ATALAR və OĞULLAR və ya KEÇMİŞLƏ GƏLƏCƏYİN MÜBARİZƏSİ

Hər bir dövrdə olduğu kimi bəşər tarixinin ən uzun ömürlü mübarizəsi “atalar” və “oğullar” arasında olan mübarizədir. XXI əsr Azərbaycanı üçün bu mübarizə bəlkə də kuliminasiya nöqtəsinə çatıb. İlk öncə gəlin bu mübarizənin toqquşma nöqtələrinə baxaq: Gənc nəsil bədii ədəbiyyat oxumur, Gənc nəsil vaxtının çoxunu komputer və internet qarşısında keçirir, Gənc nəsil mütləq və mütləq “böyüklərin” sözü ilə hərəkət etməlidir. Yaşlı nəslin gəncləri günahlandırdığı bu məsələlərə gəlin biraz fərqli istiqamətdən baxaq. Birincisi, Yaşlı nəsil öz gənclik dövrlərində keçdikləri yolun eynisini gənc nəsilin də keçməsini tələb edirlər. Axı dövrün tələbləri, dövrün şəraiti 50 il öncəki dövrlə bir deyil. Məsələn, mənim ulu babam şam işığında kitab oxuyubsa, o demək deyil ki, mən komputer vasitəsilə elektron kitab oxumağım mənim də kitabdan eyni formada yararlanmağıma qarşı olur. Deyirlər, bədii kitab oxumursuz. Azərbaycanın möhtəşəm klassikləri olub, onların əsərləri gənclər tərəfindən oxunmur. Başa düşmürlər ki, bədii ədəbiyyat musiqi kimi mənəvi qidadır. Füzulinin böyüklüyünə sözüm yox, amma gecə – gündüz acqarnına “Məni candan usandırdı” qəlibli əsərlər oxumaqla hansı gəncin danışıq dili və ya düşüncə tərzi genişlənə bilər??? Nəyə görə bugün yaşlı və orta nəsil öz oxuduqları sovet dövrünün “yaltaq müəlliflərini” zorla gənclərə qəbul elətdirmək istəyirlər? Bədii zövq ayrıdır, bədii tələbat ayrı. Azərbaycan ədəbiyyatının klassikləri bizdə bədii zövqü formalaşdırır. Bədii tələbatın ödənməsi üçün hər dövrə xas xarakterik olan ideyaların daşıyıcısı olan müəlliflər olmalıdır. Telekanalların birində belə bir müzakirə eşitdim: “Biz dünyanın bir parçasıyıq, ona uyğunlaşmağımız da təbii haldı. Amma gənclərinin vaxtlarının əksəriyyətini komputer qarşısında keçirərək maariflənməsi onları süniləşdirir. Onlar gərək Azərbaycan klassiklərinin əsərlərini oxusunlar.” Bu bilirsiz nəyə bənzəyir? Rəhmətlik Sabirin təbiri ilə desək, əcnəbilər göydə balonlarla gəzir, biz isə hələ avtomobil minməyiriz… bu “ziyalının” fikri ilə desək, biz klassik əsərləri komputerdən oxuyanda zombiləşirik, kitabdan oxuyanda romantikləşirik. Digər bir qadın “ziyalı” isə belə deyir: “Mənim bir oğul nəvəm var. Və biz onun daha da fərqli böyüməsini və daha da maariflənməsini təmin etmək üçün rus məktəbinə qoymuşuq.” Belə yerdə deyirlər e, öz gözündə tiri görmüyən başqasının gözündə çöp axtarır.

Bugün Azərbaycanda bu mübarizə ən dözülməz haldadır. Bunun yeganə səbəbi isə tərəflərin müxtəlif siyasi quruluşların yetirmələri olmasıdır. Çünki bu mübarizə kifayət qədər ciddi və başqaları tərəfindən idarəolunan uşaqlıq və gənclik illəri keçirmiş yaşlı nəsil və daha mütərəqqi, daha sərbəst və daha azad həyat keçirməyə meylli olan gənc nəsil arasındadır. Ola bilər ki, yaşlı nəsilə mənsub insanlar öz gəncliklərində kimlərinsə məhdudiyyətlərinə baş əyməyə məcbur olduqlarına görə, bugün də gənc nəsili öz məhdudiyyətləri ilə idarə etməyə çalışırlar. Ən dözülməz məsələ isə ondadır ki, gənclərin formalaşmasında ən əsas mərhələ olan təhsil sahəsindəkilərin əksəriyyəti türklər demişkən, “hörümçəkqafalı” qocalardı. Bir şeyi tam səmimi etiraf edim. Ali təhsil aldığım dövrlərdə seminarlara hazırlaşarkən bir şeyə fikir verirdim. Seminar müəllimi kimdir? Əgər yaşlı nəslin nümayəndəsidirsə, çox rahat olurdu. Çünki 50 il əvvəldən qalmış saralmış vərəqlərdə olan yazıları heç öyrənməyə ehtiyac yoxdur. Ağzına gələni danış, cümləni mübtəda ilə başlayıb, mübtəda ilə bitir, fərqi yoxdur, əvvəl axır dərsə hazırsan. Amma müəllim gənc nəslə mənsub biri olanda bir xeyli əziyyət çəkməyə məcbur olursan. Çünki müəllim səndən kitabdakıları yox, eyni zamanda dərs danışdığın ana qədərki bütün yenilikləri tələb edir. Bax inkişaf bu zaman formalaşır. Biri var mübahisə, biri də var müzakirə. Biri baş ağrısı verdiyi halda, digəri baş ucalığı gətirir.

Bunu oxuyan gənclər! Daima çevrənizdəki insanlarla müzakirədə və fikir mübadiləsində olun. Hörmət naminə yaşlılarla mübahisəyə getməyin. Nə desələr baş üstə deyin, amma yenə də ürəyinizin istədiyi, amma eyni zamanda ağlınızın aydınlatdığı yolla gedin.

Əgər bunu yaşlı nəslə aid biri oxuyacaqsa, razılaşıb razılaşmamağı onun öz əlindədir. Mən öz fikirlərimi bildirdim, və heç kəs və heç nə mənə öz fikirlərimi dəyişməyə təsir edə bilməz.

 

 

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s