Qələbə yoxsa tarixi məsuliyyət?!

14 mayda Almaniyanın Düsselldrof şəhərində keçirilən 56-cı Eurovision Mahnı Müsabiqəsində Azərbaycanın qalib olması çox möhtəşəm bir hadisə oldu. Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın Eurovision səhnəsində Ell & Nikki adı ilə Running Scared mahnısını möhtəşəm şəkildə ifası onsuzda ölkəmizin ən ön sıralarda olacağından xəbər verirdi, birinciliyi nə qədər çox arzulasaq da, birinci olduğumuzu görəndə əksəriyyətimiz bəlkə də buna inana bilmədik. Birinci olmaq, qələbənin sevincini yaşamaqdan gözəl bir şey yoxdur. Amma hər il olduğu kimi bu birincilik də bir çoxları tərəfindən birmənalı qarşılanmadı.

Unutmayaq ki, xaricdə bizi sevənlərdən çox bizə nifrət edənlər var. Hətta bizi tanımıyıb bizim harda yerləşdiyimizi bilməyib bizə şər atanlar var. Ilk qınaqlardan biri o oldu ki, bir çox Avropa ölkəsi bunun qonşu lkələrin səs verməsinin nəticəsində yarandığını dedi yəni Azərbaycan qonşulardan yığdığı səsin hesabına birinci oldu. Xatırladım ki, Azərbaycan öz qonşuları olan Türkiyə, Rusiya və Gürcüstandan yeksək səs aldı, əgər bu ölkələrin hərəsi Azərbaycana ən çoxu 3 səs versə idi belə Azərbaycan yenə də birinci idi. Çünki Azərbaycan ikinci yerdə olan İtaliyadan 32 xal qabaqdadır, biz Türkiyə kimi 1 xal üstünlüyü ilə qalib gəlməmişik. Yerdə qalan xallar isə ən uzaq ölkələrdən gəldi. Hətta Azərbaycana 0 xal verməklə kifayətlənən Portuqaliya belə bizə 8 xal verdi. İkincisi, hamı deyir ki, Azərbaycan varlı ölkədir və pulun səbəbinə birinci oldu, əgər belə olsaydı, niyə biz 2008-də yox, 2009-da yox, 30 milyon manat pul xərclədiyimizi dillər əzbəri etdikləri 2010-da yox məhz bu il birinci olduq? Çünki biz buna layiq idik, çünki biz Avropanın nəbzini tutmuşduq.

İkinci bir məsələ, Azərbaycanın qalibiyyəti ilə eyni dərəcədə danışılan Nigarın səhnəyə türk bayrağı ilə çıxmasıdır. Mən vətənimi sevirəm, bunun heç kimin şübhəsi olmasın, mən vətənimi həm ağlım, həm də ürəyimlə sevirəm, özüm də realistəm. Ona görə bu məsələyə bu cür yanaşacağam. Türkiyənin finala keçməməsi ilə Azərbaycanın Eurovisiondakı nümayəndəliyi elan etdi ki, biz finalda tək Azərbaycan üçün yox, eyni zamanda Türkiyə və bütün Türk dünyası üçün oxuyacağıq. Ola bilsin, bu çıxışla biz Avropa türklərindən böyük dəstək gözləyirdik, amma elə olmadı. Türklərin ən çox yaşadığı Avropa ölkəsi olan Almaniyanın bizə 0 xal verməsi sübut etdi ki, türklər bizə dəstək olmadılar. Dogər tərəfdən, bayraq iki dövlət üçün çox önəmlidir, biri Azərbaycan, digəri Türkiyə. Avropa ölkələri üçün bayraq adi parçadan başqa bir şey deyil, məsəl üçün, Lenanın mətbuat konfransında Almaniya bayrağı ilə üstünə dağılan şampanı silməsi hər şeyi əyani göstərir. Əvvəlki hazırlıqlardan və müsabiqənin gedişindən aydın görünür ki, Azərbayca söz verdiyi kimi, iki ölkəni təmsil edəcəkdi, ona görə də Nigar türk, Eldar da Azərbaycan bayrağını qaldıracaqdı. Amma o ankı həyəcan o qədər güclü oldu ki, Eldar özünü itirdi. Heç kim onu qınamasın, Azərbaycanın qələbəsinə sevinən hər kəs ən azı o dərəcədə həyəcanlı olmalı idi. Məsələn mən o qədər həyəcanlanmışdım ki, nə etdiyimi bilmirdim evdə, harda qala Eldar. Bunu canlı olaraq da açıq aşkar gördük. Hətta Eldarın həyəcanına görə Nigar səhnəyə tərəf tək qaçmağa başladı, Eldar sonradan gəlib çıxdı. Nigarın türk bayrağı il səhnəyə çıxması bizə pis təsir etdi. Amma gəlin biraz da ağılla fikirləşək,

İlk öncə biz türklərə əməlli başlı dərs verdik.

Biz onlara göstərdik ki, böyük qardaş bizik, siz deyilsiniz.

Onlara minnət qoyaraq yanımızda borclu olduqlarını göstərdik.

Biz Avropaya göstərdik ki, qələbə üçün kiməsə arxalanmaq, kimisə qələbəyə aparırıq.

Türklərin də özlərinin dedikləri kimi əgər onlar birinci olsaydı, heç vaxt Azərbaycan bayrağı ilə çıxmazdı. Amma biz çıxdıq. Çünki biz Türkiyə yox, Azərbaycan türküyük. Çünki biz türklüyün özüyük, Çünki biz türklük ideyasının aparıcısıyıq. Bu bayraq Türkiyə bayrağı olsa da, simvolik cəhətdən bütün türk dünyasına, Turana həsr olunmuşdu.

Gələk ən əsas məsələyə…

Osmanlı dövründə oyanış, bugünkü Türkiyə Cümhuriyyətinin qurulması, türk milli şüurunun oyanışı bir başa Azərbaycanda yaranmış türklük ideologiyasından asılı olub. Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə kimi ulu öndərləri olan Türklük şüurunun kökü və formalaşması coğrafi cəhətdən Azərbaycan türklərinə aiddir. Təsadüfi deyil ki, ilk müstəqil türk dövləti də məhz 1918-ci ildə 28 Mayda bu ideyalar üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.

Təəssüflər olsun ki, sovet işğalından sonra Azərbaycanın rəhbərlik etdiyi türklük ideolagiyası demək olar ki, nəzərə çarpacaq dərəcədə yox oldu. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulsa da, türk dünyası uğrunda heç bir addım atılmamışdır. II Dünya Müharibəsində sonra Türkiyə qərb ölkələrindən böyük dəstək gördü. Lakin soyuq müharibənin başa çatması ilə sovet təhlükəsinin aradan qalxması Türkiyəni meydanda tək qoydu. Meydanda təklənən Türkiyə özünə dəstəyi yeni yaranmış türk respublikalarında axtardı. Lakin Azərbaycan başqa müsbət cavab aldığı ölkə olmadı. Azərbaycanın da buna müsbət reaksiya verməsi onun öz tarixi kökü, 1 əsr öncəki özünün yaratdığı ideologiyanın hələ də yaşamasına görə idi. Lakin Türkiyənin hökmranlıq arzusu, böyük qardaşlıq etmə arzusu gec tez Azərbaycan –Türkiyə münasibətlərindəki qardaşlığı sadəcə simvolik həddə çatdırdı. 2009-cu ildən Azərbaycan birmənalı şəkildə Türkiyə tərəfindən istifadə olunmasına son qoydu, və özünün Türkiyə ilə bərabər olduğunu, əslində türk varlığının Azərbaycanın səbəbinə yaşadığını xatırlatdı və belə olan halda milli maraqlarının iflasa uğradığını görən Türkiyə Osmanlı dövründəki kimi ərəblərə üz tutdu. Azərbaycan üçün Ermənistanla üz-üzə gəlməyi gözə almağı bacarmayan Türkiyə Fələstin üçün İsraillə burun buruna gəldi. Türkiyə torpaqlarına iddia irəli sürən prezidentin ayaqlarına gedən Türk rəhbərləri, ərəblər üçün az qala İsrail rəhbərləri ilə yumruq-təpik davasına çıxacaqdılar. Bütün bunlar Türkiyənin heç bir zaman Türk dünyasının lideri ola bilməyəcəyinin açıq aşkar sübutudur. Amma Azərbaycan 14 mayda Eurovision qələbəsi ilə hələ də türklük ideologiyasının yaşadığını, bu ideologiyaya rəhbərlik etməyə mənəvi borcu və tarixi məsuliyyəti olduğunu sübut etdi. Nigar səhnəyə türk bayrağı ilə çıxdı və biz buna əsəbləşdik. Amma digər tərəfdən o bayraq Türkiyə Cümhuriyyətinin bayrağı olsa da, bütövlükdə Turanı simvolizə edirdi. Türk dünyasının ən ucqar şərqində yerləşən Şərqi Türküstanla ən ucqar qərbində yerləşən Türkiyənin bayraqları eynidir, sadəcə rəngləri fərqlidir, biri mavi, digəri qırmızı… Və türk dünyasının tam mərkəzində yerləşən mavili, qırmızılı, yaşıllı, ay ulduzlu Azərbaycanımız sübut etdi ki, Türk dünyasının bir öndəri var, o da ədim odlar yurdu Azərbaycan. Türklük Altaylarda yarandı, amma türklüyü türk kimi tanına ideologiya Azərbaycanda. əgər bu gün dünyada kimsə özünə türk deyə bilirsə, bu Azərbaycan xalqının 150-200 il öncəki fəaliyyətinin nəticəsidir. Bugün də sübut etdik ki, biz həmin Azərbaycanıq, o Azərbaycan ki, bayrağının da ifadə etdiyi kimi Müasir, Müstəqil, Türk və İslam ölkəsi olan Azərbaycan. O Azərbaycan ki, sözün əsl mənasında türklüyə dəyər verib ən sevincli anında belə onu özündən öndə tutur…

Dostlar, Eldarla Nigarın təmsil etdikləri Azərbaycanın qələbəsi uzun illər qələbəyə möhtac olan hisslərimizi oyatdı. İdmanda, yarışlarda birinci ola bilərik, hamı bircə gün Azərbaycan deyib keçəcək. Amma Eurovision adi müsiqi müsabiqəsi olsa da, ən azı ölkəmizə 100 minlərlə turist gətirəcək, o turistləri ki, onların 70 faizi ömrü boyu Azərbaycan adı eşitməyiblər. Dostlar, bu qələbə bizi dünyaya çıxartdı, bu qələbə bizə xalqın, millətin birliyini yaşatdı. İlk dəfə hamı siyasi görüşündən, cinsindən və sosial stausunda asılı olmayaraq üçrəngli bayrağımızı qaldırıb Azərbaycan deyə qışqırdı, ilk dəfə hamı bütün ziddiyyətləri kənara atıb Azərbaycan üçün birləşdi. Və ən əsası da bu qələbə bizə tezliklə Qarabağ qələbəsinin labüd olduğunu aşıladı.

Ona görə də, bu qələbə bizə hər şey olmasa da, çox şey verdi, bu qələbə ikinci müstəqilliyimizin 20 illiyinə gözəl hədiyyə oldu. Ən əsası bu qələbə Azərbaycan üçün oldu. Təsəvvür edin, 400 milyon insan sənin qələbəni seyr edir… Bu möhtəşəm qələbəyə görə hər bir kəsə, bu yolda əziyyət çəkənlərə, bunun üçün dua edənlərə, sadəcə olaraq Azərbaycan sevənlərə, heç nə edə bilməsə də, evdə təkcə Azərbaycan bayrağı ilə müsabiqə izləyənlərə də, Azərbaycan torpağına bağlı olub da şirin yuxuda olanlara da təşəkkür edirəm, Azərbaycanın qələbəsinə sevinənlərə təşəkkür edirəm.

One Comment Add yours

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s