Yaşamaq hüququ   Leave a comment

Yaşamaq hüququ insanın ən ümdə və ayrılmaz hüququdur. Digər bütün hüquq və azadlıqlar məhz yaşamaq hüququndan sonra gəlir. Yaşamaq hüququ şəxsin öz fiziki və bioloji fərdi mövcudluğu üçün heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsini, insanın bir sosial varlıq kimi müxtəlif maddi və mənəvi nemətlərdən bəhrələnməsini ifadə edir. Hər hansı psixobioloji çatışmazlığa malik olub-olmamasından, habelə şəxsi – mənəvi keyfiyyətlərdən asılı olmadan hər bir şəxs yaşamaq hüququna malikdir. Müasir dövrdə dövlətlərin üzərinə həm də fərdin layiqli həyat səviyyəsini təmin etmək, yəni yaşamaq hüququnu müəyyən optimal səviyyəyə qaldırmaq tələbi də qoyulmuşdur.

Yaşamaq hüququ ilə bağlı praktika və nəzəriyyədə bu hüququn əmələ gəlməsi və nə zaman bitməsi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir.

Yaşamaq hüququnun əmələ gəlməsi ilə bağlı iki müxtəlif fikir var. Bunlardan biri yaşamaq hüququnun hələ ana bətnində olarkən formalaşması ilə bağlıdır. Bir sıra qərb ölkələrində və ABŞ-ın bəzi ştatlarında abort qadağan olunub. Hələ doğulmamış şəxsin hüquq subyekti hesab olunması və yaşamaq hüququna malik olması bəzi dövlətlərdə konstutision əsasda həll olunub. Məsələn, Slovakiya. ABŞ Ali Məhkəməsinin 1973-cü ildəki qərarına görə abort müəyyən bir müddətdən sonra ananın sağlamlığı üçün təhlükə yaradarsa, qadağan oluna bilər.

İkinci fikir isə real həyatda hələ canlı kimi doğulmamış, mövcud olmayan uşağın hüquq subyektliyi məsələsi bir qədər mürəkkəbdir. Bu fikrin tərəfdarları insanın doğulduqdan sonra yaşamaq hüququ əldə etməsini qəbul edirlər.

Yaşamaq hüququnun nə zaman bitməsi də mühüm əhəmiyyət kəsb edir. Yaşamaq hüququnun hər hansı hüquqi bir faktdan asılı olmadan mövcud olduğuna görə onun bitməsi də bir qayda olaraq ölüm faktı ilə baş verir. Lakin burada da müəyyən məsələlər var. Birincisi, ölüm faktının hansı anda əmələ gəlməsidir. Belə qəbul olunur ki, beynin fəaliyyətinin dayanması ölüm faktı kimi qəbul oluna bilər. Belə olan halda, hələ də öz funksiyalarını yerinə yetirən digər orqanların transplantasiya məqsədilə həkim tərəfindən ayrılması cinayət hesab olunmur. Çünki beynin fəaliyyətdən düşməsi ilə hüquqi fakt yaranmış olur.

Şəxsin özünün könüllü olaraq həyatdan getməsi imkanı yəni evtanaziya hüququ ən aktual problemlərdən biridir. Bu məsələyə də yanaşma iki cürdür. Birincisi, bəzi ölkələrdə ( Hollandiya, İsveçrə və s.) evtanaziya leqallaşdırılıb. Evtanaziya tərəfdarları öz fikirlərini belə əsaslandırırlar ki, sağalacağına ümid olmayan şəxsin artıq əzab çəkməsinə şərait yaratmaq lazım deyil və özü istədiyi təqdirdə həyatdan getmək imkanı verilməlidir. Əks fikrin tərəfdarları isə əsaslandırırlar ki, həyat insanın özü tərəfindən yaradılmayıb və insan özü bundan imtina edə bilməz. Bu həm də sui-istifadə hallarını artıra bilər, həm də müalicə üsulunun tapılması istisna olunmur.

Evtanaziya məsələsinə münasibət Azərbaycanda 1997-ci il 26 iyun tarixli “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 38-ci maddəsinə əsasən qadağan olunmuşdur.

Yaşamaq hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsində təsdiq olunur. Konstitusiyaya görə, aşağıdakı hallar yaşamaq hüququndan məhrumetmə kimi başa düşülə bilməz:

-           Dövlətə basqın zamanı düşmən əsgərinin öldürülməsi

-           Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə ölüm cəzasının tətbiqi. 1998-ci il 10 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə ölüm hökmü tamamilə aradan qaldırılmışdı.

-           Digər hallarda. Bu anlayış hələ qeyri-müəyyəndir və qanunvericilikdə dəqiqləşdirilir.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, məhbusun həbsdən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması, fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi halları istisna olmaqla başqasını yaşamaq hüququndan məhrum etmək cinayət hesab olunur.

 

MƏNBƏ:

1.“Konstutisiya hüququ”   Ziyafət Əsgərov

 

by TURAL ISGANDAROV

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 742 other followers

%d bloggers like this: