Vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu

Ölkə ərazisində yalnız həmin ölkənin vətəndaşları yaşamır. Qeyri-vətəndaş anlayışı özündə iki qrup fərdləri əhatə edir: 1)xaricilər və ya əcnəbilər  2) vətəndaşlığı olmayan şəxslər və ya apatridlər.

Vətəndaşsızlıq – şəxsin, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ilə səciyyələnən hüquqi vəziyyətidir. Vətəndaşsızlıq , əsasən, aşağıdakı hallarda meydana gələ bilər: şəxs öz dövlətinin vətəndaşlığından çıxıb, hələ başqa bir dövlətin vətəndaşlığını əldə etməyibsə, əcnəbi ilə nigaha daxil olan qadın öz dövlətinin qanunvericiliyinə görə vətəndaşlığını avtomatik olaraq itirib, lakin ərinin vətəndaşlığını əldə etməyibsə və s.

Vətəndaşlığı olmayan şəxslərin statusu əksər ölkələrdə əcnəbilərlə bərabər götürülür. Vətəndaşlığı olmayan şəxslərə iki beynəlxalq müqavilə həsr olunub: 1) Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyası  2) Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyası.

1954-cü il Konvensiyası iştirakçı dövlətlərdən tələb edir ki, öz qanunvericiliyində vətəndaşlığı olmayan şəxslər üçün müəyyən rejim nəzərdə tutsun. Konvensiyada apatridlərin şəxsi statusu, əmlak hüquqları qorunur, onlar üçün təhsil alma, işədüzəlmə və s. Sahələrdə bir sıra güzəştlər müəyyən olunur. 1961-ci il Konvensiyasına görə, iştirakçı dövlət ərazisində doğulmuş və başqa cür vətəndaşlıq əldə edə bilməyən şəxsə öz vətəndaşlığını verməlidir. Konvensiyaya əsasən, dövlət heç bir şəxsi və ya şəxslər qrupunu irqi, etnik, dini və ya siyasi əsaslara görə öz vətəndaşlığından məhrum edə bilməz. Apatridlər Konvensiyanın iştirakçı dövlətlər tərəfindən pozulmasına dair şikayətlərlə Qaçqınların işi üzrə BMT Ali Komissarına müraciət edə bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsində bəyan edilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidir. Eyni zamanda Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər bir sıra məhdudiyyətlər də müəyyənləşdirilib. Belə ki, onlar Azərbaycamda hərbi xidmətə çağrıla bilməzlər, siyasi fəaliyyətlə, dini təbliğatla da məşğul olmaq onlara qadağan olunub. Onlar siyasi hüquq və azadlıqlardan istifadə etmirlər. Vətəndaşlığı olmayan şəxslər hakim, prokuror, notarius və s. bir sıra vəzifələrdə işləyə bilməzlər. Azərbaycan Respublikasının Konstitusiyasının 70-ci maddəsində bəyan olunur ki, Azərbaycan Respublikası əcnəbilərə və əvtəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir və siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol vermir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 12-ci maddəsinə müvafiq olaraq, “vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunun 13-cü maddəsində isə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində anadan olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s