TERRORİZM VƏ İNTERNET

Terrorist qrupların virtual aləmdə varlığı 1990-cı illərin sonundan başlayır. 1998-ci ildə ABŞ-ın 1996-cı ilin Anti-terrorizm və Effektiv Ölüm Cəzası Aktına əsasən “Xarici Terrorist Təşkilat” kimi adlanan 30 qurumun yarıdan çoxu internetdə veb səhifələrə malik olublar. 2000-ci ildə isə siyahıda veb səhifəyə malik olanların nisbəti 100 faiz təşkil edib. 2003-2004-cü illərdə aparılan monitorinq zamanı yüzlərlə belə veb səhifələr aşkarlanıb. İnternetdə terrorist təşkilatların fəallaşması digər məsələni də diqqətə çatdırıb. Bu təhlükə kiberterrorizmdir. Kompüter şəbəkələrinə hücumlarla bağlı olan kiberterrorizmnin əsas istifadə aləti də məhz internetdir.
İnternet üzərindən terrorizm çox dinamik fenomen xarakteri daşıyır. Belə ki, hər hansı veb səhifə qısa bir müddət ərzində fəaliyyətə başlayır, öz təbliğatlarını aparır, müəyyən kompüter şəbəkələrini çökdürür və tezliklə də yoxa çıxır.
Sovet təhlükəsi əleyhinə yaradılan mərkəzləşdirilmiş ABŞ kommunikasiya şəbəkə təhlükəsizliyi xidməti “soyuq müharibənin” bitməsindən sonra bir istiqamətə yönəlib: beynəlxalq terrorizm. 1970-ci illərdən meydana çıxan internetin bugün dünyanın hər bir nöqtəsində bir milyarddan çox günlük istifadəçisi var. Terroristlərin internetdən istifadəsini sürətləndirən amillərə isə bunları göstərə bilərik: rahat keçid imkanı, senzura və hökumət nəzarətinin yox səviyyədə olması, bütün dünyaya yayılan geniş istifadəçi kütləsi, kommunikasiyanın anonimliyi, informasiya ötürmələrinin sürəti, daha az maliyyə tələbatı, multi-media imkanları (kitabların, video-görüntülərin, audio-səslərin, posterlərin, filmlərin asanlıqla köçürülməsi, göndərilməsi və paylaşılması) və kütləvi informasiya mənbəyinə çevrilmə imkanı. Təbii ki, bu amillər siyasi, dini və ideoloji oriyentasiyasından asılı olmayaraq bütün növ terrorist təşkilatları (Dini, marksist, millətçi, separatist, irqçi, anarxist və s.) cəlb edir. Bugün dünyada ən aktiv 40 terror təşkilatının hamısının veb səhifələri var. Hətta onların əksəriyyəti bir yox, bir neçə veb səhifəyə malikdirlər və müxtəlif dillərdədirlər. Avropada internetdən ən geniş istifadə edən terror təşkilatlara İspaniyada Bask hərəkatı olan ETA-nı, Armata Corsa-nı (Korsika Ordusu) və IRA-nı göstərmək olar.
Terroristlərin öz veb səhifələri ilə hədəflərinə gəlincə 3 istiqaməti ayırmaq olar: 1) cari və potensial dəstəkləyicilər – terrorist veb səhifələr tez-tez öz şüarları və satışları (köynək, film, audio-kaset, bayraq, nişan və s.) ilə öz dəstəkləyicilərini artırmağa və maliyyə yığmağa çalışır. 2) beynəlxalq ictimai rəy – beynəlxalq ictimaiyyət birbaşa konfliktə cəlb olunmasa da, müəyyən maraqlara sahib ola bilmə ehtimalı da terroristlər tərəfindən nəzərə alınıb. Məsələn, ETA-nın rəsmi veb səhifəsi Katalon, Alman, Fransız və İtaliyan dillərində fəaliyyət göstərir. Bundan başqa beynalxalq jurnalistlər də terroristlərin xüsusi diqqətindədir. Belə ki, mütəmadi olaraq veb səhifələrə yerləşdirilən press-relizlər eyni anda bir çox jurnalistlərin elektron ünvanına da göndərilir. 3) düşmən cəmiyyət – veb səhifələr terroristlər görə döyüşdükləri dövlətin vətəndaşlarını demoralizə etmək, onları hücum təhdidləri ilə hədələmək, bütün günahı hökumətə ataraq əhalini hökumətə qarşı qaldırmaq üçün əla vasitədir.
Terroristlərin internetdən istifadəsini araşdırarkan səkkiz müxtəlif istiqaməti aşkarlamaq mümkündür:
1) psixoloji müharibə – dezinformasiyanın yayılması, terror aktlarının dəhşətli görüntülərinin yayımlanması, kiberterrorizmin həyata keçirilməsi (hava nəqliyyat sistemini sıradan çıxartmaqla laynerlərin qəzaya uğradılması, birjaların idarəsini ələ keçirməklə ölkə iqtisadiyyatının çökdürülməsi və s.)
2) kütləvilik və təbliğat – istifadəçi auditoriyasının genişliyi və asan təbliğat imkanları
3) məlumat bolluğu – terroristlər internetin imkanlarından istifadə edərək bir çox sahələrdə pulsuz məlumatlar əldə edə bilər. Bu məlumatlar nəqliyyat, nüvə enerjisi, dövlət əhəmiyyətli tikililər, hətta anti-terrorizm hərəkatı haqqında ola bilər.
4) maliyyələşmə – məsələn, IRA-nın rəsmi veb səhifəsində ziyarətçilər plastik və kredit kartlar vasitəsilə təşkilata maliyyə yardımı edə bilərlər.
5) səfərbərlik – İnternet təşkilata maliyyə yardımları ilə kifayətlənməyən daha aktiv fəalları təşkilata cəlb etməkdə xüsusi rol oynayır.
6) şəbəkələşmə – internet terror təşkilatlarının öz daxilində vahid şəbəkə yaratması imkanı ilə yanaşı, eyni zamanda digər təşkilatlarla da əlaqələrin qurulması ilə xarakterikdir.
7) informasiya mübadiləsi – İnternet informasiyaların daha dolğun, daha sürətli və daha ucuz başa gəlməsində böyük rol oynayır. Xüsusən də, kimyəvi və partlayıcı silahların hazırlanma texnologiyası, onlardan istifadə metodları haqqında müzakirələrin aparılması internet vasitəsilə çox asanlıqla həyata keçirilir.
8 ) planlaşdırma və koordinasiya – terroristlər internetdən tək yuxarıda sadalanan səbələrə görə istifadə etmirlər, eyni zamanda internet vasitəsilə həyata keçiriləçək aktları planlaşdırır və onları koordinasiya edirlər. Məsələn, 11 sentyabr hadisələrinin planlaşdırılmasında əsas pay internet üzərinə düşüb.

by TURAL M.ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s