Yeni 2011-ci il – Sona doğru daha bir addım

3 gündən sonra miladi təqvimin 2011-ci ilinə qədəm qoyacağıq və bu anı bayramla, əyləncəylə qeyd edəcəyik. Amma əslində bir şeyin fərqinə varmırıq. Diqqətlə düşünün! İl yenilənir, yoxsa biz köhnəlirik?! Bu məsələyə əsla pessimist yanaşmaq istəmirəm, amma istədim ki, biraz fərqli yanaşım. Həyatı çox sevdiyimdən yeni il bayramı və ad günləri məni daha çox düşündürür, nəinki sevindirir. Bilmirik neçə il yaşayacağıq, 20, 32, 47, 61 yoxsa 80 il? Amma hər neçə il yaşasaq da, geri də qalan hər saniyə ömrümüzdən keçir və qarşıladığımız hər saniyə bizi sona doğru aparır. Hər şeyin bir sonu var, bunu dəyişə bilmərik, amma sona aparan yolu özümüz seçə bilərik. Ona görə də çalışaq ki, bu yolumuz hamar olsun, hər irəliyə atılan addım sona getdiyini dərk edərək daha da inamlı olsun. Çünki sona doğru addımlamasan, o an sənin sonundur. Qısacası, sona doğru getdikcə əslində sonu özümüzə yaxınlaşdırmamağa çalışırıq. Bu həyat yolunu Allahın məsləhət bildiyi yolla getməyi və arzuolunan sona çatmağı hər kəsə arzu edirəm…

İndi gələk yeni 2011-ci ilə. Yuxarıdakı pessimist fikirləri bir kənara qoyaraq bayram haqqında düşünək. Saat 00:00 olanda nə hiss edəcəksiniz? Məsələn, mən həyatımın ən uğursuz ilini geridə qoyduğumu və 2011-ci ilin daha uğurlu olacağını hiss edəcəyəm. 2010-da yaşanan ayrılıqlar 2011-də birliklərlə əvəz olunacaq. Digər tərəfdən saat 00:00 olanda heç nə hiss etməyəcəm. Çünki artıq 21 ildir eyni anı yaşayıram, adi günlərdəkindən heç bir fərqi yoxdur. Uşaqlıqdan həmişə bayramın sehri məni ovsunlayıb. Istər yeni ili, istər Novruzu, istər Ramazanı, istərsə də Qurban bayramı uşaqlıq illərimin ən xoş anlarına çevrilib. Amma illər keçdikçə mənim üçün bayram anlayışı dəyişib. Bayram hər hansı bir hadisənin əlamətdar şəkildə qeyd olunması yox, bunu qeyd edərkən ətrafındakı insanların varlığıdır. Bayram mənim üçün ailəmin, dostlarımın varlığıdır. Bayram mənim üçün şənlik deyil, sevdiklərimin yanımda olmasından doğan xoşbəxtliyin şən təsiridir. Bayram dəbdəbə deyil, bayrama dəbdəbəlik verən sevgidir. Bayram fərqlilik deyil, yenilikdir, inkişafdır, gələcəyə doğru bir addımdır. Bayram gözəllikdir, saflıqdır, mükəmməllikdir. Bayram HƏMRƏYLİKdir. Bayram MÜSTƏQİLLİKdir. Bayram MİLLİ BİRLİKdir. Bayram AZADLIQdır. Bayram İSTİQLALdır. Bayram ÜÇRƏNGLİ BAYRAQdır. Bayram AZƏRBAYCANdır.

BAYRAMIN MÜBARƏK, EY ŞANLI VƏTƏNİM!!!

by TURAL ISGANDAROV

One Comment Add yours

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s