Azərbaycan Respublikası Ali Məhkəməsi: təşkili, strukturu və səlahiyyətləri

Hüquqi dövlət və demokratik cəmiyyətdə insan hüquqlarının müdafiəsi beynəlxalq standartlara əsasən məhkəmə vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasında (bundan sonra AR) üçpilləli məhkəmə sistemi mövcuddur: 1) birinci instansiya  2) apellyasiya instansiyası  3) kassasiya instansiyası

AR-ın məhkəmə sistemi aşağıdakı məhkəmələrdən  ibarətdir: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya məhkəmələri, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə, hərbə məhkəmələr, rayon (şəhər) məhkəmələri, Naxçıvan MR Ali Məhkəməsi.

AR Konstitusiyasının 131-ci maddəsində əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi (bundan sonra ARAM) ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır. ARAM Kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosesual qaydada ədalət mühakiməsini həyata keçirir, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin fəaliyyətinə nəzarət edir. ARAM Bakı şəhərində təşkili edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

ARAMın tərkibinə ARAMın sədri, onun 4 kollegiyasının sədrləri və hakimləri daxildir. ARAM Plenumdan və kassasiya kollegiyasından ibarətdir.

ARAM sədrinin səlahiyyətləri:

  • ARAMın işinin təşkilinə rəhbərlik edir, ARAM kolegiyalarının iclaslarına sədrlik edir.
  • ARAMı təmsil edir, Məhkəmələrdən işləri tələb edir.
  • ARAMın intizam kollegiyasını yaradır.
  • AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada AR məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə icraata başlayır, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə təqdimat verir.
  • ARAM Plenumun iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, ARAM Plenumunun qərarlarını və iclas protokollarını imzalayır.
  • Vətəndaşları qəbul edir, onların qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmnin işini təşkil edir və s.

ARAMda təşkil edilən məhkəmə kollegiyalar: 1) mülki işlər üzrə 2) iqtisadi məsələlərə dair işlər üzrə  3) cinayət işləri və hüquqpozmalarına dair işlər üzrə  4) hərbi məhkəmələrin işləri üzrə

Məhkəmə kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır. Kollegiyaların işinə rəhbərliyi kollegiya sədri həyata keçirir. Kollegiya sədri ARAM sədrinin müavinidir. ARAMın bir kollegiyasının hakimi digər kollegiyanın tərkibində işlərə baxmağa cəlb edilə bilməz. ARAM kollegiyaları aşağıdakı işlərə baxır:

–  Apellyasiya məhkəməsinin, Naxçıvan MR-nın Ali Məhkəməsinin, qanunla  müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə

–  qanunla  müəyyən edilmiş qaydada və hallarda ARAM sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə

ARAM kollegiyaları məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, AR məhkəmələrinə ümumi kömək göstərir.

ARAM Plenumu ARAMın sədrindən, ARAMın kollllegiiiya sədrlərindən, hakimlərindən, Appellyasiya məhkəməsinin sədrindən, Naxçıvan MR Ali Məhkəməsinin sədrindən ibarətdir. ARAM Plenumu 3 ayda 1 dəfədən az olmayaraq çağırılır. ARAM sədri Plenumun iclaslarına sədrlik edir. Plenum iclaslarında Azərbaycan Respublikasının Baş Prokuroru və Ədliyyə naziri iştirak edir. Plenum üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə, Plenumun iclası səlahiyyətli sayılır. Qərarlar açıq səsvermə yolu ilə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Plenumun üzvləri məhkəmə işləri üzrə səsvermədə bitərəf qala bilməzlər. Plenumun səlahiyyətlərinə aiddir:

–  ARAM sədrinin təklifinə əsasən, ARAMın kollegiyalarının tərkibini təşkil edir və hakimləri kollegiyalar üzrə müəəyyən edir.

–  ARAM sədrinin təqdimatına əsasən, ARAM yanında Elmi-Məsləhət Şurasının Əsasnaməsini və tərkibini təsdiq edir.

–  Məhkəmələr tərəfindən baxılan işlər üzrə tətbiq edilən normativ aktlarda şəxslərin hüquq və azadlıqlarının pozulması barədə onların müvafiq məhkəmələrin vasitəsilə verilmiş müraciətlərinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir.

–  AR Konstitusiyasının 128-ci maddəsinə uyğun olaraq, AR hakimlərinin vəzifədən kənarlaşdırılması barədə AR-nın Prezidentinin sorğusuna baxır.

–  AR Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə müraciət etmək barədə məsələlərə baxır və qərar qəbul edir.

–  AR-nın hakimlərinin andlarını qəbul edir.

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s