NEOMARKSİZM – sosial nəzəriyyə III hissə

Neomarksizmin aktorları: “dünay-sisteminin” mərkəz, periferiya və yarımperiferiyası, “dövlət-siniflər” və “region-siniflər”

Beynəlxalq münasibətlərin təbiəti: imperialist və istismarçı

Məqsəd: antisistem qırılması, qloballaşma məntiqinin qütbləşməni aradan qaldırması

Proseslər: mərkəzlə periferiya arasında qırılma, ABŞ-ın xeyrinə simmetriyasız qarşılıqlı asılılığın yaranması

Gələcək beynəlxalq münasibətlər: istismardan azad olunma, dünya sosializmi

Nəzəri analizin əvvəlki nöqtəsi: dünya-sistemi və dünya-iqtisadiyyatı

Nümayəndələri: S.Amin, İ.Vallerstayn, R.Kok

Neomarksizm dünyada baş verən iqtisadi bərabərsizliyin və əhalinin təbəqələşməsi məsələsini vurğulayır. Neomarksizm nəzəriyyəsinin 3 istiqaməti var%

1) “Dünya-sistem nəzəriyyəsi”

buna görə dünya nəinki dövlətlərə, həm də daha vacib olan siniflərə bölünür. Kapitalizmin inkişafı nəticəsində bəzi dövlətləriqtisadi sıçrayış edərək qabağa getmiş, bəziləri isə yerində qalmışdı. Nəticədə dövlətlər arasında ayrı seçkiçilik yaranmış və iqtisadi vəziyyətinə görə dövlətlər mərkəz – əsas, periferiya – ətraf və yarıperiferiya – yarı ətrafa bölünür. Mərkəzdə olanlar daha yüksək inkişaf edib, digərləri üzərində hamilik edirlər. “Dünya-sistem” nəzəriyyəsinə görə mərkəz dövlətlər digərlərinin hesabına zənginləşir və bu da münaqişələri qaçılmaz edir.

 

2) Asılılıq nəzəriyyəsi

“Dünya-sistem nəzəriyyəsi”ndən fərqli olaraq, asılılıq nəzəriyyəsi dünyanın tarixi inkişafı və təzadlarından daha çox onunindiki vəziyyətinə diqqət yetirir. Bu nəzəriyyəyə görə, inkişaf etmiş və tənəzzül içində olan dövlətlərin mövcudluğu dünyada baş verən hüquqca bərabər olmayan dövlətlərarası münasibətlərdən qaynaqlanır. Bu nəzəriyyənin tədqiqatçılarının fikrincə, müasir dövrdə inkişaf etmiş qərb ölkələri müxtəlif növ iqtisadi, texnoloji və s. vasitələrdən istifadə edərək Şərq ölkələrinin istismarı prosesini davam etdirir. Mahiyyətçə bu müstəmləkəçiliyin yeni növünü – neomüstəmləkəçiliyi yaradır.

 

3)”Qramşe məktəbi” (İtaliya məktəbi)

Bu nəzəriyyənin əsasını “dünya hegemonluğu” müddəası təşkil edir. Bu fikrə uyğun olaraq, bir qüdrətli dövlət beynəlxalq münasibətlərin digər iştirakçılarına dünya qaydası prinsiplərini diktə edir. Dünyanın digər inkişaf etmiş ölkələri bu qüdrətli dövlətə qoşulur və nəticədə “tarixi hegemon blok” formalaşır. XIX əsrdə bu Böyük Britaniya idisə, indi ABŞ-dır.

 

by TURAL ISGANDAROV

 

 

 

 

 

One Comment Add yours

  1. Aqşin Namazlı says:

    Maraqlı yazılardır. Neomarksimlə bağlı yazıların 4-cü hissəsi də varmı?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s