Cinayət Məcəlləsinin 10 ən məşhur maddəsi

Azərbaycan Respublikası ərazisində işlənən xətalar və cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Cinayət nədir? Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. AR CM-nin 15.1-ci maddəsinə əsasən cinayətlər 4 qrupa bölünür: olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayət.

Hər bir ölkədə olduğu kimi Azərbaycanın da özünəməxsus bir çox fərqli cəhətləri var. Məhz elə bu səbəbdən də hər ölkə üçün xarakterik olan cinayət, cinayəti törətmə üsulu və cinayəti cəzalandırma qaydası var. Baxmayaraq ki, CM-də 100-lərlə cinayətdən bəhs olunur amma mən bugün 60 faizdən çox cinayət işlərinin başlandığı 10 ən məşhur maddəni yazacağam.

1. 120-ci maddə – qəsdən adam öldürmə – 2 bənddən və 12 altbənddən ibarət olan bu maddə ilə törədilmiş cinayətin cəzası 7 ildən ömürlük azadlıqdan məhrumetməyə qədərdir.

2. 126-cı maddə – qəsdən sağlamlığa ağır zərər vurma – 3 bənddən və 5 altbənddən ibarət olan bu maddə ilə törədilmiş cinayətin cəzası 3 ildən 12 ilədək azadlıqdan məhrumetmədir.

3. 127-ci maddə – qəsdən sağlamlığa az ağır zərər vurma – 2 bənd və 4 altbənddən ibarət olan bu maddə ilə törədilmiş cinayətin cəzası azadlığın məhdudlaşdırılmasından 5 ilədək azadlıqdan məhrumetmədir.

4. 132-ci maddə – döymə – Azərbaycanda xüsusilə məşhur olan bu maddə ilə cinayət törətmiş şəxsi 200 manat cərimədən 6 ayadək dəmir barmaqlıqlar gözləyir.

5. 177-ci maddə – oğurluq – müxtəlif bəndlərdən ibarət olan bu maddə ilə törədilmiş cinayətin cəzası 100 manat cərimədən 12 ilədək azadlıqdan məhrumetmədir.

6. 178-ci maddə – dələduzluq – ən çox da qanunsuz universitetə tələbə düzəltmə, qanunsuz ev tikmə xarakterik olan dələduzluq əməlinin cəzası 100 manat cərimədən 12 ilədək azadlıqdan məhrumetmədir.

7. 221-ci maddə – xuliqanlıq – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri özündə ehtiva edən bu tip cinayətlər Azərbaycanın ən geniş yayılmış cinayətlərindəndir. Bu maddə altında törədilmiş cinayətin cəzası 1 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmədir.

8. 234-ci maddə – Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə törədilən cinayət əməlinin cəzası 3 ilədək müddətə azadlıqdan məhrumetmədən 7 ilədək azadlıqdan məhrum edilməklə yanaşı, əmlakının müsadirəsi, vəzifədən məhrum edilməsi və s. cəza növləridir. Bu maddənin xüsusilə 1 və 2-ci bəndləri ən geniş yayılmış cinayət növlərindəndir. Belə ki, AR CM-nin 234.1-ci maddəsindı göstərilir ki, satış məqsədi olmadan qanunsuz şəkildə narkotik vasitəni əldə edib saxlamağa görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsində isə satış məqsədi ilə narkotik vasitəni əldə etmək göstərilir.

9. 263-cü maddə – Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – əgər, bu qaydaların pozulması zərərçəkmiş şəxsin az ağır və ağır dərəcəli bədən xəsarəti alması ilə nəticələnirsə, bu maddənin tərkibi yaranır. Demək olar ki, bu maddədə göstərilən cinayət əməlinə gün ərzində ən azı 3-4 dəfə rast gəlmək olur. Cəzası nəqliyyat vasitəsinin 3 il müddətinə idarə etməkdən məhrum edilməkdən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

10. Əslində mən burda bir-biri ilə çox fərqli olan iki maddəni göstərmək istəyirəm: 320 və 321. AR CM-nin 320-ci maddəsinə əsasən saxta sənəd hazırlamaq, istifadə etmək cinayət hesab edilir və cəzası 3 ilədək azadlığın məhdudlaşdırılmasından 2 ilədək azadlıqdan məhrumetmədir. AR CM-nin 321-ci maddəsi: (şərhsiz) . Hərbi xidmət keçməkdən boyun qaçırma: 321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma – iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

ANS-də Kriminal verilişinin sonunda dedikləri kimi: ÇALIŞIN HƏMİŞƏ CİNAYƏTDƏN VƏ CİNAYƏTKARLARDAN UZAQ OLUN!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s