NEOMARKSİZM – sosial nəzəriyyə II hissə

Müasir beynəlxalq siyasi iqtisadiyyatın araşdırılmasında neomarksistlər xüsusi rol oynamışlar. Müasir beynəlxalq və siyasi elmlərdə neomarksizmin yerini anlamaq üçün aşağıdakıları bilmək lazımdır. Birincisi, onu klassik marksistlərdən hansı xüsusiyyətləri ayırır və birləşdirir. İkincisi, diqqət yetirmək lazımdır ki, neomarksizm qanuni marksizmdən (eləcə də, digər beynəlxalq münasibətlər nəzəriyyələrindən) fərqli olaraq, tamamilə müxtəlif cərəyanı özündə ehtiva edir. Vəziyyət yalnız onun ümumi xarakteristikasına baxmağı tələb etmir, həm də xüsusi nəzəri baxışları özündə ehtiva edir. Bu xüsusilik onu ənənəvi marksizmdən nə qədər uzaqlaşdırırsa, bir o qədər də dünya iqtisadi strukturalizminə (və ya siyasi iqtisadiyyata) yaxınlaşdırır. Və nəhayət, üçüncüsü, baxmayaraq ki, neomarksizmin tərəfdarları geniş intellektual təbəqəyə aid olsa, beynəlxalq – siyasi nəzəriyyələrdən biri kimi o, nisbətən marginaldır. Bu marginallıq ondan ibarətdir ki, əgər Qərbdə hakimiyyətdə müxtəlif istiqamətlərin nümayəndələri var idisə, bunun əksinə olaraq SSRİ və Şərqi Avropada, eləcə də inkişaf etməkdə olan ölkələrin “bazarlarında” neomarksizm daha möhkəm idi.

Neomarksizmin müasir beynəlxalq elmdə formalaşmasında 1950-ci illərin əvvəllərində BMT-nin Latın Amerikası üzrə İqtisadi Komissiyasına rəhbərlik edən Raul Prebiş və onun komandasının böyük əməyi var. onlar realizmi tənqid edərək qeyd edirdilər ki, əməyin kapitalistcəsinə bölgüsü təkcə milli iqtisadiyyata yox, eyni zamanda xammal ixrac edən dövlətlərlə hazır məhsul ixrac edən dövlətlər arasında da qütbləşməyə səbəb olur. Bu tədqiqatın əsasında Latın Amerikası ölkələrinin ABŞ imperializminə qarşı mübarizə konteksində dayanan “Asılılıq nəzəriyyəsi” durur. Onlar Buxarinin, Gilferdinqin, Leninin monopolist kapitalın ali mərhələsindəki maliyyə kapitalının hökmranlığı haqqındakı tezislərdən uzaqlaşdırdılar. Onalr bu nöqteyi nəzərdən izah etməyə çalışırdılar ki, “periferiya kapitalizminin” hökmranlıq edən sinfi və onların transmilli korporasiyalarla əlaqəsi daxili və xarici iqtisadi strukturlardan asılıdır. Onlar zəif inkişaf etmiş ölkələrdə effektiv sənayeləşdirmə, xammal ixracı ilə hazır məhsulların idxal nisbətinin eyniləşdirilməsi, texnologiyanın inkişafı ilə “periferiyanın” “mərkəzdən”asılılığını azaltmağa çalışırdılar.

Müasir neomarksistlər (İ.Vallerstayn, R.Koks, S.Amin, M.Roqalski, Y.Qaltunq, N.Geras) beynəlxalq münasibətləri müxtəlif dövlətlərin, cəmiyyətlərin, idealogiyaların, iqtisadiyyatların timsalında təqdim edirdilər. Neomarksizmin əsas anlayışlarına dünya-sistemi və dünya-iqtisadiyyatı aiddir. onların qarşılıqlı əlaqələrində əsas yer dünya-iqtisadiyyatına aiddir. Mövcud anlayış beynəlxalq aktorlar arasındakı qarşılıqlı iqtisadi əlaqələr sistemini rədd edir. Dünay-iqtisadiyyatının əsas xüsusiyyətləri: ümumdünya istehsalat təşkilatı, dünya iqtisadiyyatında transmilli monopoliyanın rolunun artması, maliyyə sferasında dövlət müdaxiləsinin qarşısının alınması, bununla əlaqədar olaraq qlobal “maliyyələşmə” tendesiyası.

Neomarksistlər müasir kapitalist dünya-sistemini sosial xərclərin, məşğulluğun azaldılmasında, fiskal sistemin (maliyyə və məhkəmə işlərinə nəzarət) varlıların xeyrinə dəyişməsində tənqid edirdilər.Onlar israr edirlər ki, bunun əsas səbəbi beynəlxalq sisteminin aktorları arasındakı bərabərsizlikdir. Bu isə “periferiya” aktorları ilə “mərkəz” aktorları arasında qırılma nöqtəsinə səbəb olur.

Neomarksizmlə ənənəvi marksizmi bir sıra məsələlər birləşdirir. Birincisi, beynəlxalq qarşılıqlı münasibətlərin analizi iqtisadi strukturların birinciliyini və onların ümumi inkişafda rolunu təsdiq edir. İkincisi, hər iki cərəyan beynəlxalq münasibətlərə siniflərarası mübarizə, hökmranlıq və itaət, istismar və bərabərsizlik kimi baxır. Üçüncüsü, hər ikisində də beynəlxalq mühitin xarakteri konfliktli göstərilir və əsas problem kimi müxtəlif siniflər arasındakı mübarizə qeyd olunur. Dördüncüsü, marksizmdə olduğu kimi neomarksizimdə də beynəlxalq münasibətlərin təkamülünə inam var və onların fikrincə, bunun üçün kütləvi əhalinin fəaliyyətinin böyük əhəmiyyəti var. Nəhayət, ən vacibi, marksizm kimi neomarksizm də beynəlxalq siyasi elmlərdə mövcud vəziyyətə daha inandırıcı və konseptual yanaşır, eləcə də bu vəziyyətdən çıxış yolunun tapılması üçün alternativ variantlar təklif edir. Yuxarı da deyilıənlərə əlavə etmək olar ki, neomarksizm mövcud fikirlərə sələfindən daha yüksək dərəcədə yanaşır.

Bununla belə neomarksizmin marksizmdən bir çox fərqli xüsusiyyətləri var. Neomarksizm iqtisadi determinizm kimi xarakterizə edilmir. Neomarksistlər iqtisadi strukturların birinci dərəcəli roluna böyük əhəmiyyət versələr də, beynəlxalq münasibətlərə ikinci və ya üçüncü dərəcəli baxmırlar. bundan başqa neomarksistlər daxili və xarici siyasətin qarşılıqlı əlaqəsinin analizində öz ideya sələflərinin əksinə olaraq prioriteti birinciyə yox, ikinciyə verirlər (bu bəzən əsas verir ki, onları “hakimiyyət bütpərəstliyində” günahlandırsınlar. Neomarksizmin ən böyük fərqlərindən biri isə budur: onun tərəfdarları düşünürlər ki, ənənəvi marksizmin xüsusi əhəmiyyət vermədiyi beynəlxalq münasibətlərin xüsusi və muxtar nəzəriyyəsini təcili surətdə işləyib hazırlamaq lazımdır.

 

Mənbə: Цыганков П.А Teopия международных отношень: Учебное пособие, Гардарика, 2007.

 

by TURAL ISGANDAROV

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s