“Kürd problemi”???

Osmanlı dövləti dağılan zaman geriyə bir çox etnik qruplara malik olan Anadolu coğrafiyası qalır. Milli qurtuluş hərəkatının rəhbəri Mustafa Kamal paşa Misaqi-Milli çərçivəsində yaşayan bütün əhalini türk adlandırır. Hətta bu Lozanna konfransında da təsdiqlənir. Uzun müddətdən bu yana Türkiyədə heç bir etnik zəmində parçalanma baş vermir, ermənilər istisna olmaqla. Amma bugün “kürd problemi” Türkiyədə ən çox müzakirə olunan məsələlərdəndir. Bunun səbəbi nədir?

İlk öncə, kürdlərin tarixinə nəzər salaq. XVIII əsrə qədər kürdlərin adı heç bir tarixi mənbələrdə çəkilmir. Amma XIX əsrdə ortaya kürd etnik azlıqları ifadəsi çıxır. Bu daha çox çökməkdə olan Osmanlını parçalamaq üçün imperialist dövlətlərin siyasətindən qaynaqlanırdı. Türkiyədə respublika qurulduqdan sonra bu siyasət nisbətən səngisə də, “soyuq müharibə” dövründə yenidən gündəmə gəlməyə başlayır.
1965-ci ildə Türkiyə Dövlət Statistika İnstitutu tərəfindən əldə edilən statistikaya görə o dövr üçün Türkiyə əhalisinin 13 faizini kürdlər təşkil edirdi. Türkiyədə yaşayan kürdlər əsasən Kurmanc, sorani, Gorani və Zaza ləhcələrində danışırlar. Müasir dövrdə CİA-in rəsmi məlumatına görə Türkiyədə 15 milyondan çox kürd yaşayır. Onlar əsasən ölkənin cənub – şərq və şərqi Anadolu bölgəsində yaşayırlar.
Bugün Türkiyədə “kürd probleminin” ortaya çıxması birbaşa regionda maraqlı olan böyük dövlətlər ilə əlaqədardır. Əgər bu məsələ 1990-cı illərə qədər Sovet İttifaqı ilə əlaqədar idisə, 90-cı illərdən sonra qərb ölkələri ilə əlaqəli olmağa başlayır. Bugün Türkiyədə “kürd problemi” əhali arasında etnik qarşıdurmadan qaynaqlanmır. Bu məsələ daha çox təhlükəsizlik və terrorla mücadilə ilə əlaqəlidir. Hal-hazırda türklər və kürdlər arasında heç bir narazılığın olmamasına baxmayaraq, bir qrup kürdün xaricdən maliyyələşdirilərək Türkiyəyə qarşı qaldırılması bu problemi yaradır. Belə qrupların başında isə PKK gəlir. PKK (Partiya Karkeren Kurdistan – Kürdüstan İşçi Partiyası) rəsmi olaraq 1978-ci ildə Abdullah Öcalanın başçılığı ilə qurulmuşdur. PKK qurularkən ona daha çox dəstək məhz SSRİ-dən gəlmişdir. Belə ki, regionda qərbə qarşı dayaq yaratmaq və qərbə meyl edən Türkiyəni “cəzalandırmaq” üçün kürdləri ayağa qaldırmaq ən yaxşı vasitə idi. 1990-cı illərin əvvəlində SSRİ-nin dağılması ilə PKK-nın dəstəklənməsi ABŞ və Aİ tərəfindən həyata keçirilmişdir. Çünki Sovetlərin iflası artıq Türkiyəyə ehtiyac qalmadığına səbəb olmuşdur. Belə olan halda, Türkiyədə öz marağını təmin etməyə çalışan qərb parçala və hökmranlıq et siyasətinə üz tutmuşdur.
İmperialistlərin bugünki məqsədi regionda oyuncaq “kürd dövləti” qurmaqla bütün dəngələri öz əllərində saxlamaqdır. Hal-hazırda “kürd dövlətinin” qurulmasında ABŞ və Aİ-nın fərqli planları var. ABŞ İraqı silah gücünə işğal edərək faktiki olaraq kürd dövlətinin yaranmasına şərait yaradıb. Sadəcə qalıb ki, Türkiyənin cənub–şərqini də bu “dövlətlə” birləşdirsin. Amma Aİ-nın ABŞ kimi hərbi gücü olmadığından o, daha çox PKK-nı və onun qanadları olan HEP, HADEP, DEP, DEHAP kimi partiyaları siyasiləşdirməyə çalışır. PKK-nın silahı yerə qoymasının ardından girdiyi siyasiləşmə fəaliyyəti Türkiyənin Aİ-na giriş ərəfəsinə dəng gətirilərək demokratikləşmə adı altında PKK-nın siyasiləşməsi və Türkiyə tərəfindən tərəf kimi tanınmasına səbəb ola biləcək önəmli addımlar atılıb. Qərbin insan haqlarının qorunması və demokratikləşmə vasitəsilə Türkiyəyə etdiyi təzyiq daha çox terrorla mübarizəni əngəlləməyə xidmət edirdi. Belə ki, Qərbin tələbi ilə TBMM-dən keçirilən kürdlərin ana dilində təhsil alması və kürdcə mətbuatın leqallaşdırılması bu yolda atılan addımlardan biridir. Bu qanunla Türkiyə faktiki olaraq kürdləri milli azlıq kimi tanımış vəziyyətdədir. Bundan sonrakı mərhələ isə öz müqəddəratını təyin etmə hüququnun tələb edilməsidir. Artıq bugün Türkiyədə gəlinən son nöqtə budur. Düzdü, bu hələ baş verməyib, amma baş verməsi çox yaxın ola bilər…

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s