QDİƏ-nin yaradılması, məqsədləri və orqanları

TƏŞKİLATIN YARADILMASI:

QDİƏ 1992-ci il iyunun 25-də İstanbulda 11 dövlət –  Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumınıya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanın Dövlət və Hökumət başçıları  tərəfindən QDİƏ  üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edilir) imzalamaları ilə yaranmışdır. Bu dövlətlər dır. İstanbul Bəyannaməsi ilə bərabər həmin tarixdə həmin ölkələrin Dövlət və Hökumət başçıları  tərəfindən Bosfor Bəyanatı da imzalanmışdır. İstanbul Bəyannaməsi QDİƏ-nın prinsiplərini, əsaslarını, istiqamətlərini və mexanizmlərini təsbit edir. Bosfor Bəyanatı isə İstanbul Bəyannaməsinin  və QDİƏ-nin təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. 1998-ci il 5 iyunda isə Yalta şəhərində üzv ölkələrinin Dövlət və Hökumət başçıları  tərəfindən QDİƏ-nın Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə bu qurum regional təşəbbüsdən iqtisadi təşkilata çevrildi.  BMT-nin 1999-cu il 8 oktyabr tarixli 54/5 qətnaməsinə əsasən QDİƏ-na müşahidəçi statusu verilmişdir. Bundan əlavə 2000-ci il dekabrın 16-da BMT tərəfindən QDİƏ ilə əməkdaşlığa dair qətnamə qəbul edilmişdir. Hal-hazırda təşkilatın 12 üzvü varş Bunlar İstanbul Bəyannaməsini imzalayan dövlətlər və Serbiya və Qaradğ Respublikasıdır (2004-cü ilin aprelindən).Lakin Serbiya və Qaradağ Respublikasının ayrılması nəticəsində Serbiya üzv olaraq qalmaqda davam edir, amma Qaradağ müşahidəçi statusu almaq üçün müraciət etmişdir. Təşkilatın müşahidəçi statusuna malik olan dövlətləri: AFR, İsrail, Polşa, Slovakiya, İtaliya, Avstriya, Fransa, Misir və Tunisdir. Makedoniya, Özbəkistan və İran kimi dövlətlərin təşkilata üzv olmaq niyyətlərini bildirməsi onun müəəyyən nüfuza malik olmasına əsas verir.

TƏŞKİLATIN MƏQSƏDLƏRİ:

1)            Üzv dövlətlərin maraqlarına riayət edilməklə əməksaşlığın əsas istiqamət və mexanizmlərinin müəyyən edilməsi

2)            İqtisadi informasiya mübadiləsi

3)            İş adamlarının qaşılıqlı əlaqələri və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaratmaq

4)            Qarşılıqlı maraq doğuran məsələlər üzrə layihələrin hazırlanması

TƏŞKİLATIN ORQANLARI:

1)                 Dövlət və Hökumət Başçılarının Toplantısı – Nizamnaməyə əsasən zəruri halda toplaşmağı öz öhdələrinə götürmüşlər.

2)                 Xarici İşlər Nazirləri Şurası – Təşkilatın ali orqanıdır. Şura ildə 2 dəfə toplanır. Müvafiq ölkənin Xarici İşlər Nazirinin sədrlik etdiyi dövrdə QDİƏ-nın fəaıiyyətinin ümumi əlaqələndirilməsi həyata keçirilir.

3)                 QDİƏ-nin Parlament Assembleyası – 1993-cü ilin iyun ayında yaradılmışdır. QDİƏ PA-nın ali orqanı ildə 2 dəfə üzv dövlətlərdə keçirilən baş sessiyadır. QDİƏ PA-nın müəyyən sahələr (iqdisadiyyat, ticarət, hüquq və siyasət, texniki və ekoloji məsələlər, mədəniyyət, təhsil və sosial problemlər) üzrə ixtisaslaşmış komitələri fəaliyyət göstərir.

4)                 Beynəlxalq Katiblik – İstanbulda yerləşir və qurumun təşkilatı işlərini yerinə yetirir.

5)                 İşçi Qruplar – Təşkilatın sənayə, ticarət və iqtisadi inkişaf, bank və maliyyə məsələləri, statistik və iqtisadi məlumatların mübadiləsi, səhiyyə və əczaçılıq, nəqliyyat, rabitə, energetika, elm və texnologiya, ətraf mühitin qorunması məsələləri, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq üzrə işçi qruplar fəaliyyət göstərir.

6)                 Qara Dəniz Ticarət və İnkişaf Bankı – 1994-cü il 30 iyunda Tiflisdə yaradılmışdı. Bankın qərargahı Yunanıstanın Salonik şəhərində yerləşir.

7)                 Beynəlxalq Qara Dəniz Tədqiqatlar Mərkəzi – 1998-ci il dekabrda Afinada təsis edilmişdir.

QDİƏ-NİN PARLAMENT MƏCLİSİ VƏ ONUN FƏALİYYƏTİ

1992-ci il 25 iyun İstanbul Bəyannaməsindən 8 ay sonra – 26 fevral 1993-cü ildə 9 ölkənin(Albaniya, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ruminiya, Rusiya, Türkiyə və Ukrayna) parlament sədrləri “QDİƏ-nın PA-nın yaradılması haqqında Bəyannamə”ni imzaladılar. 1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, 2004-cü ildə isə Serbiya və Qaradağ PA-na qoşuldu. Misirin Xalq Məclisi və İsrailin Knesseti müşahidəçi statusa malikdir. QDİƏ-nın əsas məsləhətçi orqanı olan QDİƏ PA-nın əsas məqsədlərinə üzv dövlətlər arasında iqtisadi, mədəni, sosial, siyasi və ticari əlaqələrin genişləndirilməsi üçün hüquqi baza yaratmaq,  milli parlamentlərin inkişafında yardımcı rol oynamaq, digər beynəlxalq və regional təşkilatlarla əlaqələri genişləndirmək və s. aiddir. QDİƏ PA-nın rəsmi dilləri ingilis, fransız, rus və türk dilləridir. Amma rəsmi sənədlər ingilis dilində hazırlanır və rus dilinə tərcümə olunur.

QDİƏ PA-nın əsas orqanı ildə iki dəfə – yaz və payız sessiyalarına toplaşan Baş Məclisdir. Baş Məclisin sessiyaları ictimaiyyətə açıq şəkildə aparılır. Sessiyalrın fəaliyyət göstərmədiyi müddət ərzində isə onun işlərini Daimi Komitə icra edir. Daimi Komitə Prezident, 5 vitse-prezident, ixtisaslaşmış komitələrin spikerləri və üzv ölkələrin nümayandələrinin rəhbərlərindən ibarətdir. Sessiya müddətində Daimi Komitə ilə də görüşlər keçirir. Daimi komitə isə öz növbəsində Baş Məclisə bir sıra təkliflər, layihələr, bəyannamələr və məruzələr təqdim edir. Həmçinin Baş Məclisin işlərinin  icra edilməsində rolu olan digər bir orqanın – Büronun üzvlərinin də seçimləri də Sessiya ərzində həyata keçirilir. Büro prezident və 5 vitse prezidentdən ibarətdir. Onların namizədliyi Daimi komitə tərəfindən irəli sürülür. Prezident üzv dövlətlərin parlament sədrlərindən 6 ay müddətinə seçilir. Büro ildə 4 dəfə – Baş Məclisi yaz və payız sessiyalarından qabaq və sonra toplanır. Müzakirə olunan məsələlər sadə səs çoxluğu ilə qəbul edilir.

Bunlardan başqa QDİƏ PA-nın 3 ixtisaslaşmış komitəsi fəaliyyət göstərir: 1.Hüquqi və Siyasi Məsələlər Komitəsi  2.Mədəniyyət, Təhsil və Sosial Məsələlər Komitəsi  3.İqtisadi, Ticarət, Texnologiya və Ekologiya Məsələləri Komitəsi. Komitələrin Spiker və 2 Vitse-spikeri nümayəndələr arasından seçilir. Hər komitə öz sahəsi üzrə diskusiyalar təşkil edir və sadə səs çoxluğu ilə qəbul edilən layihələr Baş Məclisə təqdim olunur.

QDİƏ PA-nın Beynəlxalq Katibliyi İstanbul şəhərində yerləşir. Baş Katib isə Baş Məclis tərəfindən 3 il müddətinə seçilir. Bu orqan QDİƏ PA-nın əsas icra edici orqanı hesab olunur.

Ünvanı: 1. Hareket Kosku, Dolmabahce Sarayi, Besiktas, 80680 Istanbul, Turkey    Tel:+90 212 …, Fax:+90 212 227 6080, E-mail: pabsec@pabsec.org

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s