NEOMARKSİZM – sosial nəzəriyyə I hissə

XX əsrin 70-ci illərində beynəlxalq münasibətlər cərəyanının xüsusilə seçilən istiqamətlərindən biri də neomarksizm idi. Bu dövrdə xeyli dövlətlərdə hakimiyyət marksizm-leninizm ideyalarının daşıyıcısı olan kommunist partiyaların əlində olsa da, neomarksizmin onunla çox az oxşarlığı var idi. Neomarksizm qərbdə “sol intelektuallar” arasında yaranmış, “real sosializm” və kapitalizm cəmiyyətləri arasındakı əlaqələri özündə göstərir. XIX əsrin sonu – XX əsrin əvvəllərindəki markisistlər kimi XX əsrin 70-ci illərindəki neomarksistlər də düşünürdülər ki, istər siyasi, istərsə də beynəlxalq münasibətlərin əsasında iqtisadi faktor dayanır. Neomarksistlərə görə, beynəlxalq siyasət dövlətlər arasındakı qarşılıqlı təsirdən yox, böyük sosial qruplar – siniflər arasındakı qarşılıqlı təsirin nəticəsindən yaranır. Neomarksizmdə siniflər anlayışı marksizmdən tamamilə fərqlənir. Marksizmin əsas anlayışlarından bəziləri neomarksizmə aid olsa da, neomarksistlərin gəldiyi ümumi nəticə markistlərdən fərqlənir.

1970-ci illərin görkəmli marksistlərinə Samir Amini, İohan Qatlunqu və İmmanuel Vallerstaynı göstərmək olar. Bu dövrün neomarksistləri əsas fikri qərbin inkişaf etmiş ölkələri, Yaponiya və Şimali Amerika ilə Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri arasındakı əlaqədə yaranmış olan problemə yönəltmişdir. Klassik marksistlərin istehsalın kapitalistcəsinə istismar nəzəriyyəsini, xüsusən də imperialist mərhələsində bunu davam etdirən neomarksistlər israr edirlər ki, üçüncü dünya ölkələrindəki gerilik imperialist dövlətlərin müstəmləkəçi siyasətinin nəticəsidir və bu, klassik müstəmləkəçiliyin neomüstəmləkəçiliklə əvəz edilməsinə gətirib çıxardır. Neomüstəmləkəçilik Qərbin inkişaf etmiş ölkələrinin inkişaf etməkdə olan ölkələrə qarşı qeyri-bərabər əlaqələrində, iqtisadi bərabərliyin pozulmasında və əhalinin istismar edilməsində özünü göstərir. Beynəlxalq iqtisadi münasibətlərinin inkişaf etməkdə olan ölkələrin əhalisinin xeyrinə dəyişmək üçün neomarksistlər “Yeni Dünya İqtisadi Nizami” (YDİN) konsepsiyasını işləyib hazırlayıblar. YDİN BMT tərəfindən də rəsmi olaraq tanındı və Qərb ölkələrinin sol-liberalları və üçüncü dünya ölkələrin siyasi elitası tərəfindən də müsbət qarşılandı.

Neomarksistlərin antiimperialist, antiqərb pafosu, neomüstəmləkəçiliyi ifşa etmələri SSRİ-nin xarici siyasətinə uyğun idi və SSRİ neomarksistlərdən sovet xarici siyasətinin təbliğində aktiv istifadə edirdi. Amma əslində neomarksizm və marksizm-leninizmin sovet variantı arasında tam oxşarlıq yox idi. O dövrün neomarksistlərinin əksəriyyəti dünyadakı konfliktin səbəbini heç də iki blok arasındakı mübarizədə yox, əslində varlı Şimalla kasıb Cənub arasındakı mübarizə olduğunu göstərirlər. Neomarksistlərə görə Şimal deyiləndə SSRİ və onun Şərqi Avropalı müttəfiqləri nəzərdə tutulurdu. Neomarksistlərin konsepsiyası ortodoksal kommunist ideologiyasından tamamilə qeyri-adi idi. Məsələn İ. Vallerstaynın dünya-sistem analizi.

Neomarksizm neoliberalizm və neorealizm kimi son iki əsr ərzində beynəlxalq münasibətlər nəzəriyyəsinin araşdırılması nəticəsində yaranmış ənənəvi paradiqmaların davamı hesab olunur.

Mənbə: Мировая политика и международные отношения / Под ред. С.А.Ланцова, В.А.Ачкасова. – СПб: Питер, 2006.

by TURAL ISGANDAROV


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s