Milli Fast Food-larımız

Son zamanlarda fast foodlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Sürətli həyat tərzi, fasiləsiz məşğuliyyət, zaman qıtlığı bizim yeməyə olan tələbatımızın fast foodlarla ödənilməsinə gətirib çıxardıb. Fast foodların sağlamlığa zərərli olduğunu hamımız bilirik, amma bunu hal hazırda müzakirə etmək fikrində deyiləm. Hər bir ölkənin öz milli mətbəxinə uyğun fast foodu vardır. Sadəcə bəzi hallarda xarici mətbəxlərdən gələn fast foodlar daha cazibədar göründüyü üçün milli mətbəxə aid olanları sıxışdırıb. Məsələn, Azərbaycanda tez tez rast gəlinən fast food restoranlarından olan Mc Donalds dünyaca yayılmış geniş bir şəbəkədir. Bunun yanı sıra türk lokantaları Mc Donaldslardan sonra ən geniş yayılmış fast food şəbəkələrindəndir. Bununla yanaşı un məmulatlarının satıldığı mağazalar da Azərbaycanda əhalinin fast food-a olan ehtiyacının böyük bir hissəsini ödəyir. Ölkəmizdə əhali arasında yayılmış ən geniş fast food çeşidləri hamburqer, çizburqer, dönər, lahmacun və bunların bir çox çeşitləridir. Amma bir anlığa düşündünüzmü ki, ölkəmizə gələn qonağa fast food kimi öz milli mətbəximizin hansı təamını təqdim edə bilərik?!

İlk öncə, fast food-a olmağa layiq ilk təamımız Gəncəbasarda kətə kimi tanınan göy qutabıdır. Xəmir, şor və bir çox çeşitli göyərtidən hazırlanan kətə adətən dəmir sac üzərində bişirilir. Kətənin xəmir hissəsi və sacda qızaraq bişməsini nəzərə almasaq düzgün bişirildikdə göyərtilərinə görə vitamin mənbəyidir. Abşeron və ətraf rayonlarda göy qutabı kimi tanınan kətə adətən ilin yaz aylarında dağlarda və çəmənlikdə yetişən cincilim adlanan göyərti ilə hazzırlandıqda xüsusi dada malik olur. Kətə zövqə görə kərə və ya nehrə yağı, qatıqla yeyilə bilər. Kətənin digər bir növü də ət qutabıdır. Hazırlanmasına görə kətə ilə eynilik təşkil edən ət qutabının adından da göründüyü kimi içərisində göyərti yerinə ət olur. Ət qutabı da zövqə görə kərə və ya nehrə yağı, nar və sumax ilə yeyilir. Eyni zamanda respublikamızın müəyyən bölgələrinin özünə xas mətbəxinə uyğun olaraq qarın qutabı, dəvə qutabı, balqabaq qutabı kimi qutab növləri də yayılıb.

Fast food olmağa layiqli və dadı ilə əksər insanların imtina edə bilmədiyi yemək növlərindən biri də bəzən lülə, bəzən də döymə kimi tanınan kabab növlərimizdən biridir. Adətən yağlı quzu ətindən hazırlanan döymə kabab yuxa, soğan, göyərti, nar və sumaxla yeyilir. Döymə kabab quzu ətindən hazırlansa da, onun kartof, toyuq əti, mal əti ilə hazırlanan çeşitləri də var.

Əslində sadalasaq, bir neçə milli mətbəximizin fast food xarakteri daşıyan təamlarını göstərmək olar. Amma bir şeyi xatırlayaq ki, bu yeməkləri yəqin ki biz ciddi mənada fast food kimi qəbul etməkdə çətinlik çəkə bilərik, amma unutmayaq ki, onlar bəlkə də dünyanın ən dadlı fast foodlarıdır. Axı onlar bizim MİLLİ fast foodlarımızdır.

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s