Tibet Münaqişəsi və Hind – Çin qarşıdurmasının səbəbləri

Hər halda Hind – Çin münasibətləri heç də adi bir formada yaranmadı. Hər ikisi də Himalayın dağlıq rayonlarında sərhədlərin təhlükəsizliyindən narahat idilər. Hind hökuməti bu ərazidə təhlükəsizlik sistemi yaratmışdı. 1949-1950-ci illərdə Hindastan Himalay dağlarının cənub-qərb qollarındakı (Butan və Sikom) keçmiş Britaniya mülkləri ilə müqavilələr imzalamışdı. Birinci Hindistana öz xarici siyasəti üzərində nəzarət hüququ vermişdi, ikinci isə rəsmi olaraq Hindistanın protektoratı olmuşdur. Hindistan və Nepal arasında xüsusi əlaqələr quruldu. Nepal müstəqilliyini qorusa da, Dehli ilə sıx siyasi münasibətlərə dair müqavilə imzaladı. Gizli məktib mübadiləsi əsasında Hindistan və Nepal faktiki olaraq hərbi siyasi müttəfiqlik xarakteri daşıyan əlaqələr qurmuşdular.

Birma ilə münasibətdə Hindistan siyasəti kifayət qədər ciddi idi. Hindistan Birma hökumətinə ÇXR-nin dəstəklədiyi kommunistlərə qarşı mübarizə aparmaq üçün maliyyə yardımları ilə yanaşı siyasi dəstək də verirdi. Beləliklə, hind diplomatiyasının şimal və şimal-şərq istiqaməti daha təcavüzkar xarakter daşıyırdı.

Belə bir siyasəti ÇXR hökuməti də yeridirdi. O çalışırdı ki bütün ölkə ərazisində real hakimiyyət qursun. Belə ki, Çan Kayşinin rəhbərlik etdiyi Mərkəzi Çin hökumətinin hakimiyyəti simvolik xarater daşısın. Bu təkcə Mancuriya və Sintzyana yox, həm də Tibetə də aid edilirdi. Bu özünə məxsus tarixi, mədəni və etnik ərazi Himalayın mərkəzində yerləşir. Onun ərazisində buddizmin müqəddəs ziyarətgahları var. Buradakı Lxasa şəhərində buddist kilsəsinin baş keşişi – dalaylama yaşayır. O, Tibetin dünyəvi və dini rəhbəri kimi fəaliyyət göstərir. VIII əsrdən Tibet Çinin Mancur hökuməti tərəfindən istila olunub, baxmayaraq ki, özünün xüsusi idarəçiliyi və muxtariyyəti olub. Tibetdə xarici konsulluqlar da fəaliyyət göstərir, hansılar ki, dalaylama və xarici dövlətlər arasında birbaşa əlaqələr yaratmağa imkan verir. Tibet uzun müddət Britaniyanın təsiri altında olun. Britaniya çalışıb ki, bura hər hansı bir xarici dövlətin girməsinin qarşısını alsın.

1949-cu ildə kommunist hökuməti Tibetdə yeni hakimiyyət orqanları yaratmağa başladı. Dalaylama səlahiyyətlərindən məhrum oldu. Tibetlilərin qəzəbinə səbəb olan bu hadisə silahlı konfliktə qədər yüksəldi. Dalaylama Lxasadan qaçaraq Hindistanda gizləndi. Hindistan hökuməti də ona öz ölkəsində çoxlu tərəfdarları olan dünya buddizminin rəhbəri kimi münasibət bəslədi. Hindistan nəinki dalaylamaya muxtariyyət verdi, həm də Çin rəhbərliyini Tibetin muxtariyyətinin ləğv edilməsində ittiham etdi. Bundan sonra Dehli də Tibetin Çinə məxsusluğuna şübhə ilə yanaşmağa başladı. Hind-Çin münasibətləri getdikcə gərginləşdi.

1954-cü ildə Hindistanla Çin arasında barışma ehtimalı yarandı. Onlar arasında münasibətlərin korlanması Tibet münaqişəsinə görə baş vermişdirsə, amma hər iki ölkənin Qərblə münasibətləri pis idi. Bu dövrdə diplomatik izolyasiyada olan Çin bir çox Qərb ölkələri və ABŞ tərəfindən tanınmamışdı. Hindistanla əlaqələrin normallaşdırılması ÇXR-in beynəlxalq əlaqələrinə müsbət təsir edə bilərdi. 50-ci illərin ortalarında yeni müstəqil olan dövlətlərin diplomatik və siyasi aktivliyinin güclənməsi prosesi başladı. İstər Hindistan, istərsə də ÇXR bu prosesi sürətləndirməkdə rəhbərliyi ələ almağa çalışırdılar. Belə olan halda iki dövlət arasındakı əlaqələrin yaxşılaşması müsbət hal olardı.

1954-cü ilin aprelində Tibetə dair Çin-Hindistan müqaviləsi imzalandı. Reallıqları nəzərə alan Hindistan qonşularla münasibətləri yaxşılaşdırmaq yolunda Çinə bir sıra güzəştlərə gedir. Hindistan Tibetə olan iddialarından imtina etdi və onu ÇXR-nin ərazisi kimi tanıdı. Razılıq geniş beynəlxalq rezonansa səbəb oldu. İlk dəfə burda sonralar “pança şila” kimi tanınan dövlətlərin dinc yanaşı yaşama prinsipləri elan olunmuşdur: 1) ərazi bütövlüyünə hörmət 2) hücum etməmək 3) bir-birinin daxili işlərinə qarışmamaq 4) dinc yanaşı yaşama 5) bərabərlik və qarşılıqlı mənfəət. Bu pprinsiplər 1955-ci ilin aprelində keçirilən Bandunq konfransının bəyannaməsinin əsasını təşkil etdi.

50-ci illərin sonlarında dinc yanaşı yaşama ÇXR-in etirazına səbəb olmuşdu. Çin sovet-amerikan danışıqlarının yeni yaranmış dövlətlərin müstəqilliyinin əleyhinə olduğunu düşünürdü. ÇXR bu ölkələr qrupuna rəhbərliyə can atırdı. Bu rol üçün Hindistan da iddialı idi. ÇXR-dən fərqli olaraq Hindistanın mövqeyi daha üstün idi. O, həm BMT-nin üzvü idi, həm də qərb və sosialist ölkələri tərəfindən tanınmışdı. Buna görə də Pekin Hindistana ciddi rəqib kimi baxırdı. Bu isə münasibətlərin yenidən soyuqlaşmasına gətirib çıxartdı.

50-ci illərin ortalarında Çin Hindistana qarşı yenidən ərazi iddiaları ilə çıxış etməyə başladı. Cammu və Kəşmir ştatında Aksayçin yaylasından Çin üçün strateji əhəmiyyət malik dağ yolu keçirdi. Bu yol Tibeti Çin əyaləti olan Sintzyanla birləşdirirdi. Pekin bu yol boyunca bütün nəzarəti öz əlində saxlamağa çalışırdı. 1958-ci ildə Pekin Dehliyə təcili sürətdə sərhədlərə yenidən baxılmasını bəyan etdi. Münasibətlər yenidən pozuldu. Vəziyyət 1959-cu ilin yazında Tibetdə olan üsyandan sonra daha da qəlizləşdi. Çinin üsyana müdaxiləsi nəticəsində Tibetin həm dini, həm də siyasi rəhbəri dalaylama Lxasadan (Tibetin inzibati mərkəzi) qaçaraq Hindistanda gizləndi.

Çin Hindistanın bütün srhəd ərazilərinə iddia irəli sürməyə başladı. Bu iddialara Aksayçin yaylası, Birmadan Butana qədər olan ərazilər daxil idi. 1959-cu ilin yayında hind-çin toqquşması baş verdi. Məsələlərin bu cür gedişi SSRİ üçün qəfil oldu. O, Pekini nə ittiham etməyə hazır idi, nə də dəstəkləməyə. Faktiki olaraq Moskva 1950-ci il sovet-çin müqaviləsinin öhdəliklərini yerinə yetirmədi. 9 sentyabr 1959-cu ildə SSRİ elan etdi ki, Dehli ilə Pekin məsələni sülh yolu ilə həll etməlidirlər. Çin SSRİ-nin bu mövqeyini qərəzli hesab etdi, Hindistanın baş naziri C.Nehru isə ədalətli.

Hind-çin məsələsi 1962-ci ildə də davam etdi. Münaqişə gedişində Çin Aksayçin yaylasının tutur və eyni zamanda bəyan edir ki, əgər Hindistan ÇXR-nin “Makmaqon xətti”nin (Himalayda Hindistanının sərhədi) qərbinə olan ərazi iddiasını (bu ərazi münaqişə ggedişində çin tərəfindən tutulub) tanısa, ÇXR də öz növbəsində bu xətti və onun şərqini tanıyacaq. Hindistanın Çinin tələblərini rədd etməsi 1962-ci ilin payızında Çinin əvvəlcə şərqə, sonra isə qərbə hücumuna səbəb oldu. Noyabrın sonunda Çin iddia etdiyi əraziləri demək olar ki, tutmuşdu. Amma bu vaxt ÇXR-yə xarici qüvvələrin təsiri başlayır. SSRİ 1959-cu ildə olduğu kimi bitərəf qaldı, ABŞ və Britaniya isə Hindistana hərbi yardım etməyə başladılar. Çin koalisiya ilə üz-üzə gəlməmək üçün qoşunlarının 1959-cu ilin sonunda olan mövqelərinə çəkdi. Sadəcə Aksayçin ÇXR-də qaldı.

Əslində bu yayla tarixi “Böyük Kəşmir”ə aid idi. Bu əraziyə Pakistan da iddia irəli sürürdü. Belə olan halda ÇXR Pakistanla yaxınlaşmağa çalışdı. 1963-cü il 2 martda iki ölkə arasında sərhəd xətti haqqında müqavilə imzalandı. Müqaviləyə görə, əgər Çin Aksayçin yaylasını Hindistan yox, Pakistan ərazisi kimi tanıyarsa, Pakistan da bu yaylanın ÇXR-in suverenliyinə keçməsinə razılıq verəcəkdi.

Beləliklə, Pekin Kəşmir məsələsində Pakistanın əsas müttəfiqi oldu və onun Cammu və Kəşmir ərazilərinə olan iddiasını tanıdı. Eyni zamanda Moskvanın Çin-Hindistan konfliktindəki mövqeyi Sovet-Çin fikir ayrılığını kəskinləşdirdi.

Mənbə:

1. Системная история международных отношений в двух томах, События 1945-2003, Том второй. Под редакцией А.Д.Богатурова. Москва – 2007

2. Мировая политика и международные отношения / Под ред. С.А.Ланцова, В.А.Ачкасова. – СПб: Питер, 2006. – 448 с.

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s