Vətəndaş məsuliyyətsizliyi

Həyatımızda baş verən bütün mənfiliklərin kökündə sadəcə və sadəcə cəmiyyətimiz dayanır. Səbəbini bilmirəm amma cəmiyyətimizdə yaltaqlar səmimilərdən daha çoxdur. Kimə və niyə yaltaqlanırlar bilmirəm… Bütün bu yaltaqlıqların kökünün saxtakarlığa dayandığından hamının xəbəri ola-ola… cəmiyyətdə özünü dərk etmə prosesi getmədikçə biz bu problemin həllini tapa bilmərik. əgər bugün cəmiyyətdə korrupsiya varsa, günahı birbaşa vətəndaşdadır. əgər bugün sənədlərin düzəldilməsində saxtakarlıq varsa günahı birbaşa vətəndaşdadı. əgər bugün cəmiyyətdə qanun pozuntusu varsa, günahı birbaşa vətəndaşdadı. Gəlin bir neçə məsələni xırdalayaq…

ən sadə bir şey, avtovağzaldasan və 0,5 litrlik su alırsan. Hamı bilir ki, bunun qiyməti 20 qəpikdir, amma orada o suyu adama 50 qəpiyə soxuşdururlar. Məsələ 30 qəpiyin dəyərində deyil ee, məsələ 30 qəpiyin arxasında görünməyən 30 illik məsuliyyətsizlikdədir. Sizlərdən neçə nəfər tələb edib ki, bu suya 50 yox, məhz öz real qiyməti olan 20 qəpiyi ödəsin??? 30 qəpik nədir ki onun davasını edim deyib öz qürurunuzu alçaltmamaqla cəmiyyəti bir addım geriyə aparmısınız. Və ya aranızdan neçəsi ödədiyi 50 qəpiyə görə çek tələb edib? əminliklə deyərəm ki, heç biriniz… bu halda işbazlara suni qiymət artımının yaradılması fürsətini kim verir??? Elə sən özün. Bu 30 qəpik 20 metrdən sonra 6 manata çevrilir. Necə?? Bayram günü Gəncədən Bakıya gəlirsən. 5,85 manat əvəzinə səndən 12 manat istəyir. Sən də çıxardıb verirsən ki, təki evə rahat gedim. Amma vətəndaş cəmiyyəti olsaydı, hamı yekdilliklə həmin avtobusa minməkdən imtina etsəydi, əminəm ki, bir daha heç kim avtobusun qiymətini qaldırmazdı.

Axı bizim ölkədə bir söz var. Bir işin qanunla əsaslarla alınmayanda sənə ətrafdakılardan dəstək gəlir: çalış gör düzüb qoşa bilirsən… cəmiyyətimizi məhvə aparan bu cümlə gündəlik həyatın bir hissəsinə çevrilib. Belə yerdə ağıllı adam durub deməzmi ki, ay sənin qadan alım, qanun icazə verməyəndən sonra necə düzüm qoşum???

İnsanlarımızın əksəriyyəti avtobus sürücüsünün dayanacaq yerinə onun evinin qabağında saxlamamasına  görə onu söyürsə, sonra hansı haqla avtobusların qaydaları pozmasını iddia edirlər? İnsanların demək olar ki, hamısı hər hansı bir dövlət orqanından narazı olduğu halda bunu mədəni şəkildə daha yüksək dövlət orqanına məktub yazaraq bildirmək əvəzinə söyüşə əl atırlar??? Axı insanlarımız nə vaxt həmrəy olaraq öz problemlərini dilə gətirirlər???

Qısa bir müraciətim var. Ey əziz həmvətənlilərim! əgər höküməti (dövlət demir haa, hökümət deyirəm. Dövlət toxunulmaz və müqəddəsdir, hökümət isə dövlətin idarə edilmə vasitəsidir) hər hansı bir sosial problemə görə tənqid edirsinizsə, çox böyük səhv iş görürsünüz. Keçin güzgünün qabağına və özünüzə baxın. Özünüzü dəyişdirin və ətrafdan daha yaxşılarını tələb edin. Dövləti yaşadan cəmiyyətdir, cəmiyyəti formalaşdıran fərddir. Özünüz dəyişmədən dəyişiklik tələb etməyin. Unutmayın ki, cəmiyyətin səviyyəsi sizin səviyyənizdən asılıdır. əgər bugün cəmiyyətdə problem varsa, bunun ilk günahkarı sənsən. Çünki sən laqeyd, məsuliyyətsiz vətəndaşsan.

İdeal cəmiyyət arzulayırsan??? Onda bir vətənDAŞ kimi yox, VƏTƏNDAŞ kimi sadəcə və sadəcə öz hüquq və azadlıqlarınızı öyrənməyin. İlk npvbədə VƏTƏNDAŞLIQ VƏZİFƏLƏRİNİZİ VƏ MƏSULİYYƏTİNİZİ dərk edin.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s