Azərbaycan Respublikası və Qara Dəniz İqtisadi Əməkdaşlığı


Azərbaycan Respublikası QDİƏ-nın həmtəsisçilərindən biridir. O,  25 iyun 1992-ci ildə həm İstanbul Bəyannaməsini, həm Bosfor Bəyanatını, həm də 5 iyun 1998-ci ildə Yaltada QDİƏ-nın Nizamnaməsini imzalayan tərəflərdən biri olmuşdur.

Azərbaycan Respublikasının QDİƏT-də iştirakının əsas məqsədləri təşkilatın əhatə etdiyi Qara dəniz regionunda ‎xüsusi rola malik olduğunu sübut etmək və bu rolu möhkəmləndirmək, regiona mütərəqqi qurucu münasibət ‎bəslədiyini göstərmək, Avropaya inteqrasiya siyasətini bütün istiqamətlərdə, Qara dəniz vasitəsilə Xəzərin ‎karbohidrogen ehtiyatlarının qərb istiqamətində nəqlini təmin etmək, Azərbaycanın tranzit potensialını ‎gücləndirmək, regionun aparıcı dövlətləri ilə çoxtərəfli tərəfdaşlıq mexanizmi qurmaq və bununla da, strateji milli ‎maraqları qoruyub inkişaf etdirməkdir.

Azərbaycan QDİƏT çərçivəsində indi də fəal iştirak edir. Bu özünü xüsusən onun QDİƏT-in ali orqanı olan XİNŞ-ə ‎sədrlik etdiyi dövrdə göstərib. Belə ki, Azərbaycanın müqayisəli üstünlüklərə malik olduğu enerji (18-19 sentyabr ‎‎2003-cü il), nəqliyyat (1-3 oktyabr 2003-cü il) və turizm (25-26 sentyabr 2003-cü il) sahələri üzrə təşkilatın nazirlər ‎səviyyəsində Bakıda iclaslar təşkil edilib və ekspertlər səviyyəsində bir sıra görüşlər keçirilib. Enerji və nəqliyyat ‎nazirlərinin toplantısının nəticəsi kimi müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş Bakı ‎bəyanatları qəbul edilib. Azərbaycanın sədrliyi dövründə QDİƏT-in tarixində ilk dəfə olaraq yeni dövlət – Serbiya ‎və Çernoqoriya üzvlüyə qəbul olunub və QDİƏT-in üzv dövlətlərinin sayı 11-dən 12-yə çatıb.

Azərbaycanın sədrliyi dövründə Qara dəniz regionunda ticarətin asanlaşdırılması, Qafqazda arıçılığın inkişaf ‎etdirilməsi üzrə layihələrin təməli qoyulub.

Azərbaycan bölgədə coğrafi mövqeyinin əlverişliliyi və karbohidrogen ehtiyatlarla zəngin olması ilə əlaqədar və bu ‎strateji üstünlüyünü həm öz, həm də ümumregion maraqları naminə inkişaf etdirmək məqsədilə QDİƏT-in nəqliyyat ‎və enerji üzrə işçi qruplarında əlaqələndiriciliyi öz üzərinə götürüb.

Azərbaycan Respublikasının QDİƏ-dakı nümayəndə heyəti : Asəf Hacıyev(nümayəndə heyətinin sədri), Mübariz Qurbanlı, Musa Quliyev, İmamverdi İsmayılov, Z.Əliyeva.  QDİƏ PA Bürosunun vitse-prezidentlərindən biri Asəf Hacıyevdir (2006 noy.-2008 noy.).

QDİƏ PA-nın VII (11-13 iyun 1996) və XVII (19-21 iyun 2001) plenar iclasları Bakıda  keçirilmişdir.

5 fevral 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti “Qara Dəniz İnkişaf Bankının təsis edilməsi haqqında sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun həyata keçirilməsi haqqında fərman vermişdir.

 

 

by TURAL ISGANDAROV

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s