Almaniya Avropa İttifaqında

Almaniyanın Aİ-dakı xarakterik xüsusiyyətləri:
– Avropa İnteqrasiyasının əsasını qoyan 6 ölkədən biridir.
– Əhali baxımdan Aİ-nin ən böyük dövlətidir (82 milyon əhali, təxminən 60 milyondan çoxunun səsvermə hüququ var) .
– İqtisadiyyat və sənayesinin inkişafına görə dünyanın 3cü, Aİ-nin 1ci dövlətidir.
– Aİ-də ən çox danışılan dil alman dilidir.

Ümumavropa aktının və Maastrix müqaviləsinin imzalanmasından sonra Avropa Birliyi siyasi inteqrasiyaya keçid almış olur. Amma 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması və Yuqoslaviyada böhran Avropa inteqrasiyasında problem yaratdı. Yuqoslaviyada müharibənin başlanması və Avropa Birliyinin qabiliyyətsizliyi Maastrix müqaviləsinin ratifikasıya olunmasında şübhələri artırdı. Yaranan maliyyə problemləri ilə paralel olaraq, Almaniyada siyasi dairələr gələcəkdə vahid valyuta tətbiq etməklə II Dünya müharibəsindən sonra alman iqtisadiyyatının simvolu sayılan alman markasının öz potensialını itirməsindən narahat idilər. Sorğuların nəticəsi də göstərir ki, almanların 70 faizi öz valyutalarından istifadəni daha effektiv sayırlar, nəinki sınaqdan keçməmiş vahid Avropa valyutasını.
Siyasi anlamda Avropa inteqrasiyasının siyasi mərhələsinin davam etməsində Almaniyanın marağı ondan ibarət idi ki, bu yolla o, öz qonşularını inandıra bilsin ki, Almaniya həqiqətən də, etibarlı beynəlxalq əməkdaşdır. Fransa və Danimarkada Maastrix müqaviləsi əleyhinə etirazların başlanması ilə kansler H.Kol optimistliyini itirməyərək, 1992-ci ilin 16 oktyabrında İngiltərənin Birmingham şəhərində keçirilən AB-nin 1 günlük sammitində qeyd etdi ki, Almaniya bundan sonra da Avropanın iqtisadi lokomotivi olmaqda davam edəcək, arzu olunandır ki, bütün üzvlər bu müqaviləni ratifikasiya etsin. Ardınca, həmin ayda Almaniya Xarici İşlər Naziri Kinkel AFR-in unikal məsuliyyətini qeyd edərək, hələ də tərəddüddə olan ölkələrə Avropanın ən böyük və iqtisadi cəhətdən güclü dövləti olan Almaniyanın əminlik siqnalını vermişdir. Ardınca da, dekabrda Almaniyanın özü müqaviləni ratifikasiya etmişdir.
Fransa və Britaniya birləşmiş Almaniyanın Aİ-də dominantlıq etməsində narahat idilər. Amma hər bir halda, AFR təkbaşına Aİ-ni öz əlində saxlaya bilməz, çünki ən vacib məsələlərin həlli üçün üzvlər arasında konsensus olmalıdır. Amma hər halda AFR bir çox məsələlərdə AB-nin digər üzvlərini öz tərəfinə çəkməkdə israrlı idi. Məsələn, Yuqoslaviyada müharibə başlayan kimi 1991-ci ilin dekabrında Xorvatiya və Sloveniyanın müstəqilliyni tanıdı. Bu tanıma AB-ni də eyni hərəkəti 15 yanvar 1992-ci ildə etməsinə məcbur elədi. H.Kol bunu “Alman və Avropa siyasəti üçün müvəffəqiyyət” adlandırdı. AFR birləşdirdikdən sonra Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığı genişləndirərək, onlara maliyyə yardımları edir, eyni zamanda AB-nə inteqrasiya etmələrinə kömək edəcəyinə söz verirdi. Tezliklə, Almaniya post-sovet ölkələri hesabına Aİ-nin genişləndirilməsi planını irəli sürdü. Buna qarşı olaraq, Fransa Qərbi Avropa inteqrasiyasının dərinləşdirilməsini tələb edirdi. Fransa düşünürdü ki, Avstriya, İsveç və Finlandiya kimi ölkələrin Aİ-yə qəbulu İttifaq çərçivəsində Almaniyanın mövqeyini gücləndirəcək.
Bundan başqa, Aİ-nın Mərkəzi Asiya ilə maraqlarına gəlincə qeyd edək ki, AFR bu işdə xüsusi canfəşanlıq göstərir. 2007-ci ildə Aİ-yə rəhbərliyi zamanı da AFR Mərkəzi Asiya ilə əlaqələri prioritet məsələyə çevirir.
10 fevral 2010-cu ildə Avropa Komissiyasının Enerji Departamentinin rəhbəri kimi fəaliyyətə başlayan AFR-in Baden-Vürttemberq torpağı hökumətinin keçmiş başçısı Günther Öttinger 2014-cü ilə qədər olan mandatı dövründə Aİ-nın qonşu ölkələrdən enerji asılılığı azaldılması, ətraf mühitin qorunması kimi məsələləri ön plana çəkmişdir. Almaniyanın yeni siması kimi Aİ-nin Enerji Komissarının bu məqsədləri Aİ Komissiyasının Prezidenti Barossa tərəfindən prioritet məsələlər elan edilib.
Onu da qeyd etmək lazımdır ki, 90-cı illərin ortalarından başlayaraq Almaniya Aİ-dan öz maraqlarını həyata keçirmək üçün istifadə etməyə başladı. Uzun illər boyu Alman ictimai fikri siyasi və təhlükəsizlik siyasətinin İttifaqla uzlaşdırılmasını müdafiə edib. Necə deyərlər, Avropa balaca ideyaların qitəsi deyil. Ayrı-ayrı dövlətlərin siyasətləri qonşuları ilə uzlaşdırılmadıqda iflasa uğrayır. Ona görə də, siyasi Avropanın ürəyi olan Almaniya Aİ-nı öz beynəlxalq siyasətinin ilkin arealı kimi görür. Son dövrlərdə Almaniyanın Aİ siyasətində bəzi dəyişikliklər meydana çıxıb. Yunanıstanda böhranın baş verməsi və Aİ rəhbərlərinin yardımının iflası AFR-in yeni Aİ siyasətinin ilkin təzahürləridir. Aİ-nin ən böyük üzv dövləti olan AFR ilk dəfə açıq şəkildə qeyd elədi ki, Avropanın vahidliyi üçün bundan sonra maliyyə yardımı etmək niyyətində deyil. Nəticə etibarı ilə, Yunanıstanın avro böhranı hər hansısa maliyyə böhranı deyil, bu Avropada siyasi oyunun dəyişməsidir. Aİ həmişə Almaniyadan ibarət olmaq və ondan istifadə ideyasına əsaslanıb. Amma bugün AFR normal bir dövlətə çevrilir, yəni öz milli maraqlarını ittifaqından maraqlarından daha üstün tutur. Məsələ sadəcə Yunanıstana yardımda deyil, eyni zamanda avrozonanın sərhədlərinin dəyişdirilməsindədir. Yəni, Avropa inteqrasiyası artıq Almaniyanın maraqları çərçivəsində deyil.

by Tural M. Isgandarov

P.S. Almaniyanın müharibədən sonrakı ilk kansleri K.Adenauer Türkiyənin Avropa Birliyinə qəbul olunacağına söz versə də, birləşmiş Almaniyanın ilk kansleri H.Kol ilk dəfə bundan imtina edib.

One Comment Add yours

  1. angelka says:

    tesekkurler melumata gore..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s