Azərbaycan “gənc”inin problemləri

Son 1 ay ərzində ölkədə baş verən proseslər onu göstərir ki, Azərbaycan “gənc”liyi sözün əsl mənasında böhrandadır. Bu böhrana iki səbəb var: təhqir və yaltaqlıq. Hər bir demokratik ölkədə olduğu kimi hər kəsin azad şəkildə öz fikrini ifadə etmə azadlığı var. Lakin bu azadlıq heç kimə imkan vermir ki, çıxıb kimisə təhqir eləsinlər, əxlaqa zidd ifadələr işlətsinlər. Və ya digər tərəfdən şablon ifadələrlə boş-boş sözlər danışsınlar. Bu problem o vaxt həll olunar ki, hər iki tərəf də söylədiyi fikirləri əsaslandırsınlar. “Azadlıq”, “İstefa” çığırmaqla heç bir şey həll olunmur. Bari bu ifadələri o kəslər işlətsinlər ki, həqiqətən də azad olmasınlar və ya o kəslər işlətsinlər ki, onlara heç vaxt iqtidarda olmaq qismət olmayıb. Axı hamı bilir ki, indiki iqtadar olmayanda onlar var idi. Bəs nə etdilər? Cavab – Heç nə! Bəs bugün nə edirlər? Cavab – təhqir! Bu təhqirə ağlı başında olan heç kimsə imkan verməməlidir.  Digər problem isə ondadır ki, bir qrup “gənc” yaltaqlanmağın son həddini də keçiblər. Hər bir insan istədiyi bir şəxsin siyasi kursunu dəstəkləyə bilər, amma əgər bunu əsaslandıra bilmirsə, yaltaqlanaraq özünü gözdən salmasın.

Son bir ay ərzində müşahidə etdiyim “gənc”lik: 5 nəfər toplaşanda adı qoyurlar 100 nəfər idik… dinc aksiya deyirlər, amma hər şeyi vurub dağıdırlar… xaricdən maliyyələşib deyirlər, əllərində sübut yox… Bakıda hamı qalstukla gəzir…

Əgər həqiqətən də gənc olaraq Azərbaycanın uğurlu inkişafına nail olmaq istəyiriksə, bir neçə prinsipial məsələlərə diqqət yetirməliyik: təhqir yol verilməzdir, faktlarla sübut olunmayan arqumentlər olmadan kimisə nədəsə ittiham etmək yol verilməzdir. Küçələrdə tragikomedik show göstərən bu gənclər görəsən nə vaxtsa sözün əsl mənasında vətən üçün nə ediblər? Sizcə, küçələrdə çıxıb bağırmaq hünərdimi? Hərbi xidmətdən bilərəkdən boyun qaçırdan şəxs həqiqətən vətənpərvərdimi? Məsələ, xaricdə, Avropada, ABŞ-da təhsil almaq deyil… Harda təhsil alırsansa, al, harda oxuyursansa, oxu, əsas odur ki, Vətəninə, Vətənin müqəddəs torpağına, onun şərəflə yüksələn üçrəngli bayrağına bağlı ol. Əsas odur ki, o bayrağın qürurla dalğalanmasını təmin etmək üçün dinindən, milli mənsubiyyətindən, siyasi görüşündən asılı olmayaraq bütün vətəndaşlarla, dövlətlə birlik olmaqdan keçir. Əmin edə bilərəm ki, bugün qabardılan problemlərin 80 faizindən çoxu sadə vətəndaşın bütün məsələlərə”azacıq aşım, ağrımaz başım” prinsipindən yanaşmasıdır. Sadə vətəndaşın üzləşdiyi istənilən problemin həlli onun özündən asılıdır. Məhz bugünkü gənclik də bunun üçün çalışmalıdır. Demokratiya qeyri-müəyyən anlayışdır, nə qədər çox demokrat olmaq istəyirsənsə, gərək bir o qədər də açıq fikirli, geniş düşünmə, qarşındakını dinləmə və heç bir halda təhqirə əl atmamaq qabiliyyətinə malik olasan. Bunun üçün də Azərbaycan gəncliyi əl-ələ verib daha da demokratik olmağa çalışmalıdır. Hər halda buna şərait dəə var, imkan da… Şəraitin olmadığını iddia edənlər isə zəif, iddiasız, etibarsız insanlardır. Biz nə ərəb ölkəsiyik, nə də hansısa bir Afrika ölkəsi… Biz demokratiyanın mövcud olmadığı 1918-ci ildə əsl demokratiya yaradan dövlətin davamçısıyıq. Bizə vəhşiliklə, təhqirlə etiraz yaraşmaz, biz mədəni insanlar olaraq mədəni şəkildə yaşamalıyıq. Dövlət və Vətən mənafeyini istənilən mənafedən üstün tutaraq bu Vətən uğrunda çalışmalıyıq.

Bu yazımı bir çoxlarınızın bəyənməyəcəyinizə əminəm, amma inan ki, sizin təhqirlərlə dolu yazılarınızdan daha səviyyəlidir.

Diqqətiniz üçün təşəkkürlər!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s