Dilimizin ən böyük düşməni

Map showing locations of Azerbaijani and related languages:North Azerbaijani (blue), South Azerbaijani (red), Salchuq (green), Qashqa’i (brown), Afshari (purple)

Bugünkü yazımda dilimizin ən böyük düşmənlərindən danışmaq istəyirəm. Bəli, düşmən, özü də ən böyük düşmən…

Dilimizin ən böyük düşməni millətimizin, dövlətimizin düşməni deyil. Dilimizin ən böyük düşməni elə biz özümüzük. BİZ!!! Əgər bir milləti məhv etmək lazımdırsa, onun dilini məhv etmək lazımdır ilk öncə. Amma biz nəyə görə öz dilimizi məhv edirik axı???

Azərbaycan dili ən qədim tarixə malik dillərdən biri olmaqla günümüzdə Azərbaycan Respublikasının dövlət və Dağıstan Respublikasının rəsmi dilidir. Dünyada 50 milyondan artıq insan Azərbaycan dilində danışır. Türk dilləri ailəsinin Oğuz qrupuna aid olan Azərbaycan dili ilk dəfə 1501-ci ildə Səfəvilər dövlətində rəsmi dövlət dili statusu alır. Lakin uzun müddət Azərbaycan dili türk dili, tatar dili, Azərbaycan türkcəsi kimi adlandırırlır. XX əsrin əvvəllərindən başlayaraq 1956-cı ilə qədər Azərbaycan dili rəsmi və qeyri-rəsmi formalarda Azərbaycan türkcəsi kimi adlandırılır. 1956-cı ildə Azərbaycan SSR-nin 1937-ci il konstitusiyasına əlavə edilərək qeyd edilir ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasında da dövlət dili Azərbaycan dili adlandırılır.

Azərbaycan Respublikasının dövlət dilinə hörmət hər bir vətəndaşın borcudur. Vətəndaşlığı bir kənara qoyaq, bu hər bir Azərbaycanlının borcudur. Azərbaycan dilinə hörmət etmək, onu qorumaq, onun təbiiliyini pozmamaq, dilin gözəlliyinə xələl gətirməmək hər bir Azərbaycan sevən şəxsin borcudur. Amma günümüzdə bu məsələ demək olar ki, minimal səviyyədədir. Necə?

Azərbaycan əhalisinin böyük bir hissəsi aktiv internet istifadəçiləridir. Eyni zamanda demək olar ki, hər kəsdə mobil telefon var. Mobil telefonların menyusunda Azərbaycan dili olduğu halda telefonu Azərbaycan dilində işlədən insanlara nədənsə səviyyəsiz kimi baxırlar. Nədi, telefon ancaq rus və ya ingilis dilində işlədilməlidir??? Dəhşətlisi odur ki, telefon menyusunda Azərbaycan dili ola-ola həmin telefonu türk dilində işlədəsən… Mən türk dilinin əleyhinə demirəm, dillərimizin kökü birdi, amma heç bir dil mənim öz doğma dilimdən üstün deyildir. Bu sahədə ən böyük günahlardan biri də elə mobil operatorlardadır. BAKCELL, AZERCELL və AZERFON öz fəaliyyətlərindən yekə yekə danışmaq əvəzinə Azərbaycan şriftləri ilə yazılan sms-lərə üçqat qiymət tətbiq etməsinlər. Əgər smslər-də “ı”, “ğ” və ya “ə”hərfləri yazırsansa, bu sənə üçqat baha başa gəlməklə yanaşı sms-in göndərildiyi abonentdə oxunmama imkanı da var. Belə deyək də, burada günahı mobil operatorların üzərinə ataraq özümüzü məsuliyyətdən azad etdik. Amma ən böyük problem internetdədir.

Hamıya məlumdur ki, istənilən Windows əməliyyat sistemi olan komputerlərdə Azərbaycan dili mövcuddur. Əməliyyat sisteminin özü Azərbaycan dilində olmasa da, hər hansı bir mətni yazmaq üçün Azərbaycan şriftlərini tətbiq etmək mümkündür. Dilimizi məhv edən insanlar məhz internet istifadəçiləridir. O, istifadəçilər ki, Azərbaycan şriftləri ilə yazmırlar və buna əsassız səbəblər göstərirlər. Ay nə bilim, mənim dili dəyişməkdən başım çıxmır, Ə, I, Ö, Ü, Ğ hərflərinin yerini bilmirəm, elə yazma çətin olur… Bilməmək ayıb deyil, bilmədiyini bildiyin halda onu öyrənməmək ayıbdır. İnternet istifadəçiləri sayəsində dilimizdə deformasiya olunmuş bəzi hərflər:

ə – e kimi

ı – i kimi

ğ – g, gh, kh, h, x kimi

ü – u kimi

ö – o kimi

ş – w, sh, s kimi

ç – ch, c, 4 kimi

Məntiqsizlik bilirsiz hardadır??? Ş hərfinin yerinə W, Ç hərfinin yerinə də 4 yazmaqda. Şəxsən mən bu insanların nəinki savadlarına, hətta ağıllarına, məntiqlərinə və şəxsiyyətlərinə belə şübhə edirəm.

Bu cümləyə fikir verin: “men ag qara fonda u4 eded wekil 4ekdirmiwem.”

indi də bu cümləyə: “Mən ağ-qara fonda üç ədəd şəkil çəkdirmişəm.”

Məncə, cümlələr arasında fərqi izah etməyə ehtiyac yoxdur. Sizdən sadəcə bir xahişim və bir vətəndaş kimi tələbim var. Əgər Azərbaycanlısınızsa, Azərbaycan Respublikası vətəndaşısınızsa, Azərbaycanı sevirsinizsə, Azərbaycan vətəninizdirsə, bu dili qoruyun. Onun deformasiya olaraq məhv olunmasına qarşı mübarizə aparın. Hər yerdə, hər məkanda öz şriftlərimizdən yazmağı təbliğ edin və hətta tələb edin. Dilimizi nümayiş etdirən zaman, xüsusilə də xaricilərə bizim dili göstərən zaman mütləq öz şriftlərimizdən istifadə edin. Deformasiya edilmiş, dəyişdirilmiş və saxtalaşdırılmış Azərbaycan dilinə imkan vermiyin. Bu məhvimizə aparan ən əsas yoldur. Əgər hələ də Azərbaycan şriftlərindən istifadə etmirsənsə, onda elə bu dəqiqədən Azərbaycan şriftlərinə keç. Vətən üçün heç olmasa, bu yaxşılığı elə. Əgər sən Azərbaycan şrifti ilə yazırsansa, deməli sən bu vətənə qulluq edən şəxslərdən birisən, bu vətənin sərhədlərini qoruyan əsgər qədər müqəddəs vəzifə yerinə yetirirsən.

DİLİMİZİ QORUYUN!!!

Tural İsgəndərov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s