İtaliya Avropa İttifaqında

İtaliya 1957-ci ildə Avropa Cəmiyyətinin (Community) əsasını qoyan 6 dövlətdən biridir. 58 milyon əhalisi ilə Aİ-nın ən böyük dövlətlərdən olan İtaliya eyni zamanda Avropa Parlamentində ən çox nümayəndə baxımından təmsil olunan ölkələrdəndir. Amma sirr də deyil ki, İtaliayanın Aİ-na verdiyi dəstək heç də onun daxilində birtərəfli qarşılanmır. Məsələn, İtaliya Aİ-nın ən böyük üzvləri arasında yeganə dövlətdir ki, 2005-2006-cı illərdə ölkənin ÜDM nəinki, artmamış, hətta azalmışdı (İtaliyada 0.5 % azalıb, Fransa və Almaniyada müvafiq olaraq 1,7 və 1,1 % artmışdır). İtaliya sosial-Rifah Naziri Roberto Maroni bütün bunun səbəbini avroda görür. Belə ki, Aİ çərçivəsində vahid valyuta siyasəti nəticəsində İtaliyanın kiçik sənaye müəssisələri devalvasiyadan ciddi ziyan çəkmişdir. Ölkənin maliyyə və fiskal siyasətinin Aİ ilə uzlaşdırılması, daxili bazarda çin məhsullarının artması FİAT, Cirio və Parmalat kimi İtaliya nəhənglərinin öz mövqələrini itirməsinə səbəb olmuşdur. Silvio Berluskoninin də dəstəklədiyi Roberto Maroni bu vəziyyətdən çıxış yolunu avronun dayandırılmasında, İtaliyan lirasının dollar ilə ekivalentliyinin bərpasında və iqtisadi siyasətdə Aİ-dan asılılığın azaldılmasında görür. Digər tərəfdən bir çox ekspertlər hesab edirlər ki, İtaliya iqtisadiyyatının böhrana düşməsində avronun rolu yoxdur. Hələ 1992-ci il Maastrix müqaviləsi imzalanarkən, bu şübhələr məhz İttifaqın digər üzvlərində var idi. Düşünülürdü ki, zəif iqtisadiyyatlarına və yüksək dövlət borclarına görə, İtaliya öz qonşuları İspaniya və Portuqaliya ilə Avrozonadan kənarda qala bilər. The Economist jurnalının 1995-ci ildə çıxan məqaləsinə görə vahid Avropa valyutasına keçid üçün arzuolunandır ki, dövlətin xarici borcu ÜDM-la müqasiyədə 60%-dən az olsun. Amma 1994-cü il üçün İtaliyanın xarici borcu ÜDM-nin 125%-ni təşkil edirdi. Bu da öz növbəsində avroya keçidin ele ilk mərhələsindən İtaliyaya problemlər yaratmışdır.

3 sentyabr 2008-ci il tarixli Avropada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məruzəsinə görə Aİ-nin iqtisadi cəhətdən ən zəif üzvüdür. 2008-ci ilin oktyabrında Lüksemburqda Aİ ölkələrinin iqtisaadiyyat nazirlərinin keçirilən iclasında İtaliyanın İqtisadiyyat və Maliyyə Naziri Julio Tremonti vahid Aİ fondunun yaradılması ideyasını irəli sürmüşdü. Başda AFR olmaqla bir çox dövlətlər buna etiraz edir. Tremonti öz növbəsində qeyd etmişdir ki, böhrandan çıxmaq məsələsində heç bir milli qərar yoxdur, ya biz bir yerdə çalışaraq bu böhrandan çıxmalıyıq, ya da bu sistem dağılmalıdır.

Digər tərəfdən İtaliya ilə Aİ-nin digər üzvləri arasında da müəyyən narazılıqlar var. Məsələn, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsinə dəstək verən İtaliya digər üzvlər olan Fransa və Almaniya tərəfindən kəskin etirazla qarşılandı. Bundan başqa İtaliya ilə Malta arasında qeyri-qanuni miqrantlarla bağlı 2009-cu ildə baş vermiş skandal bu məsələnin İtaliyanın Xarici İşlər Naziri Franko Frattini tərəfindən ümumittifaq səviyyəsinə qaldırılmağa cəhd edilmişdir. Qeyd edim ki, içində 73 afrikalı olduğu gəmi Aralıq dənizində yolunu itirərək Malta ilə İtaliyan adası Lampeduza arasında eyni məsafədə qalmışdı. İtalyan və Malta hökumətləri bu gəminin hansının ərazisində olması ilə bağlı mübahisə gedən zaman gəmidəkilər aclıq, susuzluq və istidən ölmüşdülər.

Aİ-nın 2009-cu ilin noyabrında keçirilən sammitində İtaliya Xarici İşlər Naziri F.Frattini Aİ-nın vahid hərbi qüvvəsinin yaradılması təklif etmişdir. Onun fikrincə, vahid bazarın, vahid valyutanın tətbiqindən sonra vahid hərbi qüvvələrin formalaşması da realdır. Onun sözlərinə görə əgər ABŞ və Çin vahid ittfaq yaradarlasa (hansı ki, absurd məsələdir), Aİ ciddi təhlükə qarşısında qalar. Bundan başqa beynəlxalq hərbi fəaliyyətdə Aİ ölkələri ayrı-ayrılıqda deyil, vahid şəkildə iştirak edər. İtaliyaya görə, Aİ ölkələri eyni zamanda vahid hərbi-dəniz və hərbi-hava qüvvələrini də yaratmalıdır.

2010-cu ilin fevralında İtaliya baş naziri Silvio Berluskoninin İsrailə 3 günlük səfərində qeyd etmişdir ki, İtaliya İsrailin Aİ-yə qəbul olunmasında əlindən gələni edəcək. Eyni zamanda, İtaliya Türkiyənin də Aİ-yə üzvlüyünə dəstək verən ölkələrdəndir.

 

 

by TURAL ISGANDAROV

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s