Desenterilizasiya

This post is also available in English. Click on the topic:

Decentralization in multi-ethnic states

Günümüzdə desentrelizasiya diqqəti öz üzərinə cəlb edən amillərdən biri kimi çox məşhurlaşıb. Bu insanın əsas hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın və xidməti keyfiyyətin yüksəlməsi ilə birbaşa bağlıdır. 1990-cı illərin əvvəllərində SSRİ-nin və Dünya Sosial Sisteminin dağılması və yeni dövlətlərin formalaşması nəticəsində post sovet ölkələrində formalaşmış siyasi sistemlər bir çox problemlərlə üzləşdi. Bu problemlərə vətəndaş müharibələrini, ərazi münaqişələrini və siyasi cavabdehliyin itirilməsini aid etmək olar. Həddindən artıq mərkəzləşdirilmiş hakimiyyət bütün bu problemlərin əsasında durur. Çünki belə olan halda siyasi güc yalnız müəyyən qrupun əlində cəmləşir. Ancaq desentrelizasiya bu siyasi qüvvəni lokal hakimiyyətlər arasında paylanaraq daxili siyasətin həyata keçirilməsini asanlaşdıran və effektiv edən amildir. Bu məsələyə təşkilati tərəfdən baxsaq, görərik ki, desentrelizasiya prosesi elə qurulmalıdır ki, mərkəzi, regional və lokal idarəçilik arasında vahid sistematik hakimiyyət bölgüsü olsun. Desentrelizasiyaya tərif vermək çətindir, çünki bu termin müxtəlif şəxslər tərəfindən müxtəlif formada izah olunmaqdadır. Belə ki, desentrelizasiya siyasət və ya proses, konsepsiya və ya metodologiya, hətta cərəyan da ola bilər (Katalin Tausz). Amma desentrelizasiya aşağıdakı ümumi tərifi vermək olar: mərkəzi hakimiyyətdə olan ictimai funksiyaların lokal hakimiyyətlərə ötürülməsi. Amma bəzən desentrelizasiya termini separatizm termini ilə eyniləşdirilir, bu xüsusən də çox-millətli dövlətlərdə özünü büruzə verir. Desentrelizasiya mərkəzdənqaçma deyil, desentrelizasiya mərkəzdə cəmləşmiş hakimiyyətin regionlara paylanmasıdır.

XVII əsrdən başlayaraq əksər Qərbi Avropa ölkələri milli dövlət quruculuğuna yiyələndilər, amma dünyanın əksər hissəsində bu tip dövlətlər demək olar ki, yaranmadı. Ona görə də, bugün mövcud olan dövlətlərin əksəriyyəti çoxmillətlidir. Lakin biz bu çoxmillətli ölkələri iki əsas qrupda ümumiləşdirə bilərik:

– Etnik qrupların müəyyən kompakt ərazidə dominant olduğu ölkələr. Məsələn, Çin, İran və s.

– Etnik qrupların bütün ölkə ərazisində yayılaraq heç bir yerdə dominant olmadığı ölkələr. Məsələn, ABŞ, Azərbaycan və s.

Eyni zamanda dövlətləri idarəetmə sisteminə görədə qruplaşdırmaq olar: federal və unitar. Bəzən federalizm ölkənin tarixi inkişafından qaynaqlanır (ABŞ, Almaniya). Digər tərəfdən də çox millətli əhali buna səbəb olur (Rusiya, İspaniya).

Federativ idarəetmə sisteminə malik olan ölkələrdə desentrelizasiya aktual problem deyil. Çünki federativ sistemə uyğun olaraq dövlətin ictimai vəsosial funksiyaları federal hakimiyyətdən federasiya üzvlərinə paylanıb. Amma bu o demək deyil ki, desentrelizasiya və federalizm eyni məzmunda işlənən terminlərdir. Federalizm dövlət idarəçiliyinin bir növüdür, amma desentrelizasiya proses kimi nəzərdən keçirilir.  Eyni zamanda desentrelizasiya tək federativ yox, həm də unitar dövlətlərdə də mümkündür. Bu nöqteyi nəzərdən yanaşsaq, belə də hesab edə bilərik ki, tamamilə unitar dövlət olmur. Çünki unitar dövlətlərdə də olan bəzi bələdiyyələr hakimiyyətin müəyyən hissəsini mərkəzi hökumətdən alaraq pz üzərinə götürür. Federativ dövlətlə desentrelizasiya olunmuş unitar dövlətin əsas fərqi ondadır ki, federasiya daxilindəki dövlətlər konstitusion əsasda yaradılır və qorunur. Eyni zamanda onların özlərinə məxsus qanunverici, icraedici və məhkəmə hakimiyyətləri olur. Amma desentrelizasiya olunmuş unitar dövlət sadəcə qanunlarla idarə olunur. Digər fərq də ondadır ki, federativ dövlətlərdə federal hökumət dövlətlərin daxili işlərinə qarışmır. Amma unitar dövlətlərdə bir şeyə diqqət yetirməliyik: desentrelizasiya olunmuş hakimiyyətin formalaşması yalnız mərkəzi hakimiyyətin iradəsindən asılıdır.

Desentrelizasiya və lokal hökumətlər demokratik idarəçiliyin əsas komponentlərindən sayılır. Çünki yalnız bu halda insanların dövlət idarəçiliyində və xidmət sahəsində iştirakı daha çox mümkündür. Bunun bir neçə səbəbi var:

– Mark Mozur hesab edir ki, çox millətli əhalini mərkəzləşdirilmiş hökumətlə idarə etmək nəinki effektsizdir, hətta gərginlik və konfliktlərin yaranmasında başlıca səbəbdir.

– Hakimiyyətin desentrelizasiya edilməsi hakimiyyəti çox millətli əhali qarşısında daha da cavabdeh edir. Çünki lokal hökumətlər xalqın iradəsini əks etdirən ən uyğun amillərdəndir.

–  Desentrekizasiya vahidləri etnik qruplarla mərkəzi hakimiyyət arasında əlaqələri daha daa yaxşılaşdırmaq üçün ən əlverişli amildir. Çünki belə olan halda hakimiyyətin həyata keçirilməsi və əhalinin aktiv iştirakı daha çox nəzərə çarpır.

– Desentrelizasiya ölkənin inkişafı və stabilliyi üçün əhəmiyyətlidir. Çünki kiçik qrupu idarə etmək daha rahatdır, nəinki bütün əhalini. Lokal hökumətlər mövcud problemlərin öyrənilməsində və həll yollarının tapılmasında daha effektiv fəaliyyət göstərir. Belə olan halda mərkəzi hökumət həmin problemlərin həllini tezləşdirərək stabilliyə təminat yaradır.

Çox millətli cəmiyyət kökünə, dilinə, dininə və ya irqinə görə fərqlənən iki və ya bir neçə etnik qrupdan ibarət olan cəmiyyətdir. Cəmiyyətin çox millətli olması özü ilə həm faydalar həm də mənfiliklər gətirir. Ən böyük faydalarından biri mədəniyyət zənginliyidir. Mənfiliklərin başında isə dövlət idarəçiliyi durur. Məlumdur ki, vətəndaş müharibələri adətən çoxmillətli dövlətlərdə qaçılmaz hala gəlməkdədir. Etnik konfliktləri aradan qaldırmaq üçün ilk öncə onun yaranma səbəbini araşdırmaq lazımdır. Nəyə görə etnik qrup mərkəzi hakimiyyətə qarşı itaətsizlik göstərir? Çünki etnik konfliktlər adətən aşağıdakı səbəblərdən yaranır:

– Etnik və irqi diskriminasiya

– Ana dilinin KİV və təhsildə istifadəsi

– Mədəni və dini müxtəliflik

– Dövlət idarəçiliyindən kənarda qalmaq

– Maraqlarının nəzərə alınmaması və s.

Desentrelizasiyada əsas məqsəd bu çətinlikləri aradan qaldırmaqdır. Bu prizmadan yanaşdıqda desentrelizasiyanın bir neçə növləri var: siyasi, inzibati və maliyyə. Siyasi desentrelizasiya Federasiyalarda daha çox tətbiq olunur və konstitusiyaya əsaslanır. Əksər unitar dövlətlər, xüsusən də çoxmillətli dövlətlər bu tip desentrelizasiyadan qaçırlar. Onlar iddia edirlər ki, belə olan halda mərkəzi hakimiyyətdən yayınma baş verə bilər və separatist meyllərin qarşısına almaq olmaz. Amma əks arqument kimi bunu göstərmək olar ki, separatizm mərkəzi hakimiyyətin siyasi cavabdehliyi olmadığı təqdirdə meydana çıxır və çoxmillətli dövlətlərdə hakimiyyətində mərkəzdə cəmləşməsi etnik qrupların hakimiyyətə biganəliyinə səbəb olur. Qeyd etmək lazımdır ki, desentrelizasiya dövlətin unitar quruluşuna qətiyyən xələl gətirmir. Federalizmlə desentrelizasiyanı müqasiyə etdikdə desentrelizasiyanın bir çox müsbət cəhətlərini də göstərmək lazımdır. Çünki Federalizm etnik qruplar arasında olan münasibətləri çətinləşdirməklə yanaşı, eyni zamanda regionların qeyri-bərabər inkişafına da şərait yaradır. Federalizm xüsusilə də inkişaf etməkdə olan ölkələrdə daha da effektsizdir.

Əgər siyasi hakimiyyət mərkəzləşdirilibsə, bir çox probləmlər meydana çıxır. Belə ki, investisiya, sənayə, iqtisadi aktivliklər də mərkəzdə və böyük şəhərlərdə mərkəzləşmiş olur və bu birbaşa əhalinin sosial rifahına da təsir edir. Amma gücün desentrelizasiyası sadəcə siyasi hakimiyyətə aid edilməməlidir, desentrelizasiya dedikdə siyasi hakimiyyətlə yanaşı imkanların, xidmətlərin, iş yerlərinin və təhsilin də paylanması nəzərdə tutulur.

Desentrelizasiya qanunların davamlılığını təmin edir. Çünki elə olan halda etnik qrupların da maraqları nəzərə alınır. Hər bir lokal hakimiyyət mərkəzi hakimiyyətdən daha çox qəbulolunandır. Etnik cəmiyyətlərin üzvü rahatlıqla lokal hakimiyyətdə iştirak etməklə həmin cəmiyyətin əsas maraq və ehtiyaclarını mərkəzi hakimiyyətə çatdıra bilmək imkanına malikdir. Vətəndaşların idarəçilikdə iştirakında desentrelizasiyanın müvəffəqiyyəti lokal idarəçilik institutlarının  formalaşmasında və onların davamlılığından asılıdır (Heymans, 1996). Demokratik lokal hakimiyyət vətəndaşların ehtiyacları üçün daha çox öhdəlik daşıyır. Hökumətin inkişaf etdirilməsində desentrelizasiya əsas amillərdən biridir. Çünki desentrelizasiya

– sərəncam vermədə süründürməçiliyi və məmurların məsuliyyətsizliyini aradan qaldırmaq imkanındadır.

– bir-birindən fərqli siyasi, etnik, dini və mədəni qrupların siyasi təmsilçiliyinə şərait yaradır.

– lokal hökumətlər vasitəsi ilə mərkəzi hökumətin əhali qarşısında hesabat verməsini təmin edir.

– ictimai proqramların və dövlət siyasətinin həyata keçirilməsində vətəndaşların iştirakına lokal səviyyədə şərait yaratmaqla siyasi stabilliyə və milli birliyə imkan yaradır. Çünki desentrelizasiya vətəndaş iştirakını dəstəkləməklə mərkəzi hökuməti vətəndaşa yaxınlaşdırır və vətəndaşların mərkəzi hökumətdən istədiyini almasını gerçəkləşdirir.

Uğurlu desentrelizasiya edilmiş hökumətlərin ən vacib ünsürlərinə aşağıdakıları göstərə bilərik: lokal idarəçilikdə əməkdaşlıq, desentrelizasiya edilmiş idarəçilikdə vətəndaş nəzarəti, lokal idarəçiliyin insan hüquqlarına əsaslanması, maliyyənin regionlara bərabər paylanması. Desentrelizasiya siyasi hakimiyyətdən başqa kasıblıq, gender diskriminasiyası, ətraf mühitin məhv edilməsi, səhiyyənin bərbadlığı, təhsilin geriliyi və texnologiyalardan məhrum edilmə ilə ciddi mübarizə formasıdır. Desentrelizasiya lokal ehtiyacları qabardaraq vətəndaş iştirakını mərkəzi hakimiyyətə, sərəncamvermə hüququnu isə vətəndaşlara yaxınlaşdırır (Robertson Work).

Nəticə olaraq qeyd etmək lazımdır ki, qərb dünyası desentrelizasiyanı ictimai xidmətlərin həyata keçirilməsində daha effektiv vasitə kimi nəzərdən keçirir. İnkişaf etməkdə olan ölkələr isə desentrelizasiyanı iqtisadi gücün bərpasında, macroiqtisadiyyatdakı qeyri-stabilliyin aradan qaldırılmasında və effektiv idarəçiliyin yaradılmasında əsas vasitə olaraq görür. Post-kommunist keçid ölkələri desentrelizasiyanı bazar iqtisadiyyatına keçid və demokratiyanın əldə edilməsində mühüm amil hesab edir. Latin Amrekası ölkələri demokratikləşmək üçün onlara edilən təsir nəticəsində desentrelizasiya olunur. Afrika isə desentrelizasiyaya milli birliyə aparan yol kimi baxır (Robert Ebel). Demokratiya dünyada ən ideal siyasi sistem deyil, amma mövcud olanlar arasında ən yaxşısıdır. Demokratiya elə bir rejimdir ki, orada hakimiyyət çoxluğa məxsusdur, lakin azlıqların hüquqları bir nömrəli prioritetdir. Desentrelizasiya isə bu balansı qoruyur və irqindən, dilindən, etnik mənsubyyətindən, cinsindən asılı olmayaraq cəmiyyətin bütün üzvləri üçün bərabər hüquq və şəraiti formalaşdırır.

by TURAL M.Isgandarov

 

Mənbə:

1. Brian Clive Smith. Decentralization: The territorial dimension of the state. 1985
2. Brian Shoup. Conflict and cooperation in multi-ethnic states: Institutional incentives. 2007
3. Gurr T.R., Minorities at Risk: A Global View of Ethnopolitical Conflicts, US Institute of Peace, Washington, 1993.
4. John A. Ferejohn, Jack N. Rakove, Jonathan Riley. Constitutional culture and democratic rule. 2001
5. Johannes Ch. Traut, George C. Marshall, Jürgen Rose.Federalism and decentralization: perspectives for the the transformation process. 2001
6. Merilee Serrill Grindle. Going Local: Decentralization, Democratization and the Promise of Good Governance. 2009
7. Nicholas Tarling, Edmund Terence Gomez. The state, development and identity in multi-ethnic societies: ethnicity, equity and the nation. 2008
8. Robert D. Ebel and Serdar Yilmaz. “Concept of Fiscal Decentralisation and Worldwide Overview,” International Symposium Quebec Commission of Fiscal Imbalance, September 2001.
9. Robertson Work. Overview of Decentralisation Worldwide: A Stepping Stone to Improved Governance and Human Development
10. Trocaire for Wood Angela, “Demystifying ‘Good Governance’: an overview of World Bank Governance Reforms and Conditions”, December 2005
11. World Bank. Decentralization and Municipal Development: The Municipal Contract. 2010
12. Yash P. Ghai. Autonomy and ethnicity: Negotiating competing claims in multi-ethnic states. 2000

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s