HESABAT – 1 il 8 ay

Əziz dostlar, bu yazım hesabat xarakterli olub 1 il 8 ay ərzindəolan fəaliyyətimin qısa hesabatını təşkil edir.

2009-cu ilin oktyabr ayı – Tural Isgandarov`s Blog adı altında fəaliyyətə başlayan bu blogum 2009-cu ilin oktyabr, 2010-cu ilin yanvar, fevral və iyun aylarında bir neçə məqalənin dərci ilə qarşınıza çıxıb. Amma təəssüf ki, uzun müddət ərzində blogun fəaliyyəti dar çərçivədə və çox ləng səviyyədə olub. Blogun fəaliyyətinin 1 ili tamam olanda, yəni 2010-cu ilin dekabrında yenidən formalaşan blog artıq bu dəfə qarşınıza MİLLİ ŞÜUR: HƏR ŞEY VƏTƏN ÜÇÜN adı altında daha dinamik, daha davamlı, daha tez tez yenilənən blog kimi çıxır.

Yeni fəaliyyət dönəmində blogun fəaliyyətini işıqlandırmaq və siz oxucularla daha aktiv ünsiyyət qurmaq məqsədi ilə Facebook sosial şəbəkəsində eyni adda (http://www.facebook.com/Milli.Suur) fan səhifəsini də açdım. ilk bir ay ərzində özümüm və ən yaxın dostlarımın bəyəndiyi bu səhifə artıq 410 nəfərdən artıq bir komanda formalaşdırıb.

Keçən dövr ərzində blogumda 67 müxtəlif mövzuları əhatə edən məqalə dərc olunub. Bu məqalələr arasında ən çox oxunan 7 məqalə bunlardır:

1. Decentralization in multi-ethnic states

 2. ..::Ermənilərin Gerçək Tarixi::..

3. ..::Elif Şafak – Aşk (sevənlər və sevilənlər üçün)::..

4...::Azərbaycan Tarixinə aid döyüşlər::..

5. ..::Azərbaycan neftinin tarixi::..

6. Justice for Khojaly

7. Qələbə yoxsa tarixi məsuliyyət?!

Bundan başqa 2011-ci ilin mart ayından etibarən blogumun Facebookdakı fan səhifəsi olan Milli Şüur: Hər Şey Vətən Üçün-nün və ən yaxın dostlarımın birgə səyi nəticəsində Facebook Azərbaycan tarixinin bir ilkini gerçəkləşdirdik.  Azərbaycan tarixinin qürur mənbəyi olan 28 May 1918-ci il tarixinin, Azərbaycan Xalq Cümhuriyyətinin önəmini təbliğ etmək məqsədilə Facebook-da Cümhuriyyət günümüzdə bütün Facebook-u üçrəngli bayrağımızla bəzəyək!!! adlı online tədbir keçirtdik. Tədbirin əsas məqsədi həmin gün Facebook-u Azərbaycan bayrağı ilə bəzəmək idi. 28 May 2011-ci il üçün saat 20:00 radələrinə qədər bu tədbirə qoşulanların sayı 12,353 nəfər olsa da, 1 ay ərzində 45,000 -dən çox insan bu barədə mütəmadi məlumatlandırıldı. Düşünürəm ki, məhz sizlərin sayəsində biz bunu etdik. Azərbaycanı sevməyimizi bütün dünyaya göstərdik.

Bu da həmin tədbir günü Facebook-u bəzəyən Azərbaycan bayraqları, Facebook-da Cümhuriyyət bayramı

Əgər blogumuzdan, Facebook-dakı səhifəmizdən, təşkil elədiyimiz tədbirdən xoşunuz gəldiysə, gələcək fəaliyyətimizdə də sizin dəstəyinizi gözləyirik.

Növbəti hədəf 26 İyun – Milli Ordu günü

Daha ətraflı bu linkdə:

Milli Ordumuzun şərəfinə bütün Facebook-u üçrəngli bayrağımızla bəzəyək!

Hər birinizə təşəkkür edirəm, əziz oxucular.

Təkliflər, iradlar və digər məsələlərlə bağlı hər birinizin fikri mənə çox dəyərlidir.

Mənə yazmaq üçün bu adreslərdən istifadə edə bilərsiniz:

tural_aydin@yahoo.com

tural.isgandar@gmail.com

http://www.facebook.com/Milli.Suur

http://www.facebook.com/tural.isgandarov

HƏDƏFİMİZ AZƏRBAYCAN, MƏQSƏDİMİZ MİLLƏT!

HƏR ŞEY VƏTƏN ÜÇÜN!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s