“Qafqazda qarşılıqlı anlayış” mövzusunda Gənc Liderlərin Beynəlxalq Forumu

09 sentyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Kabardin-Balkariya Respublikasının Nalçik şəhərində “Qafqazda qarşılıqlı anlayış” mövzusunda Gənc Liderlərin Beynəlxalq Forumu öz işinə başladı. Forumda Azərbaycan adından “Vətəndaş Cəmiyyətində Debat” İctimai Biriyinin üzvü Tural İsgəndərovla yanaşı 6 nəfər həmyerlimiz iştirak edir. Forum Avropa Şurasının Gənclər və İdman Direktoratlığının (The Directorate of Youth and Sport of the Council of Europe), Rusiya Federasiyasının İdman, Mədəniyyət və Gənclər siyasəti Nazirliyinin (Ministry of Sport, Tourism and Youth Policy of the Russian Federation), Gənclər siyasəti üzrə Federal Agentliyin (Federal Agency on Youth Policy), Rusiya Milli Gənclər Şurasının (National Youth Council of Russia), Kabardin-Balkariya Respublikasının Gənclər Assosasiyası Birliyinin (Regional NGO “The Union of Youth Associations of Kabardino-Balkarian Republic”) və “Çoxmillətli Rusiya” Klubunun (Club “Multinational Russia”) maliyyə və təşkilatı dəstəyi ilə keçirilir. Forumun keçirilməsində əsas məqsəd davamlı sülhün yaradılmasında mədəniyyətlərarası dialoqa əsaslanmaqla gənclər siyasətinin və gənclər fəaliyyətinin dəstəklənməsidir. Forum eyni zamanda Avropa Şurasının əsas dəyərlərinə (demokratiya, insan hüquqları və qanunun idarə olunması) riayət edərək konfliktlərin həllində gənclərin və qeyri-hökumət təşkilatlarının rollarını xüsusi qeyd etməklə onların fəaliyyətlərinin dəstəklənməsində effektiv rol oynayacaq. Forum qarşısına qoyduğu əsas məqsədlərə çatmaq üçün milli məsubiyyətindən, dilindən, dinindən və irqindən asılı olmayaraq mədəniyyətlərarası dialoqun yaradılmasında, mədəniyyətlərarası dialoqda Qafqaz gənclərinin aktiv fəaliyyətinin təmin edilməsində,  vətəndaş cəmiyyətinin qurulması üçün gənclərin motivasiyası və təlimlərində, qeyri-hökumət təşkilatlarının şəbəkəsinin yaradılması və inkişaf etdirilməsində, həmçinin kütləvi informasiya vasitələrinin bu işə cəlb edilməsində maraqlıdır.

Forum Avropa Şurasına üzv olan ölkələrin müxtəlif təşkilatlarından və şəbəkələrindən 80 gənci bir araya gətirərək bütün diqqətləri Şimali və Cənubi Qafqaza istiqamətlədirib. Rusiya Federasiyasının respublikaları da daxil olmaqla forum da 17 müxtəlif dövlət və federasiya subyektindən olan iştirakçılar var. Bu ölkələrə Böyük Britaniya, Niderland, Avstriya, Serbiya, Ukrayna, Litva, Azərbaycan, Gürcüstan, Ermənistan, Abxaziya və Rusiya Federasiyasına aid respublikalar – Kabardiya Balkar, Çeçenistan, Dağıstan, İnquşetiya, Şimali Osetiya, Qaraçay-Çərkəz daxildir. Forum çərçivəsində iştirakçılar 10 sentyabrda Kabardiya Balkar Respublikasının prezidenti Arsen Kanokov ilə görüşüblər. Bununla yanaşı Forumda Avropa Şurasının və Rusiya Milli Gənclər Şurasının ekspert və təlimçilərinin,  dövlət və qeyri-dövlət orqanlarının rəhbər və nümayəndələrinin, politoloq və sosioloqların, eyni zamanda KİV-in iştirakı ilə geniş müzakirə də keçirilib.

Eyni zamanda 10 sentyabrda Forum çərçivəsində keçirilən təşkilatların sərgisində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin fəaliyyət istiqamətləri, məqsədləri, əldə etdiyi uğurlar, layihələri istər forum iştirakçıları, istərsə də foruma gəlmiş qonaqlar tərəfindən maraqla qarşılanıb və bu barədə təşkilatın nümayəndəsi Tural İsgəndərov tərəfində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi haqqında qonaqlara ətraflı məlumat verilib.

Qeyd etmək lazımdır ki, Avropa Şurası artıq 10 ilə yaxın bir müddətdə gənclər arasında əlaqələrin qurulması, konfliktlər və diskriminasiya ilə mübarizədə mədəniyyətlərarası dialoqların dəstəklənməsi istiqamətində olan layihələrə maliyyə və təşkilatı dəstək göstərməkdə davam edir. 09-12 sentyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Kabardin-Balkariya Respublikasının Nalçik şəhərində keçirilən “Qafqazda qarşılıqlı anlayış” mövzusunda Gənc Liderlərin Beynəlxalq Forumu 2-9 iyul 2011-ci il tarixdə Strasburqda (Fransa) keçirilən Gənclərin Beynəlxalq Sülh Düşərgəsi və 4-10 iyul 2011-ci il tarixdə Rustda (Almaniya) keçirilən Qafqaz Sülh Düşərgəsi adlı layihələrin məntiqi davamıdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s