Bandunq Konfransı

Asiya və Afrika ölkələrinin konfransının təşəbbüskarları kimi Hindistan, İndoneziya, Birma (Myanma), Pakistan və Seylon (Şri-Lanka) çıxış edirdilər. 1955-ci ilin aprelində İndoneziyanın Bandunq şəhərində konfrans öz işinə başladı. Burada Yaponiya, Şimali və Cənubi Vyetnam da daxil olmaqla 29 ölkə iştirak edirdi. Afrika qitəsini 6 nümayəndəlik təmsil edirdi. Konfransa SSRİ, Sakit okean regionun “ağ ölkələri” (Avstraliya və Yeni Zellandiya), İsrail, Şimali və Cənubi Koreya, Tayvan və CAR buraxılmadılar.

Bandunqda əsas rolu Hindistan, İndoneziya və ÇXR oynayırdı. “Bandunqun qəhramanı” Çin oldu. Nümayəndəliklər Çin nümayəndəliyinin simasında kommunist ideologiyasının təntənəsini yox, yadellilərə qarşı azadlıq mübarizəsinin qələbəsini alqışlayırdılar.

Konfrans iştirakçılar arasında SSRİ-yə münasibət iki cür idi. Bir tərəfdən SSRİ-ni Asiya xalqlarını əsarətdə saxlamaqda günahlandırırdılar. Başq bir tərəfdən də müstəmləkəçi dövlətlərlə (Britaniya və Fransa) və ABŞ-la mübarizədə SSRİ-dən istifadə etmək faydalı idi. Müvafiq olaraq, SSRİ-nin mövqeyi və konfransın qərarlarına qarşı münasibəti də tərəddüdlü idi. Belə ki, SSRİ bir tərəfdən Asiya və Afrika ölkələrində millətçiliyi dəstəkləməklə onları ABŞ və qərb ölkələrinin əleyhinə yönəltməyə çalışırdı. Digər bir tərəfdən isə qorxurdu ki, Asiya və Afrika ölkələrindəki millətçilikSSRİ-nin Mərkəzi Asiya və Cənubi Qafqaz respublikalarında da millətçiliyin oynamasına təkan ola bilər.

Konfransın gedişatında milli-azadlıq hərəkatının özü haqqında 2 müxtəlif tendensiya var idi: radikal – amma qeyri-inqilabçı və mötədil-reformistlər. Birincini C.Ə.Naser başda olmaqla Misir və ÇXR dəstkləyirdi. İkincini isə C.Nehru başda olmaqla Hindistan dəstəkləyirdi. Bu tendensiyalar uzun onilliklər boyu inkişaf etməkdə olan dünyada davam etdi.

Yekun sənədə dinc yanaşı yaşama və beynəlxalq münasibətlərin 10 prinsipinə çevrilən panca şila da əlavə edildi:

– İnsan hüquqları və BMT-nin Nizamnaməsi və məqsədlərinə hörmət

– Ərazi bütövlüyünə hörmət

– Bütün millətlərin və irqlərin hüquq bərabərliyini tanımaq

– Başqa dövlətlərin daxili işlərinə müdaxilədən imtina etmək

– BMT-nin Nizamnaməsi çərçivəsində hər bir ölkənin individual və ya kollektiv müdafiə hüququna hörmət

– Böyük dövlətlərin xüsusi maraqlarına xidməət edən və başqa dpvlətə təzyiq məqsədilə yaradılan kollektiv müdafiə müqaviləsindən imtina etmək

– Hər bir ölkənin siyasi quruluşuna və ərazi bütövlüyünə qarşı aqressiyadan imtina etmək

– Bütün beynəlxalq mübahisələrin sülh yolu ilə nizama salınması

– Qarşılıqlı əməkdaşlığa yardım

– Beynəlxalq öhdəlik və ədalətə hörmət

Bandunq konfransının qərarları kompromis xarakteri daşıyırdı. Baxmayaraq ki, bir çox iştirakçı dövlətlər “bloklara qoşulmama” haqqında sənədin imzalanmasının qəti tərəfdarı idisə, amma bu bənd qərarlar arasına salınmadı. Çünki bu vaxt artıq konfrans iştirakçılarından bir neçəsinin (Pakistan, Filippin və s.) ABŞ və digər qərb dövlətləri ilə ittifaq müqavilələri var idi və onlarla əlaqələrinin qırılmasını istəmirdilər. Bu vəziyyət 1957-ci ildə Qahirədə keçirilən Asiya və Afrika ölkələrinin həmrəyliyi konfransında, 1958-ci ildə keçirilən Afrikanın müstəqil dövlətlərinin AKKra konfransında və Afrika xalqlarının Qana (1958) və Tunis (1960) konfranslarında inkişaf etdirildi.

Bandunq konfransı Asiya və Afrika ölkələrində həmrəylik hərəkatını gücləndirdi. Çox əhəmiyyətli olmasa da, məhz bloklara qoşulmama ideyası bu kkonfransda formalaşmışdı və tezliklə bütün dünyaya ciddi təsir edəcək xarater alacaqdı. Bu hərəkata yeni müstəqillik əldə etmiş onlarla dövlət qoşuldu. Onların əsas prinsipləri iki rəqib blok – NATO və Varşava blokundan eyni dərəcədə uzaqlaşaraq öz beynəlxalq münasibətlərini qurmaqdır. Bloklara qoşulmama hərəkatı rəsmi olaraq bloklara qoşulmamış dövlətlərin 1961-ci il Belqrad konfransında formalaşdı.

Mənbə: Системная история международных отношений в двух томах, События 1945-2003, Том второй. Под редакцией А.Д.Богатурова. Москва – 2007

by TURAL ISGANDAROV

One Comment Add yours

  1. Afig says:

    bunu imtahan suallarinda men de tercume elemisdim:)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s