Depressiya və imanlı inam


Hər bir insanın həyatında elə anlar olur ki, nə edəcəyini bilmir. Belə anların baş verməsi üçün hansısa işinin alınmaması şərt deyil. Hər bir şey sən istədiyin kimi davam edə bilər, amma sən depressiyadasan… Bəs buna səbəb nədi?
İnsanların hisslərin danışarkən onları asan şəkildə seçə bilirik: kədər, sevinc, uğur, sevgi, məğlubiyyət, utancaqlıq, həyəcan, intiqam, stress, xəyanət, üzüntü, şən, gülərüz… əslində bunların hamısı nisbi xarakter daşıyır. Bu hisslərin izahı heç də sadalandığı şəkildə asan deyil. Kimiləri üçün sevinc kimiləri üçün kədər gətirir, kimilərinin sevgisi kiməsə ayrılıq nəsib edir. Həyat bu qədər sadə olsaydı, yaşamağa nə vardı ki…
İnsanların mənəvi dünyasının ən ağır problemi olan depressiya bu hisslərin bir birindən ayırd edə bilməmə anında üzə çıxır. Necə deyərlər, depressiya insanın daxili dünyasının iqtisadi-siyasi böhranına bənzəyir. Böhran dövlətlərin fəaliyyətini iflic etdiyi kimi depressiya da insanı mənəvi cəhətdən iflic edir. Bundan xilas olma yollarına gəlincə isə, bu bacarmaq hər kəsin işi deyil. Necə ki, böhran qarşı alınmazsa, dövləti məhv edir, depressiya da insanı məhv edər.
Depressiyaya düşmüş insan ucsuz bucaqsız ümmanda kompassız və yelkənsiz gəmiyə bənzəyir. əgər sən bu gəmini idarə edə bilməsən, dalğaların ümidinə qalsan, deməli, taleyinlə barışmalısan. Depressiyadan çıxmağın ən əsas yolu bir birinə qarışan hisslər arasından özünə inam hissini ayırd edə bilmək, bu hissi əlində bayraq edərək irəliləmək lazımdır. Özünə inanan insan istənilən situasiyada nə istədiyini, istədiyinə necə nail olacağını da bilir. Insanın özünə inamı onu həyata bağlayır. Deyilir ki, insanın alın yazısı onun yaranmasından öncədən mövcuddur. İnsan doğularkən alın yazısı ilə doğulur. Məsələn, bir insanın alın yazısında var ki, heç vaxt ali məktəbə qəbul olmayacaq. Bu o demək deyil ki, o sadəcə boş boş oturub ali məktəbə daxil olmayacağı günü gözləməlidir. əgər bir insan özünə inanaraq inadla çalışsa, Allahın izniylə edəməyəcəyi şey yoxdur.
Anti-depressiyaya səbəb olan özünə inam hissi isə yalnız imanla birləşdik də tam olur. Imanı tam olmayan insan heç vaxt özünə inana bilməz. Ona görə də, dostlar, öz məqsədləriniz uğrunda inam və imanla çalışın. Mövlananın gözəl bir sözü var: əgər bir şey baş vermirsə, ya heç vaxt baş verməyəcəyinə görədir, ya da daha gözəli baş verəcəyinə görədir. Allah onun adı ilə işə başlayan hər bəndəsinin işinin axırını xeyir edər. əgər ciddi cəhdlə çalışmağınıza baxmayaraq, işlərinin istədiyiniz kimi alınmırsa, demək onda da böyük hikmət var.
Depressiyaya düşərkən özünüzü boşluqda və ya qarmaqarışıqlıqda hiss edəndə, bu boşluğu imanla doldurun, bu qarışıqlığı imanla sahmana salın ki, bir də depressiya nədi bilməyəsiniz.

Hörmətlə,

TURAL ISGANDAROV

One Comment Add yours

  1. Anvar says:

    Salam, Tural. Maraqli meqale idi.. Indice Herb ve Sulh romanini oxuyurdum.. 19-cu esr Char imperiyasinin en zengin insanlarindan biri olan Pyer Bezuxov ozunu eynile depresiyyada ve agir sixintilar icinde hiss edir.. Ve tesadufen qarsilasdigi mason ustadi ona cox maraqli bir nece meslehet verir (xatirladim ki bu mason bize turk mediyasi ve Harun Yahya terefinden tanidilan masonlara benzemir).. Insanin icinde Allahin nuru var, insanin Vicdani.. Vicdan rahatdisa insan ozunu xosbext hiss edir.. Menim basha dusduyum ise vicdanin rahat olmasi ucun insan aldigindan daha coxunu vermelidir.. Qaygi istiyirse daha cox qaygi gostermelidi, sevilmek istiyirse daha cox sevmelidi…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s