Varşava Müqaviləsi Təşkilatının yaranması

Sovet rəhbərliyi 50-ci illərin ortalarında “cinah təzyiqindən” öz rəqiblərinə qarşı yaxşı istifadə edirdi. Lakin Avropa siyasətində Qərbə uduzan SSRİ çalışırdı ki, Avropa ölkələri və ABŞ-ın dünyanın digər yerlərində qarşılaşdığı çətinliklərdən öz məqsədi üçün istifadə etsin. Amma hər bir halda Avropa siyasəti həm SSRİ, həm də ABŞ üçün əsas olaraq qalmaqda idi.

Hətta Paris protokolu imzalandıqdan sonra Moskva qərb dövlətlərini alman məsələsində “birləşmə üstəgəl neytrallaşma” formulu çərçivəisndə həllinə inandırmağa çalışırdı. Kompromis kimi isə SSRİ Paris müqaviləsinin (19540cü il 23 oktyabr) ratifikasiyasından imtina etməyi təklif edirdi. Amma Qərbdən buna heç bir cavab gəlmədi. Birləşmənin qarşılığı olaraq, Almaniyanın neytrallaşdırılması ABŞ üçün qəbuledilməz idi. Qərbdə düşünürdülər ki, zəif və silahlanmamış Almaniya Avropada sovetlərin mövcudluğuna qarşı dura bilməyəcək. Almaniya resusrsları olmada Avropa dövlətləri SSRİ hücum edəcəyi təqdirdə ona qarşı müqavimət göstərə bilməyəcəklər. Vəziyyəti anlaya sovet diplomatiyası əks-zərbə vurmaq üçün Şərqi Avropa ölkələrinin SSRİ-nin rəhbərliyi altında hərbi blok yaratmağa başlayır.

5 may 1955-ci ildə Qərbi Alman bundestaqı 1954-cü il 23 oktyabrda imzalanan Paris protokollarını ratifikasiya etdi və bununla da AFR Şimali Atlantika müqaviləsinə (NATO) qoşulmağını rəsmiləşdirdi. Buna eturaz edən sovet hökuməti 7 may 1942-ci il sovet-Britaniya ittifaq müqaviləsinin və 1944-cü ildə Fransa ilə imzalanan müqavilənin ləğv edildiyini elan etdi. Bununla da SSRİ-nin keçmiş antihitlar koalisiyası daxilindəki müttəfiqləri ilə hüquqi əməkdaşlığı pozuldu.

14 may 1955-ci ildə Varşavada SSRİ, Bolqarıstan, Albaniya, Macarıstan, ADR, Polşa və Çexoslavakiyadan olan nümayəndələr Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün müşavirəyə toplaşdılar. Müşahidəçi qismində isə ÇXR təmsil olunurdu. Burada dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Müqavilə hərbi –siyasi müdafiə ittifaqının yaradılmasını, ittifaq çərçivəsində hərbi-siyasi məsələlər üzrə konsultasiyaların aparılmasını, bir-birinin daxili işinə qarışmamaq, azadlığına və suverenliyinə hörmət əsasında iqtisadi və mədəni əlaqələrin inkişafını nəzərdə tuturdu. Müqavilədə göstərilmişdir ki, o, açıqdır və ictimai-siyasi quruluşundan asılı olmayaraq hər bir dövlət ona qoşula bilər. Avropanın qərbində yaranmış olna hərbi-siyasi birləşmə şərqində də formalaşdı.

Varşava müqaviləsinə uyğun olaraq, üzv dövlətlərin Birləşmiş Silahlı Qüvvələri (BSQ) və bu qüvvələrin vahid komandanlığı yaradıldı. Müqavilənin həyata keçirilməsi ilə bağlı yaranmış məsələlərə baxılması, məsləhətlərin aparılması üçün Siyasi Məsləhətçi Orqan yaradıldı. Hər bir üzv dövlət burada hökumət üzvü və ya hökumətin təyin etdiyi başqa bir üzvlə təmsil olunmalı idi. Qərara alındı ki, BSQ-nın baş komandanı SSRİ qoşunlarının başçısı olsun. Bu postda ilk dəfə Sovet ordusunun marşalı İ.S.Konev olub. Onun müavinləri BSQ üzv dövlətlərinin müdafiə nazirləri və digər hərbi rəhbərlər oldular. Varşava müqaviləsi BMT Nizamnaməsinin 52-ci maddəsinə əsasən özünü müdafiə haqqında regional müqavilə xarakteri daşıyırdı. Onun müddəti iki dəfə – 1975 və 1985-ci illərdə uzadıldı.

BSQ-nın yaradılmasının elan olunmayan əsas səbəbi müttəfiq ölkələrdə sovet qoşunlarının saxlanılmasını qanuniləşdirməkdən ibarət idi. Xüsusilə bu, Macarıstan və Rumıniya ilə bağlı idi. Belə ki, SSRİ-nin Avstriya ilə müqavilə imzalaması və bu ölkə ilə əlaqələrin normallaşması sovet qoşunlarının adı çəkilən ölkələrdən çıxarılasını labüd edirdi, çünki artıq rəsmi olaraq onlara qərb qonşusu tərəfindən heç bir təhlükə gözlənilmirdi.

Mənbə: Системная история международных отношений в двух томах, События 1945-2003, Том второй. Под редакцией А.Д.Богатурова. Москва – 2007

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s