Türkiyə Parlament Seçkisi – 2011

Bildiyimiz kimi, bugün Türkiyədə yeni parlament seçkisi keçilib. Hal-hazırda səsvermənin nəticələri hesablanmaqdadır. 2011-ci il seçkiləri üçün ilk öncə türk xalqını təbrik etmək yerinə düşər. Ən azından daha çox seçki mədəniyyətinə sahib olduğu üçün.

Seçkilərin ümumi mənzərəsinə baxsaq görərik ki, səsvermə hüququ olan 50.412.102 nəfər vətəndaşdan 37.257.050 nəfərinin verdiyi səs keçərli sayılaraq nəticələrin hesablanmasında istifadə olunur. Seçimin son nəticələrinə görə 10 faizlik limiti keçən 3 partiya və bitərəflər növbəti dönəm TBMM-də yer alacaqlar. Son nəticələr görə  AKP 327, CHP 135, MHP 56, Bitərəflər isə 32 mandat qazanır.

Bu seçkilərdə əsas rəqiblər kimi AKP və CHP göstərilirdi, MHP də rəqiblər arasındadır. artıq 9 ildir iqtidarda olan AKP-nin 4-cü dönəm üçün indiyə olan 51 faiz nisbətlə kifayət qədər üstünlüyü göstərdi ki, hökümət tərəfindən həyata keçiriləcək layihlər xalqın istəyi dairəsindədir. Eyni zamanda AKP-nin  iqtidarda olması ona imkan verir ki, öz rəqiblərinə qarşı bürokratik əngəllərdən istifadə etsin. Və seçki müddətində də bundan istifadə olundu.

Ana müxalifət partiyası olan CHP son seçkilərə nisbətdə 5 faiz irəliləmişdir. İndiyə olan nəticələr 26 faiz göstərir. Nəzərə alsaq ki, iqtidarda son 9 ildə eyni partiyanın olması və CHP-nin sadəcə 5 faiz irəliləməsi onun üçün ciddi uğur və gələcəkdəki seçki üçün AKP-yə yenidən 5-ci dönəm qalibiyyəti üçün rəqib deyil. Amma eyni zamanda göstərmək lazımdır ki, son bir il ərzində CHP-də baş verən yenilənmə, yəni Kemal Kılımdaroğlu ilə partiyanın yenilənməsi və bu bir illik fəaliyyətin nəticəsində 5 faiz irəliləmə AKP üçün ciddi mesajdır. Əgər CHP seçmənlərinə qarşı söz versə ki, yenilənmə tam sürətlə davam edəcək, bu zaman iqtidara talib olma şansını daha da artırmış olar. CHP-də son bir il ərzində baş verən yenilənmə, partiyanın elit təbəqə partiyası olmaqda çıxıb gerçək bir cümhuriyyət partiyası olmaq yolunda inamlı addımları, bir başa xalqa ünvanlanması onun bu nailiyyətinin əsas sirridir. 1 il ərzində baş verən yenilənmə təbii ki, CHP-nin bütün regionlardakı qollarına qədər də yayılmaması, daha çox mərkəzi formalaşmanın başa çatdırılması uğrunda çalışmasını nəzərə alsaq 5 faizlik irəliləyiş həqiqətən də ciddi bir nailiyyətdir. əgər köhnə “elit” CHP-lilər Kemal bəyin qolundan tutb pnu geri çəkməsələr və Kılıçdaroğlu bütün çətinliklərə baxmayaraq partiyadakı yenilənməni davam etdirsə, Türkiyənin gələcəyinin parlaq olacağına mesaj verəcəkdir.

Hər kim seçilirsə seçilsin, səlahiyyət müddəti ərzində yalnız Türkiyə üçün çalışsın. Son illərdə Türkiyənin qazandığı uğurlar fonunda itirdikləri həddindən artıq çox olub və bunun bədəlini günün birində xalq ödəyəcək. İnşaallah bundan sonra Türkiyə üçün yalnız xeyirlisi olar, baxmayaraq ki, bu biraz şübhəlidir. Bu seçimlərdə məğlub olsa da, adına, şanına və millətinə layiq mübarizə aparan CHP-ni təbrik edir, bundan sonrakı fəaliyyətlərinin bu tempdə inkişafına ümid edirəm.

One Comment Add yours

  1. news pool says:

    thanks for sharing your opinion…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s