Müharibə

Müharibə mədəniyyəti – bu ifadə ola bilsin qulağa qəribə gəlir amma hər bir şeyin öz mədəniyyəti var. Müharibə aparmağın özü də bi sənətdir. Amma müharibənin aparılması və müharibə mədəniyyəti sadəcə kağız üzərində qalmaqdadır. Müharibənin bir şərti var, o da heç bir qanun tanımamaq. Müharibə aparılmasının mədəniyyəti sadəcə kağız üzərində olsa da, amma müharibə də bir neçə prinsipə əməl olunmalıdır. Müharibəyə başlamaq əslində bütün insanlığa qarşı çıxaraq insanlara qarşı yönəlmiş cinayət törətməkdir. Amma müharibəyə aparan səbəblər və məqsədlər müharibədə haqqlı və haqsız tərəfləri formalaşdırır. Müharibənin hücuma keçən və müdafiə olunan tərəfləri ilə yanaşı məhv olan tərəfləri də var. Müharibə nə qədər də cinayət olsa, bəzi hallarda haqq səsini duyurmağın yeganə yoludur. Müharibənin mədəniyyəti ondadır ki, müharibə aparan zaman zərər bir başa lazımı hədəfə vurulsun. Mədəniyyətsiz və ya əxlaqa zidd müharibə bir başa insanlıq əleyhinə yönəlmiş hərəkətləri özündə ehtiva edərək müharibə vəhşətləri, soyqırımlarla müşayət olunan hadisələrə gətirib çıxardır. Müharibə insan öldürməkdir amma müharibə cinayət hesab edilmir. Müharibə cinayəti var ki, o da müharibə iştirakçısına qeyri insani rəftarın nümayiş edilməsindən doğur. Bütün bunlara baxaraq görə bilərik ki, fikirlər özü özlərini təkzib edərək  aşkar olunur ki, insan öldürmək elə insanlıq əleyhinə ən böyük cinayətdir.

 

Bütün bunlar Azərbaycana aid edilmir təbii ki.. Çünki bizim müharibə aparacağımız bir dövlət var o da ermənistandır. Ümumiyyətlə, bu müharibə heç bir halda cinayət deyil, çünki insanlığa qarşı yönəlməyib, vəhşiliyə qarşı yönəlib. Hər bir halda torpaqlarımızın qaytarılmasının bir yolu var, o da müharibə.

 

Milli Şüur: Hər Şey Vətən Üçün

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s