Həmrəy olaq!

Bugün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Amma nədənsə bu bayram bir növ unudulub. İstər sosial şəbəkələrdə paylaşılan yazılar, şəkillər, musiqilər, videolar, istərsə də mobil telefonlara göndərilən sms-lərin 90 faizi məhz 31 dekabrda Yeni ili təbrik edir. Axı Yeni il 31 dekabr yox, 1 yanvardı. 31 Dekabr Həmrəylik günümüzdür. Düzü nə qədər acı da olsa, elə sadəcə bu fakt bizim kifayət qədər həmrəy olmadığımızı ortaya qoyur. Gəlin Həmrəylik yolunda ilk addım olaraq bu bayramı Yeni ildən daha öndə tutmaqla başlayaq.

Həmrəy olmaq eyni olmaq demək deyil. Həmrəy olmaq Vətənimiz üçün, Dövlətimiz üçün birgə çalışmaqdır. İstər iqtidar yönümlü, istərsə də müxalif yönümlü olun, istər liberal, idealist olun, istərsə də, konservativ, realist. İstər kosmopolit olun, istər millətçi, amma əgər bu Dövlətin vətəndaşıyıqsa, bu Dövlətin varlığı, əzəməti, ucalığı üçün HƏMRƏY olaq. Hakimiyyət, ideya üstündə olan mübarizəmizi kənara qoyaraq inkişaf, tərəqqi üçün bu dövlətin gələcəyi üçün birgə çalışaq.

Ey əziz Şanlı Vətənimin vətəndaşları! 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ hər birinizi təbrik edirəm. Bu millətin inkişafında və milli birliyin formalaşmasında daim Həmrəy olmaq ümidilə…

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s