2011-in reallaşdığı gün… Facebookda 12 000-dən çox Azərbaycan sevərin Azərbaycan üçün birləşdiyi gün…

30 iyun 2011 – həyatımda ilk dəfə viza almaq üçün müraciət etdiyim gün…

04 iyun 2011 – təyyarə ilə ilk tanışlığım… Azərbaycandan ilk dəfə kənara çıxdığım gün…

08 iyun 2011 – Strasburqla tanışlığım…

08 sentyabr 2011 – həyatımın ən macəra dolu gecəsi – Rusiya, Şm. Qafqaz yolu

24 sentyabr 2011 – İngiltərə vizasından imtina aldığım gün…

03 oktyabr 2011 – bir il yarımlıq fasilədən sonra yenidən universitet auditorialarında… amma bu dəfə magistr kimi…

24 noyabr 2011 – xaricə ilk tək səfərim…

30 dekabr 2011 – ötən bir il ərzində yaşadığım ən xoş təəssürlarla dolu bir gün)))))))

2012-ci iln daha da maraqlı, həyəcan verici, məcaralı, əyləncəli, biraz ləng, lakin bir o qədər də çevik, sevgi və xoşbəxtliklə dolu olmasını ümid edirəm…

Ən azı 2011-ci ilin 5 ayı ərzində ala bilmədiyim sürücülük vəsiqəsini 2012-ci ilik ilk 2 ayında almağı arzu edirəm…

Bayramınız mübarək dostlar!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s