Sürix Protokolları və Azərbaycan

turkiye_azerbaycan_5

Protokolların imzalanması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmadı. Belə ki, Türkiyəyə olan inam sarsılmaqla yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pessimizmə səbəb oldu. Təbii ki, eyni anda bu protokolların münaqişənin həllində əsas açar ola biləcəyinə də inananlar var. Bunlar təhlil etdikdə aşağıdakı nəticələr əldə olunur.

Türkiyə Ermənistanla sərhədləri Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi bəhanəsiylə bağlamış və  diplomatik əlaqələri kəsmişdir. İndi isə Ermənistanla sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası üçün protokol imzalanır, amma heç bir bənddə bu səbəblərin aradan qaldırılması dair öhdəlik göstərilmir.

protokollarda dəfələrlə Beynəlxalq və regional sülhün qorunması, münaqişələrin həllində gücdən istifadədən imtina edilməsi ifadələrinin təkrarlanması Türkiyənin Azərbaycanın hərbi müttəfiqi ola bilməsi ehtimalını heçə endirir. Bu isə Azərbaycanın öz haqqlı mübarizəsində tək qalması deməkdir.

Türkiyə Hökuməti protokolu imzalayır, sonra da qeyd edir ki, TBMM işğal rejiminə son qoymadan bunları ratifikasiya etməsin. Protokollarda hər iki ölkənin sərhədləri qarşılıqlı sürətdə taninması haqqında bənd olsa da, amma görünür ki, bu heç də Ermənistana şamil edilmir. Çünki Ermənistan hələ konstitusion səviyyədə Türkiyənin qərb regionlarına iddia etməkdə davam edir.

Bu protokolların Qarabağ münaqişəsinin tezliklə nizama salınmasında böyük əhəmiyyətə malik olacağını düşünənlər isə yanılırlar. Protokolların imzalanması ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədə qeyd etdiyi kimi bu Ermənistan tərəfindən diplomatik uğur kimi dəyərləndiriləcək, eyni zamanda da sülh danışıqlarında konstruktivlikdən uzaqlaşmasına səbəb olacaq. Heç bir həftə keçmədi ki, bu fikirlər öz reallığını təsdiqlədi. Belə ki, Ermənistan daha öncədən razılaşdırılmış bəzi məsələlərə yenidən baxılması tələbi ilə çıxış etdi, 18 ildir cürət etmədiyi “Daglıq Qarabağ qondarma rejimini” tanıyacağını bəyan etdi. Protokolların imzalanasında dərhal sonra Türkiyəyə səfər edən Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri də geri döndükdə AKP hökümətinin verdiyi vədlərin inandırıcı olmayacağına diqqətləri bir daha yönəltdi.

Protokollarda göstərilən digər məsələ isə dövlətlər arasındakı enerji sahəsində əməkdaşlıqdır. Bugün Türkiyəni enerji ilə təmin edən Azərbaycandır. Ermənistana isə Türkiyədən enerji ötürülməsi Azərbaycan neftinin hesabına olmayacaq mı? Yəni qardaş öz qardaşının düşmənini qardaş hesabına gücləndirib onun üstünə yollayacaq?!

Amma istənillən halda bu protokolların imzalanmasına etiraz etməkdə düzgün çıxmazdı, çünki müstəqildövlət olan Azərbaycan digər müstəqil dövlətlərin daxili işlərinə qarışmır. Amma Azərbaycanda ictimaiyyət tərəfindən kəskin qarşılanan iki məsələ oldu: Türkiyənin Baş naziri Recep Tayyip Erdoğanın Azərbaycan Xalq Musiqisi olan Sarı Gəlini erməni mahnısı kimi tanımlaması və Türkiyə-Ermənistan futbol matçında Azərbaycan Bayraqlarının ayaqlar altına atılması. Erdoğanın TRT Ana Haberde yayımlanan çıxışını olduğu kimi şərhsiz verirem: Başbakan Erdoğan, Ermeni diasporasına “Sarı Gelin” türküsü ile mesaj gönderdi:

“Sarı Gelin türküsünü dinlediğimizde hepimiz duygulanıyoruz, hepimizin gözleri yaşarıyor, sözleri farklı olsa da hepimiz aynı mana iklimine dalıyoruz. Biz diasporanın olumsuz kampanyaları, hasmane yaklaşımları karşısında Ermeni halkının mağduriyet yaşamasını, tüm olumsuzlukların faturasını ödemesini doğru bulmayız. Hariçten gazel okuyan diaspora Ermeni halkının sıkıntılarını dikkate almayabilir, gerginlik üzerinden istismar edebilir, ancak biz makul ve sağduyulu davranan bir Ermenistan yönetimiyle geçmişe değil geleceğe bakarak dostluk geliştirilebileceğine inanıyoruz.” Nəticəni özünüz çıxarın.

Sonda, günümuzdə Azərbaycan – Türkiyə arasına nifaq salmaq istəyənlər çoxdur. Dövlətlər tez bir zamanda düşmən ola, və yenidən qardaşlaşa bilərlər. Məsələn, Türkiyə – Ermənistan. Amma xalqlar düşmən olsalar, onların barışması çox çətindir. Bugün qəbul etməliyik ki, Azərbaycan və Türkiyə xalqları qədər bir-birinə həm dil, həm mədəniyyət, həm din, həm psixoloji cəhətdən yaxın olan başqa xalq yoxdur. Bu iki xalqın arasınada nifaq toxumunun səpilməsində əsas alət isə AKPdir.

2 Comments Add yours

  1. axsu says:

    mene bele gelir bu da 1 siyasetdi. her hal bunun da 1 sebebi var inanmiramki turkiye siyasetinde bele boyuk sehve yol versin.

  2. Ниджат Искендеров says:

    Действительно,Азербайджан и Турция это две братские страны и два братских народа,правительство АКР виновато во всех грехах сметных,но я тоже присоединюсь к мнению о том,что действительно это тоже своего рода политика,не думаю,что турки просто так пойдут сломя голову на какое-то безоговорочное действие,или же это правительство хочет держать две синицы в одной рукаве,особенно такую толстую и нефтяную синицу,как Азербайджан…Но тут они просчитались,что смогут и дальше обманывать наш народ,мы теперь знаем их истинные,ангельские лица,хотя посмотрим какое решение примет наше правительство,какие бы не были наши действия,я верю,что АЗЕРБАЙДЖАН И АЗЕРБАЙДЖАНСКИЙ НАРОД превыше всего и мы пройдем всё это с достаточно поднятой головой,чего уже не смогут сделать турки,радуясь нашей победе,НАД армянами………

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s