“Alinmadi şair səndə” – X.R.Ulutürkə cavab şeiri – Paşam

“Azadlığı istəmirəm

Zərrə zərrə qram qram

Qolumdakı zəncirləri

Qıram gərək, qıram,qıram”

Alınmadı şair səndə

Zəncirləri qırammadın

Sinəndəki o dastanı

Vərəqlərə yazammadın

Pozammadın sən də şair

Beyindəki ləkələri

Olammadın mənzili sən

Bayram günü çiçəklərin

Sənin yerinə çiçəklənir

Parklarımız, bağlarımız,

Çiçəklənir dövlətimiz,

Yoxdur artıq kasıbımız

Örtülübdür ayıbımız

Divardakı üzlüklərlə

Tələsirik cəhənnəmə

Etdiyimiz pisliklərlə.

Müasirdir gəncliyimiz

Qısa donlu ətəklərlə

Müasirik, həmdə ki biz

Dişi cildli erkəklərlə

Ələklərdən süzülməli

Bundan sonra millətimiz

Yox olmalı, tükənməli

Əzabımız, zillətimiz.

Qayıtmalı özümüzə

Vicdanımız, qeyrətimiz

Qeyrətdən söz etmişkən

Gəlin soruşaq, bilən varmı

Görən varmı o “qeyrəti”

Harda qalır, o nəçidir?

Bəlkə çoxdan o savaşda

Şəhid olan pinəçidir.

Tapammadım mən cavabı

Dilənçidir, kommunistdir?

Qardaş vallah deyəsən o

Sosialistdir, əməkçidir

Yox canım yox, əminəm mən

Liberaldır, kapitalistdir.

Hər kimdir o dəxli yoxdur.

Inşallah ki bizimkidir.

Özmüzdə bizdədir o

Qəlbimizdə sızıldayan

Tər təmiz bir körpədir o

Içimizdə tək dolaşan

Olmaya bir Mixaylo?

Axtarın o şəhərdədir.

Tanınmayan bir formada

Hər döngədə, hər tindədir

Qaytar onu bu küçəyə

Yalvarıram sənə Allah

Bu rayona, bu şəhərə

Qaytar onu bu ölkəyə

Millətimə onu qaytar

Yerdə qalan bu cır cındır

Yoxsa yenə nəsə satar

Millətimin saf qanına

Bəyaz rəngli zəhər qatar.

Ocağıma girib mənlə

Hər gecə bir dam altda yatar.

Nə qədər ki, gec deyildir.

Əl-ələ verib yumruq olaq.

Şeytanın pis qullarını

Qovaq yurddan, canın alaq.

insanlığın dəftərinə

Qoy biz də bir imza ataq

Yalvarıram qardaş sənə

Nə qədər ki, bu mümkündür

Əlini ver sən əlimə.

Şübhəsiz ki bax o zaman

Çatar millət istəyinə

Müəllif: PAŞAM

One Comment Add yours

  1. Farahim says:

    Super! ne vaxtdir musair yazarlardan bele yazi gormurdum. Eger Muradi yazar saysam. Ne vaxtdir Muradida eshitmirdim. Elin qolun var olsun, eskerlik seni yormasin!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s